Azərbaycan substantiv, intensiv danışıqlara hazırdır”.
Trend Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Brüsseldə dərc olunan nüfuzlu “Euractiv” qəzetinə müsahibəsini təqdim edir.
– Postsovet məkanında bir neçə “dondurulmuş münaqişə” var. Amma onların bəzilərini “dondurulmuş” hesab etmək olmaz. Çünki bu münaqişələrdə hələ də silahlardan istifadə olunur, insanlar həyatını itirir. Dağlıq Qarabağ da belə münaqişələrdən biridir. Ermənistanda yeni baş nazirin hakimiyyətə gəlişindən sonra bu istiqamətdə hansısa dəyişikliklər olubmu? Münaqişənin həllində müsbət iinkişafa ümid varmı?
– Bu il noyabrın 11-də Birinci Dünya müharibəsinin başa çatmasının 100-cü ildönümü qeyd olunub. Təəssüflə qeyd etmək lazımdır ki, bu gün Avropada, Azərbaycanın işğal altındakı əraziləri boyunca Birinci Dünya müharibəsini xatırladan səngərlər var.
Buna görə sizinlə razıyam. Bu münaqişəni metaforik olaraq “dondurulmuş” hesab edənlər yanılır. Birinci və İkinci Dünya müharibəsi göstərib ki, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə qarşı gücdən istifadənin dəhşətli fəsadları olur. Odur ki, dövlətlərin beynəlxalq birlik tərəfindən tanınmış sərhədlərinin dəyişdirilməsinə cəhd qəbuledilməzdir.
Əgər Ermənistandakı yeni hökumət sivil dövlət qurmaq, əhalisini layiqli həyatla təmin etmək niyyətindədirsə, rəsmi Yerevan üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməli, BMT Təhlükəsizlik Şurasının qətnamələrində tələb olunduğu kimi, qoşunlarını Azərbaycanın işğal altındakı ərazilərindən çıxarmalıdır. Bundan əlavə, azərbaycanlı məcburi köçkünlər doğma torpaqlarına qayıtmalı, ədalət bərpa olunmalıdır. Ədalət olmadan sülhü təmin etmək mümkün deyil.
Ermənistan qonşu ölkələrlə sülh şəraitində yaşamağı öyrənməlidir. O, hərbi təcavüzü, ərazi iddialarını və öz-özünü təcrid etməyi dayandırmalıdır. Yalnız bundan sonra hərbi riskləri aradan qaldırmaq, işğalla əsaslanan status-kvonu dəyişdirmək olar. Nəticədə münaqişənin siyasi yolla həllinə imkan yaranar.
Yeri gəlmişkən, ATƏT-in Minsk qrupunun həmsədri olan dövlətlər (Fransa, Rusiya, ABŞ) bu münaqişə ilə bağlı status-kvonun dəyişdirilməsinə ehtiyac olduğunu hətta prezidentlər səviyyəsində dəfələrlə vurğulayıblar. Ermənistandakı yeni hökumətdən də bunu gözləyirik. Onlar əvvəlki hərbi xunta rejiminin səhvlərini təkrarlamamalıdır.
Bu ilin sentyabrında Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclası əsnasında Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında söhbət olub. Nəticədə Azərbaycan konstruktiv mövqeyini, münaqişənin danışıqlar yolu ilə həllində qətiyyətini bir daha nümayiş etdirib. Atəşkəs rejiminin gücləndirilməsi, aşağı səviyyələrdə kommunikasiyanın yaradılması, danışıqlara dair öhdəliklərin təmin edilməsi ilə bağlı şifahi razılıq əldə olunub.
Azərbaycan Ermənistandakı seçkidən sonra ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklif etdiyi və dəstəklədiyi substantiv, intensiv danışıqlara hazırdır. Amma təəssüf ki, Bakının konstruktiv və xoşniyyətli mövqeyinə rəğmən, Yerevan Azərbaycanın işğal altındakı ərazilərində qeyri-qanuni fəaliyyətini davam etdirir. Bu, danışıqlar üçün əlverişli mühitin yaradılmasına ciddi zərbə vurur.
– Ermənsitanın Azərbaycanda ciddi narahatlıq yaradan fəaliyyətinə misal göstərə bilərsinizmi?
