Dekabrın 20-də Latviya SSR Dövlət Təhlükəsizlik Komitəsinin arxivlərinin bir hissəsi internetdə dərc edilib.
Açıq girişi olan yeni rəqəmsal resurs Latviya Milli Arxivinin saytında işə başlayıb. Əksəriyyəti əlyazma şəklində olan sənədlərə DTK əməkdaşlarının telefon kitabçası, komitənin ştatdankənar operativ işçilərinin qeydiyyat kartotekası, agentlərin əlifba və statistik kartotekası, habelə Latviya Kommunist Partiyası Mərkəzi Komitəsinin Dövlət Arxivi fondundakı qeydiyyat siyahısı daxildir.
Latviyanın Milli Arxivi bildirib ki, şəxsi məlumatları, həmçinin materiallardan istifadə məqsədini göstərərək qeydiyyatdan keçən hər kəs DTK arxivləri ilə tanış ola biləcək.
Xatırladaq ki, oktyabrın 4-də Latviya seymi DTK-nın məxfi sənədlərinin ilin sonunadək internetdə dərc olunması barədə qanun layihəsini yekin oxunuşda qəbul etmiş, daha sonra Prezident müvafiq qanunu imzalamışdı. Bir neçə il əvvəl isə Latviya SSR DTK-sının arxivlərini tədqiq etmək üçün tərkibinə ekspert və tarixçilərin daxil olduğu xüsusi hökumət komissiyası fəaliyyətə başlamışdı. Əsas məqsədi sənədlərin elmi, tarixi və hüquqi baxımdan tədqiqi, həmçinin ölkəyə və vətəndaşlara vurulan maddi və mənəvi zərəri müəyyənləşdirmək olan komissiya 2018-ci ilin mayında arxivlərdə araşdırmaları yekunlaşdırmış, bundan sonra orada saxlanılan informasiyaları ictimaiyyətə açıqlamağı tövsiyə etmişdi.
Gələn il mayın 1-dən DTK-nın fəaliyyəti ilə bağlı digər sənədlərin də dərc olunması nəzərdə tutulur. (“Azərtac”)