Bürclər – 29 yanvar

Bürclər – 29 yanvar Qoç – tərəfdaş, həmfikir və dostlarla ünsiyyət üçün yaxşı gündür. Onlar informasiyanı sizinlə həvəslə bölüşür, yaxşı məsləhətlərə xəsislik etmirlər. Real yardım da edirlər. Əks cins mənsubu ilə dil tapmaq bir qədər çətindir. Amma güzəştlər və kompromisləri unutmasanız, münaqişələrdən yan qaça biləcəksiniz. Ehtiyac yaranarsa, diplomat olun.

Qəfil hədiyyə, gözlənilməz gəlir ola bilər. Böyük gəlir, sərfəli anlaşmaların reallaşması da istisna deyil.

Yaradıcılıq potensialının reallaşdırılması zamanıdır.

Aktiv olun, tənbəlliyə qapılmayın.

Buğa – başladığınız bir sıra işlərdə uğur vəd edən gündür. Qüvvə, səy və vaxtınızı boşuna sərf etməyin. Qarşınıza qoyduğunuz məqsədə doğru qətiyyətlə hərəkət edin. Heç nə diqqətinizi yayındırmamalıdır. Gərəkli nəticələrə bəzən dərhal çata bilməyəcəksiniz. Amma dürüst yolda olduğunuza şübhə etməyin.

Romantik münasibətlər üçün pis olmayan gündür. Sevdiyiniz insanı sevindirin, ona xoş sürpriz edin. Yaxın gələcəklə bağlı birgə planlar qurmaq olar. İkiniz üçün də mühüm məsələləri müzakirə edin.

Əkizlər – impulsiv davransanız, adi günlərlə müqayisədə daha çox səhvə yol verəcəksiniz. Dostlar və ailə üzvlərindən biri ilə ciddi münaqişə ola bilər. Aqressiv və sərt davranmayın, yaxın ətrafınızdakı insanların əsəbləri ilə oynamayın. Bütün bunlar çox ciddi səhvlər və problemlərə səbəb ola bilər. Sayıq, sərvaxt, həssas olun.

Təşəxxüs və ambisiyalar sizi hiyləgərliyə vadar etməsin. İntriqalara və gizli sövdələşmələrə qatılmayın. Sizi bəlkə də ifşa etmədilər: amma qarşınıza qoyduğunuz məqsədlərə də çatmayacaqsınız.

Təmaslarda diqqətli olun.

Xərçəng – intuisiyanıza güvənin. Necə, hansı istiqamətdə addımlar atıb qərarlar qəbul etməyin lazım olduğunu təhtəlşüurunuz sizə deyəcək. Ətrafınızdakı insanlar çaşqınlıq içində olanda siz qətiyyətli və önəmli addımlar atın. İşgüzar və şəxsi görüşlər üçün pis gün deyil. Yaxın və uzaq gələcəklə bağlı məsələləri həll edə bilərsiniz. Minimum informasiyaya malik olsanız da, hadisələrin hansı yöndə cərəyan edəcəyini müəyyənləşdirməyə çalışın.

Romantik münasibətlər sizi sevindirəcək. Güclü hisslərinizin yaranacağı insanla önəmli tanışlıq baş tuta bilər. Eksperimentlər aparmaq, riskə getmək olar.

Şir – müsbət təmayüllərin təsiri artır. Çoxdan bəri qarşınıza qoyduğunuz məqsədə çata bilərsiniz. Planları reallaşdırın, niyyətləri həyata keçirin. Sizə yardım edəcək insanlar var. Kimə inanmaq, kimdən isə uzaq durmaq gərəkdiyini tez müəyyənləşdirin.

Aktiv olun, ətalətə qapılmayın. Pəhrizə başlamaq olar. Yeməkdə məhdudiyyət tətbiq etmək çətin deyil.

İmiclə eksperimentlər üçün əlverişli gündür.

Qız – əlverişli və yaxşı gündür. Emosional fon stabilliyi ilə fərqlənir. Nələrin baş verməsinə fikir verməyərək yaxşı əhvalınızı pozmayın. Fərqli işlərə başlaya bilərsiniz. Yeni layihələr və sifarişlər uğurlar vəd edir. Böyük xərclər olacaq. Gözlənilməz gəlirlər olacaq və pulsuz qalmayacaqsınız.

İstənilən problemlərin həlli üçün yaxşı gündür. Yaradıcı münasibət tələb edən problemlərin həllində diqqətli davranın. İmiclə eksperimentlər etmək olar. Səfər gözlənildiyindən artıq vaxt tələb edəcək.

