Daha bir təhsil biabırçılığı — Müavin direktordan prokurorluğa şikayət etdi - ŞOK SƏBƏB - FOTO

Daha bir təhsil biabırçılığı — Müavin direktordan prokurorluğa şikayət etdi - ŞOK SƏBƏB - FOTO Sumqayıt şəhər 9 nömrəli tam orta məktəbin direktor müavini Təranə Nəsirova sözegedən məktəbin direktor əvəzi Həqiqət Abdullayeva barədə şəhər prokurorluğuna şikayət ərizəsi ilə müraciət edib.
"Ölkə.Az"ın əldə etdiyi məlumata görə, Nəsirova ərizədə Həqiqət Abdullayevanın onu ölüm həddinə çatdırdığını, şərəf və ləyaqətini tapdaladığını, təhqir etdiyini yazıb. Əməkdaşımız məsələ ilə bağlı direktor əvəzi H.Abdullayeva ilə əlaqə saxlayıb. O, bildirib ki, bu barədə məlumat vermək istəmir:

"Mən o barədə heç nə danışmaq istəmirəm. Belə bir şey də yoxdur. Xanım ərizə yazıb, nə edibsə, gedin, onun özü ilə danışın. Mən bu barədə danışmaq istəmirəm. Bilmirəm, bu söz-söhbətlər hardan çıxıb".
Qeyd edək ki, H. Abdullayeva sözügedən təhsil ocağında ötən ildən direktor əvəzi vəzifəsini icra edir.

[img=left]https://scontent.fgyd1-1.fna.fbcdn.net/v/t1.15752-9/49735137_335925973925896_7592685036030132224_n.jpg?_nc_cat=104&_nc_ht=scontent.fgyd1-1.fna&oh=d671581621f0abe96631d4b47c18deff&oe=5CC0A719[/img]Daha bir təhsil biabırçılığı — Müavin direktordan prokurorluğa şikayət etdi - ŞOK SƏBƏB - FOTO

Oxşar xəbərlər