Ötən gün Abel Məhərrəmovun uzun illər rektoru olduğu Bakı Dövlət Universitetindən (BDU) uzaqlaşdırılması ölkənin bir nömrəli xəbəri oldu. Xüsüsən, sabiq rektorun vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, İspaniya Krallığında Azərbaycanın səfiri işləyən oğlunun da bu qalmaqalda iştirakı mövzunun böyüməsinə səbəb oldu.
Bakı Dövlət Universiteti Azərbaycanın ən qədim təhsil ocağıdır. Sözügedən təhsil müəssəsində on minlərlə tələbə, müəllim, elmi işçi, akademik, sadə vətəndaş çalışır. Təbii ki, bu qədər şəxsə rəhbərlik etmək asan iş deyil. Bu vəzifəyə gətiriləcək istənilən şəxs yüksək savada, intelektə, idarəçilik qabiliyyətinə malik olmalıdır.
Bəs görəsən ömrünün uzun illərini bu universitetə həsr etmiş şəxslər necə düşünür, Abel Məhərrəmovun gedişindən sonra Bakı Dövlət Universitetinə kim rəhbərlik edə bilər?
Bu sualla bağlı bağlı Faktxeber.com-a danışan BDU-nun keçmiş tələbəsi və müəlllimi, tarixçi alim Dilavər Əzimli bildirdi ki, universitetdə Abel Məhərrəmovu əvəz edə biləcək yüzlərlə kadr var: “Biz Bakı Dövlət Universitetinin məzunu olmuşuq, burada çalışmışıq. Universitetimiz dünyada özünəməxsus yeri, nüfüzu var. Şəxsən Abel Məhərrəmova böyük hörmətim var. Mətbuatda onun əleyhinə gedən yazılar haqda bir söz deyə bilmərəm... Sualınıza gəlincə, Bakı Dövlət Universitetində bu vəzifəyə layiq olan minlərlə akademik, elmi işçi var. Təəssüf ki, indi konkret ad çəkə bilməyəcəm. Bu şəxs texniki, yaxud humanitar təmayüllü elimlərlə məşğul olan adamlardan biri ola bilər. Tam kənardan gətirilən kadrın olmasını da istisna etmirəm”.
BDU-nun tarix faküləsində bakalavr, magistr və doktorantura pillələrini bitirmiş, daha sonra orada tarix müəllimi işləmiş, tanınmış təhsil eksperti Kamran Əsədov isə konkret adlar çəkərək rəhbər kreslosu boş qalan universitetə rektor təyin oluna biləcək şəxslərin isimlərini söylədi:
“BDU ölkədə fəaliyyət göstərən digər ali təhsil müəssisələrindən çox fərqlidir. Onun adı gələndə insanlarda bir güvən, xoş təəssürat yaradır. Əlbəttə ki, heç kim vəzifədə əbədi deyil. Abel Məhərrəmov BDU-ya rəhbərlik etdiyi 20 ilə yaxın müddətdə universitet üçün çox böyük işlər görüb. Universitetin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Amma nəzərə alsaq ki, BDU-da 24 min tələbə, 7 min müəllim , 3 mindən çox texniki işçi çalışır, böyük bir insan kütləsinin burda cəmləşdiyini görə bilərik.
Fikrimcə, yaxın günlərdə BDU-ya təyinat olacaq. Real namizəd kimi Nərgiz Paşayevanı düşünürəm. Ona görə ki, Nərgiz xanım akademikdir, uzun müddət BDU-da prorektor kimi çalışıb, hazırda BDU-da kafedra müdiri kimi çalışır.
İkinci namizəd kimi Azərbaycan Universitetinin eks rektoru, gənc Fərid Əhmədovu düşünürəm. Çünki o da rektor kimi kifayət qədər müsbət imic formalaşdırıb.
3-cü namizəd kimi Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovu düşünürəm. Elmar Qasımova BDU yad deyil. Eyni zamanda Elmar müəllim Bakı Ali Neft Məktəbində (BANM) rəhbər olduğu dövrdə yeni yaradılan ali təhsil müəssisəsini qısa müddətdə ölkənin ən yaxşı universitetinə çevirə bilib, onun beynəlxalq imicini formalaşdırıb. Mən daha çox bu namizədlərin üzərində dayanıram".