Nəticələr sizi razı salacaq.

Tərəzi – günlər arasında ən asan olmayanıdır. Ciddi problemlərlə qarşılaşacaqsınız. Əsla gözləmədiyiniz zamanda və məkanda çətinliklər sizi gözləyir. Yaxın ətrafınızdakı insanlar sizə çoxlu məsləhətlər verir, amma real yardımdan imtina edirlər. Bu səbəbdən də yolunuzda yaranan sədləri özünüz dəf etməli olacaqsınız. Nəzərdə tutulmamış xərclər, dəyərli əşyanın itirilməsi riski böyükdür.

Tələsik və düşünülməmiş qərarlar qəbul etməyin. Hətta hər şeyin aydın olduğunu düşündüyünüz anda ciddi səhvə yol verə bilərsiniz. Ailə üzvlərinə maksimum diqqət ayırın. Bu, harmonik münasibətləri qorumaq üçün gərəkdir.

Əqrəb – əlverişli, yaxşı gündür. Bilik və bacarıqlarınızdan istifadə edin. Sizi ilk dəfə görən insanda barənizdə xoş təəssüratın yaranmasına çalışın. Həmfikirlər və dostlarla bahəm, yanınızdakı insanların da dəstəyini qazanın.

Gəlirlər və sərfəli sifariş, sövdələşmə istisna deyil. Məişət texnikası və ya nəqliyyat vasitəsi almaq olar.

Əks cins mənsubu ilə ünsiyyət üçün yaxşı zamandır. Ailə tədbirləri, səfərdə problemlər olmayacaq.

Axşam saatlarında qonaq gözləyin.

Oxatan – günün ilk yarısı uğurludur. Xoş sürprizlərlə qarşılaşacaqsınız. Yeni işə, mürəkkəb layihəyə başlamaq üçün əlverişli gündür. Faydalı bacarıq və təcrübəni tezliklə əxz edin. Karınıza gələcək məlumat alacaqsınız. Plan və istəklərinizi bölüşərkən sayıq olun. Yaramaz insana sirr verməyin.

Günün ikinci yarısında mənfi təmayüllər güclənəcək. Səhhətinizdə problemlərin yaranması, əhvalınızın dəyişməsi istisna deyil. Vacib görüşlər planlaşdırmayın. Belə təmaslar mübahisə və qarşıdurma ilə başa çata bilər.

Oğlaq – peşəkar fəaliyyətiniz və ya şəxsi münasibətlərinizlə bağlı mühüm qərar üçün pis gün deyil. Önəmli rol oynaya biləcək bütün amilləri nəzərə alın. Bu yaxınlarda baş vermiş hadisəni təhlil edin. Dürüst nəticələr çıxarmağa çalışın. Dünən yol verdiyiniz yanlışlığın fəsadlarını aradan qaldıra bilərsiniz.

Dostlarla görüş və ya romantik təmaslar pis keçmir. Azacıq da olsa, rəğbət bəslədiyiniz insanlarla asanlıqla dil tapacaqsınız. Yaxınlarınız yaxşı məsləhətlər verəcəklər. Səfər və ya nəzərdə tutulmamış səyahət uğurlu olacaq.

Dolça – istənilən formatlı görüşlər və danışıqlar üçün əlverişli zamandır. Yeni tanışlıqlarda özünüzü narahat hiss etmirsiniz. Yalnız etimada layiq insanlara inanın. Sizdən öz məqsədləri üçün yararlanmaq istəyən insanın məkrli planını pozun.

Aktiv və fəal olun. Alış-veriş, sövdələşmə və anlaşma, danışıqlar və müzakirə üçün yaxşı gündür. Zərərli vərdişdən əl çəkə bilərsiniz.

Axşam saatlarında normal istirahət edin.

Balıqlar – günün ilk yarısında problemlər, xroniki ağrıların kəskinləşməsi istisna deyil. Əlavə işlərə başlamayın, fiziki işləri minimuma endirin. Səfər və ya səyahəti təxirə salın. Yolda çox yorula bilərsiniz. Üstəlik, nəticələr sizi sevindirməyəcək. Hədiyyə və gəlir ola bilər.

Alış-veriş üçün münasib gün deyil. Qətiyyən ehtiyac duymadığınız əşya ala bilərsiniz.

Səs-küylü, insanların gur olduğu məclisə qatılmayın.

Axşam saatlarını ailədə, yaxınlarınızla keçirin. (Milli.Az)

Oxşar xəbərlər