Erkən seçki, nazirlərin gedişi, Vəliyevə sui-qəsd, Pirverdiyevin “enerji terroru”... ilin yekunu

Erkən seçki, nazirlərin gedişi, Vəliyevə sui-qəsd, Pirverdiyevin “enerji terroru”... ilin yekunu 2018 zəngin, qalmaqallı, sensasion və səs-küylü hadisələrlə yadda qaldı

Cahan.info Azərbaycanda gerdiyə qoymaqda olduğumuz bu il baş verən ən proseslərin statistikasını təqdim edir:

İlin ən gözlənilməz xəbəri növbədənkənar prezident seçkilərinin təyin olunması idi. Oktyabrın 9-dan aprelin 11-nə keçirilən seçkilərdə YAP-ın namizədi İlham Əliyev qalib gələrək 2016-ci ildə keçirilən referendumdan sonra Konstitusiyaya edilmiş əlavə və düzəlişlərə əsasən Azərbaycanın ilk 7 illik prezidenti seçildi.

Seçkidən sonra Nazirlər Kabinetinin tərkibinin yenidən formaladırılması ciddi kadr dəyişiklikləri ilə müşayiət olundu.

Baş nazir Artur Rasi-zadənin yerinə prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi olmuş Novruz Məmmədov, kənd təsərrüfatı naziri Heydər Əsədovun yerinə ASAN Xidmət rəhbəri İnam Kərimov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovu Sahil Babayev, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun yerinə deputat Muxtar Babayev, Dövlət Miqrasiya Xidməti rəisi Firudin Nəbiyevin əvəzinə millət vəkili Vüsal Hüseynov, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi sədri Əli Həsənovun yerinə deputat Rövşən Rzayev təyin olundular.

Həmçinin, baş nazirin müavinlərindən Abid Şərifovla Elçin Əfəndiyev vəzifələri ilə vidalaşdılar, onları "Qaçqınkom"un keçmiş sədri Ə.Həsənovla Bakı meri Hacıbala Abutalıbov əvəzlədi.

Bir neçə ay sonra Bakı Şəhər İcra Hakimiyyəti başçısı postuna Səbayel rayon icra başçısı Eldar Əzizov gətirildi.

Bu ilin əlamətdar hadisələrindən biri isə Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin mayın 28-də qeyd olunması idi.

27-29 aprel tarixlərində isə ölkəmiz dünyanın diqqətini Formula 1 Azərbaycan Qran Prisi ilə cəlb etdi. Azərbaycan qazının Türkiyə ərazisinə nəqlini həyata keçirəcək TANAP layihəsinin işə düşməsi isə 2018-ci ilin ən gözəl iqtisadi hadisəsi idi.

Cahan.info xəbər verir ki, ilin ən dəhşətli faciəsi martın 2-də Respublika Narkoloji Dispanserdəki yanğın idi. Yanğın zamanı 25 nəfər dünyasını dəyişib.

İlin ən səs-küylü olaylarından biri iyulun 2-dən 3-nə keçən gecə Mingəçevir İstilik Elektrik Stansiyasının bloklarının birində baş verən qəza ilə bağlı paytaxtda və rayonlarda elektrik enerjisi kəsilməsi oldu. Respublikada iki gün işıq problemi yaşandı.

Prezident keçirdiyi müşavirədə "Azərenerji" ASC prezidenti Etibar Pirverdiyevi sərt şəkildə tənqid edərək, qurum rəhbərini məsuliyyətsizlikdə günahlandırdı. Qısa müddət sonra Pirverdiyev vəzifəsindən azad edildi. Onun yerinə "Azərişıq" ASC sədri Baba Rzayev təyin olundu.

İlin ən səs-küylü qanlı hadisəsi isə iyulun 3-də Gəncədə icra başçısı Elmar Vəliyevin güllələnməsidir. Ona sui-qəsd edən Yunis Səfərovun bu cinayətini sabiq icra hakiminin əhalinin heysiyyatına toxunması ilə əlaqələndirirdilər.

Onun həbsindən sonra iyulu 10-da naməlum şəxslər tərəfindən Gəncənin mərkəzinə təyin edilmiş aksiyada iki polis polkovniki xəncərlə qətlə yetirildilər.

Baş Prokurorluğun məlumatına görə, həmin hadisələrlə bağlı 60 nəfər həbs edilib, Dövlət Təhlükəsizliyi Xidməti isə 5 nəfərin zərərsizləşdirildiyini bildirib.

Bu il tanınmışlar arasında dünyasını dəyişənlərlə də yadda qaldı. Müdafiə sənayesi naziri Yavər Camalov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov, Vəkillər Kollegiyasının sədri Azər Tağıyev, jurnalist Rauf Talışinski, aktyor Fuad Poladov, müxtəlif musiqi alətlərinin ifaçısı Həsənağa Sadıqov, btəkar Tahir Əkbər, aşıq Vüqar Mahmudoğlu, aktrisa Zərnigar Atakişiyeva, repçi Anar Nağılbaz bu il vəfat ediblər.

Oxşar xəbərlər