Azərbaycanlı milyarder Araz Ağalarov ABŞ-ın Florida ştatındakı Fişer adasındakı (Mayami sahilləri) elit “Palazzo Del Sol” kompleksindəki mənzilini 8,5 milyon dollara satıb.
Oxu.Az xəbər verir ki, həmin mənzili alan Rusiya parlamentinin deputatı Boris Reznikdir.
Ağalarovun bu mənzili 2016-cı ildə 10,7 milyon dollara əldə etdiyi bildirilir.
İlkin məlumatlara görə, mənzilin satışına dair sövdələşməyə əsasən, əmlakın hər kvadrat metri üçün 1786 dollar hesablanıb. Lakin bu qiymətə mənzilin mebeli daxil deyil. Alıcı mebellər üçün əlavə 930 min dollar da ödəyib və nəticədə, əmlakın ümumi satış qiyməti 9.4 milyon dollar olub.
Milyarderlər adası kimi tanınan Fişer adasının bütün sakinləri zəngin insanlardır. Boris Reznikin xanımı Larisa Fişer adasında “Hamptons Sotuh” yaşayış kompleksində mülk sahibidir.