Azərbaycanda yeni medal təsis olundu

Azərbaycanda yeni medal təsis olundu Prezident İlham Əliyev“Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.
Sənədə əsasən, “Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə” və “Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalının təsviri” təsdiq edilib.
Maddə 1. Medalın ümumi təsviri

“Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra - medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 38 mm olan, hər tərəfə şüalar saçan səkkizguşəli ulduz kompozisiyalı lövhədən ibarətdir.

Maddə 2. Medalın ön tərəfi

Medalın ön tərəfində xarici və daxili çevrələrlə əhatə olunmuş lövhə yerləşir. Diametri 26 mm olan xarici çevrə ilə diametri 20 mm olan daxili çevrənin arasında yuxarı qövs boyunca həkk olunmuş “AZƏRBAYCAN RESPUBLİKASI” sözlərini hər iki tərəfdən tamamlayan iki ədəd səkkizguşəli ulduz vardır. Alt hissədə ortada palıd yarpaqları təsvir olunmuş, sol tərəfdə qövs boyunca aşağıdan yuxarıya doğru “1919”, sağ tərəfdə qövs boyunca yuxarıdan aşağıya doğru “2019” rəqəmləri, göy rəngli mərkəzi dairənin üzərində isə “DÖVLƏT TƏHLÜKƏSİZLİYİ VƏ XARİCİ KƏŞFİYYAT ORQANLARI 100 İL” sözləri yazılmışdır. Səkkizguşəli ulduz və onun şüaları, çevrələrin konturları, palıd yarpaqları və bütün yazılar relyefli olmaqla qızılı rəngdədir.

Maddə 3. Medalın arxa tərəfi
Medalın arxa tərəfinin səthi hamardır, orta hissəsində “AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT TƏHLÜKƏSİZLİYİ VƏ XARİCİ KƏŞFİYYAT ORQANLARI 1919-2019” sözləri, aşağı hissəsində medalın seriyası və nömrəsi həkk olunmuşdur.

Maddə 4. Medalın elementləri

4.1. Medal paltara bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçülü beşbucaqlı lövhəyə ilgək və iki halqa vasitəsilə birləşdirilir. Lövhəyə üzərində kənarlardan mərkəzə doğru ardıcıl olaraq 4,25 mm enində mavi, 1,5 mm enində qızılı, 4,25 mm enində mavi zolaqlar, mərkəzdə isə 17 mm enində göy rəngli şaquli zolaq təsvir edilən xara lent çəkilmişdir. Xara lentin yuxarı hissəsinə üzərində ulduz, aypara və dalğalı lent təsvir olunan 40 mm x 5,5 mm ölçülü düzbucaqlı lövhə bərkidilmişdir. Ulduz, aypara və lent təsvirləri relyeflidir.

4.2. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur.

Azərbaycanda yeni medal təsis olundu

Oxşar xəbərlər