– Ermənistan Azərbaycanın işğal altındakı ərazilərində anneksiya siyasəti yürüdür, qeyri-qanuni fəaliyyətlər həyata keçirir. Bununla o, işğal əsaslanan status-kvonu möhkənləndirməyə çalışır. Rəsmi Bakıda xüsusilə ciddi narahatlıq yaradan məsələ Suriya ermənilərinin işğal altındakı ərazilərdə məskunlaşdırılması, bu ərazilərdə demoqrafik vəziyyətin süni şəkildə dəyişdirilməsidir. Humanitar hüquqa və Cenevrə Konvensiyalarına əsasən, işğal edilmiş ərazilərdə qeyri-qanuni fəaliyyət qadağandır. İşğal altındakı ərazilərdə mineral sərvətlərin istismarı və onların İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı üzv ölkələrinə qeyri-şəffaf şəkildə ixrac edilməsi də ciddi narahatlıq yaradır. Bununla yanaşı, Ermənistan işğal etdiyi ərazilərdə Azərbaycan xalqının əsrlərlə mövcud olan mədəni irsini məhv edir. Onlardan bəzilərinin bərpası artıq mümkün deyil. Sülh prosesinə xələl gətirməklə bərabər, Azərbaycanın işğal altındakı ərazilərinə qeyri-qanuni səfərlər və bu ərazilərdə qanunsuz əməllərin həyata keçirilməsi etnik təmizləməyə məruz qalmış 1 milyondan çox azərbaycanlı məcburi köçkün və qaçqının kollektiv hüquqlarının pozulmasıdır.
– Rəsmi Bakı bütün əsas qlobal ölkələrlə yaxşı əlaqələrə əsaslanan siyasət yürüdür. Lakin qlobal ölkələr arasında münasibətlər daha da pisləşir: ABŞ ilə Avropa İttifaqı arasında münasibətlər indiyədək olmadığı qədər pisdir, Vaşinqtonla Pekin arasında əlaqələrdə problemlər var, Rusiya ilə Qərb ölkələri arasındakı münasibətlər narahatedicidir. Bugünkü vəziyyəti necə qiymətləndirirsiniz? Bu, Azərbaycan üçün necə nəticələnə bilər? Ölkənizin beynəlxalq səviyyədə rolu necə olacaq?
– Beynəlxalq münasibətlərdə artan gərginlik və ziddiyyət beynəlxalq ictimaiyyətinin məsuliyyətli üzvü olan Azərbaycanı da narahat edir. Çünki rəsmi Bakı qanunlara əsaslanan beynəlxalq siyasi və iqtisadi düzəni dəstəkləyir. Bununla yanaşı, o, çoxşaxəli beynəlxalq münasibətlərin və əməkdaşlığın tərəfdarıdır.
Azərbaycan universal təsisatlarla bağlı islahatların və onların müasir dövrə uyğunlaşdırılmasının sadiq tərəfdarıdır. Bakı 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcək (Qoşulmama Hərəkatı 120 ölkəni birləşdirən beynəlxalq təsisatdır. Bu təşkilata üzv ölkələr heç bir hərbi bloka qoşulmur). Beynəlxalq sülh və təhlükəsizlik məsələləri Qoşulmama Hərəkatının gündəmində olan prioritet mövzulardır. Azərbaycanın sədrliyi dövründə bu hədəflərə töhfə verməsi üçün güclü iradəsi var. Azərbaycan ziddiyyətlərdən uzaq durur və ikitərəfli səmərəli əməkdaşlıq formaları ilə öz nümunəsini təqdim edir. Bu gün ölkəmiz qlobal sülh platforması rolunu oynayır. Müxtəlif mövqeləri olan ölkələr Azərbaycanda ortaq məxrəc tapır. Məsələn, Rusiya, ABŞ və NATO-nun hərbi liderləri müntəzəm olaraq Bakıda görüşür.
Yeri gəlmişkən, sualınız mənə prezident İlham Əliyevin Şimali Atlantika Şurasının iclasındakı sözlərini xatırlatdı. Dövlətimizin başçısı o zaman demişdi: “Biz dostlarımızın da bir-biri ilə dost olmasını istərdik”. Bu bəyanat qüvvədə qalır.
