Azərbaycanda saxlanılan erməni əsir Paşinyana müraciət edib – FOTOFAKT

Azərbaycanda saxlanılan erməni əsir Paşinyana müraciət edib – FOTOFAKT Erməni əsir Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyana əsir-girovların “hamının-hamıya” prinsipi ilə azad edilməsi ilə bağlı müraciət ünvanlayıb.

Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından Minval.İnfo-ya verilən məlumata görə, 26 dekabr 2014-cü il tarixdə Azərbaycanın Ağdam rayonu ərazisində qoşunların qarşıdurma xəttində təxribat törətməyə cəhd edərkən saxlanılmış və Gəncə Ağır Cinayətlər Məhkəməsinin 5 may 2015-ci il tarixli hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilmiş Ermənistan hərbçisi 1994-cü il təvəllüdlü Baqdasaryan Arsen Eduardoviçin N.Paşinyana əsir-girovların “hamının-hamıya” prinsipi ilə azad edilməsi ilə bağlı müraciət edib.

A.Baqdasaryan özünün yazdığı müraciətinin ictimaiyyətə açıqlanmasını Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından xahiş edib.

Azərbaycanda saxlanılan erməni əsir Paşinyana müraciət edib – FOTOFAKT

Oxşar xəbərlər