Prezident İlham Əliyev “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1435-VQD nömrəli Qanununun tətbiqi haqqında” fərman imzalayıb.
Fərman Bakı şəhərinin inzibati ərazisində Bakı Nəqliyyat Agentliyinə verilən səlahiyyətlə bağlıdır.
Beləliklə, Bakı şəhərinin inzibati ərazisində dayanma və ya durma qaydalarını pozmuş sürücü nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında qərarın tərtib edilməsi və nəqliyyat vasitəsinin ən yaxın mühafizə edilən duracağa aparılması Bakı Nəqliyyat Agentliyi tərəfindən təmin ediləcək.
Digər hallarda isə inzibati xəta haqqında qərar tərtib ediləcək və onun surətini nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulacaq.