Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru vəzifədən çıxarılması və adının çaxır qalmaqalında hallanmasından danışıb.
A.Məhərrəmov "Ölkə.Az"ın sualına cavabında Prezidentin sərəncamına hörmətlə yanaşdığını bildirib.
A.Məhərrəmov deyib:
"Bir şeyi dəqiq bilin ki, Prezident İlham Əliyevin sərəncamı müzakirə olunmur, icra olunur. Prezident sərəncamla kimisə vəzifəyə təyin edir, vəzifədən azad edir. Bu, təbii qəbul olunmalıdır. Mən 1969-cu ildən Heydər Əliyevçi olmuşam. Bu gün də dövlətçiliyə xidmət edirəm. Mən İlham Əliyev siyasətinə xidmət edən adamam. Həyatda hər şey ola bilir. Əfsuslar olsun ki, bəzi mətbuat orqanları bunu şouya çevirmək istəyirlər, bu da düzgün deyil. Ziyalılığı, milli mentalitetimizi qorumaq lazımdır. Elm zirvəsinə qalxan adamlara dəyər vermək lazımdır. Mediaya üzümü tutaraq deyirəm: Bu şoulardan əl çəkin! Bunun heç kəsə xeyri yoxdur. Bu, milləti geri çəkmək deməkdir. Allah Prezidentimizin canını sağ eləsin. O, hər şeyə düzgün qərar verir, ona görə də sərəncamı doğru qəbul edirəm. 20 ilə yaxın idi ki, Bakı Dövlət Universitetinin rektoru vəzifəsində çalışmışam. Bu müddətdə şərəflə, ləyaqətlə işləmişəm. Amma indi məsləhət oldu ki, bir qədər də istirahət edim".
Akademkk oğlunun da Prezidentə sadiq olduğunu söyləyib:
"Oğlum da mənim kimi Heydər Əliyev siyasi kursuna sədaqətlə xidmət edən adamdır. Sona qədər də belə olacaq".