Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) fitosanitar müfəttişləri tərəfindən mütəmadi olaraq monitorinqlər davam etdirilir.
Agentlikdən report-a verilən məlumata görə, monitorinqlər çərçivəsində Bakı şəhəri ətrafında yerləşən kəndlərdə karantin zərərli orqanizmlər sirayətlənməsi şübhə doğuran xurma məhsulundan müayinə üçün nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.
Bildirilir ki, aparılan müayinələr nəticəsində nümunələr götürülmüş xurma məhsulunda Aralıq dənizi meyvə milçəyi (Ceratitis capitata (Wedemann)) aşkar olunub. Bu zərərli orqanizm xüsusi ilə müxtəlif fəsilələrdən olan meyvə ağaclarına zərər vurur. Həmçinin, meyvələrin çürüməsinə səbəb olan göbələklərin yayılmasına şərait yaradır.
Məlumata görə, bununla bağlı olaraq, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinə profilaktik tədbirlərin görülməsi üçün müraciət olunub.
Qeyd edək ki, Aralıq dənizi meyvə milçəyi Azərbaycan Respublikasının ərazisi üçün karantin tətbiq edilən zərərli orqanizm olmaqla, Türkiyə, Rusiya, Albaniya, Əlcəzair, Xorvatiya, Kipr, Misir, Fransa, Yunanıstan, Macarıstan, İsrail, İtaliya, Malta, Mərakeş, Portuqaliya və s. kimi ölkələrdə yayılıb.