Həzrət Abbasa and olsun ki, mənim və övladlarımın obyekti yoxdur…” – Aqil Abbas

Həzrət Abbasa and olsun ki, mənim və övladlarımın obyekti yoxdur…” – Aqil Abbas Bakının 1-ci Zabrat qəsəbəsində, 18 Oktyabr küçəsində, yaşayış evlərinin arasında fəaliyyət göstərən və havaya hər gün təhlükəli tullantılar buraxan kustar metaləritmə sexinin Milli Məclisin üzvü Aqil Abbasa, yaxud övladlarından birinə məxsus olduğu barədə xəbər yayılıb.

Məsələ ilə bağlı Aqil Abbas bunları deyib: “Həzrət Abbasa and olsun mənim, ailə üzvlərimin, övladlarımın hansısa obyekti, hətta köşkü belə yoxdur”.

Deputat əlavə edbi ki, hansısa yaxını, qohumu onun adından istifadə edə bilməz: “Basıb onların gözün çıxararam, mən heç bir yaxınıma, qohumuma adımdan istifadə etməsinə icazə vermirəm. Sosial şəbəkədə haqqımda mənfi fikirlər bildirirlər. Mənim yalnız bir qələmim var, onu mənə bəxş edən Allaha şükürlər olsun”.

virtualaz.org

Oxşar xəbərlər