– “Bir kəmər – bir yol” təşəbbüsü Azərbaycan üçün nə qədər vacibdir? Ələtdəki Beynəlxalq Dəniz Ticarət Limanı şübhəsiz ki, bu böyük mozaikanın bir hissəsidir. Amma Avropa İttifaqı Çinin bu planından narahatdır və bununla bağlı Pekinə öz təklifini verib. Ölkələr üçün uduşlu plan necə ola bilər?
– Azərbaycan tarixən qədim İpək Yolunun bir hissəsi olub. Ölkənin tarixi təcrübəsinə, coğrafi mövqeyinə, həmçinin Azərbaycanın qlobal ticarətə töhfə vermək əzminə görə rəsmi Bakı belə layihələrdə fəal iştirak edir. Bununla yanaşı, o, bağlantı və uzlaşmalarla əlaqədar müxtəlif modellərin yaradılmasına töhfə verir. Bu gün ölkəmiz regionda ən müasir infrastruktura malik dövlətdir. Buraya İpək Yolunun yerüstü, hava, dəniz və dəmir yol komponentləri daxildir. Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi bunun ən bariz nümunəsidir. Çin “Bir kəmər – bir yol” təşəbbüsünü irəli sürdükdən etibarən Azərbaycan bu layihəni dəstəkləyir. Bununla yanaşı, ölkəmiz Aİ-nin uzlaşma və bağlantılarla əlaqəli konsepsiyasını da təqdir edir. Nəqliyyat dəhlizlərinin yaradılması təkcə yük daşınması demək deyil. Əlbəttə ki, bu, daha böyük anlam kəsb edir. Çünki qədim İpək Yolu göstərib ki, bu, sivilizasiyaların, mədəniyyətlərin əməkdaşlığı və qarşılıqlı zənginləşməsidir. Azərbaycan isə müasir infrastrukturu və geniş regionlara çıxış imkanları sayəsində “Şərq-Qərb” layihəsi vasitəsilə Çin və Avropa bazarlarının birləşməsinə töhfə verir. Bu layihə ilə Çindən Avropaya ən qısa və sərfəli vaxtda yük daşınması mümkün olacaq. Bununla çox sayda iş yerləri yaradılacaq, ölkələr çiçəklənəcək və sabitlik olacaq. Ölkələr üçün uduşlu plan məhz budur.
– Azərbaycan həm coğrafi, həm də digər xüsusiyyətlərə görə Türkiyə və İranla yaxındır. Amma Aİ üçün geosiyasi ambisiyaları olan belə tərəfdaşlarla işləmək hər zaman asan olmur. Bu məsələ ilə bağlı məsləhət verə bilərsinizmi?
– Qonşu ölkələrlə əlaqələr Azərbaycanın xarici siyasəti üçün prioritet məsələdir. Düzgün qeyd etdiniz ki, ölkəmizin həm Türkiyə, həm də İranla dostluq və tərəfdaşlıq əlaqələri var. Heç kəsə məsləhət verə bilmərik. Amma Azərbaycan öz təcrübəsini bölüşə və özü ilə bağlı nümunələri göstərə bilər. Ölkəmiz şəffaf, təxmin edilən, müstəqil xarici siyasət yürüdür. Rəsmi Bakı heç bir dövlətin daxili işlərinə qarışmır, Azərbaycan öz maraqları ilə tərəfdaşlarının maraqları arasında ortaq nöqtə tapmaq yolu ilə regional əməkdaşlıq imkanları təklif edir.
Hesab edirik ki, ən yaxşı inkişaf bölüşülən inkişafdır. Nəticədə sülhə və dostluğa əsaslanan qonşuluq münasibətlərinin yaradılmasına töhfə veririk.
Azərbaycan Türkiyə və İranla ikitərəfli, həmçinin üçtərəfli formatda əməkdaşlıq edir. Bu, qarşılıqlı faydalı olan regional əməkdaşlığa töhfə verir. Sonda onu əlavə etmək istərdim ki, qarşılıqlı xoş niyyətə əsaslanan ümumi maraqlar və etimad sayəsində ikitərəfli əməkdaşlıq modelləri ilə bağlı uğur qazanmaq mümkündür.