Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən Moskvada Dubrovka faciəsi zamanı əsirlərə kömək edən, ölümündən sonra “Şücaətə görə” medalı ilə təltif olunan azərbaycanlı həkim Oleq Məhərləmov haqqında məqalə yaradılıb.
Bu barədə MEK-dən məlumat verilib.
Məqalə ilə buradan tanış ola bilərsiniz.
MEK-dən bildiriblər ki, məqalədə azərbaycanlı həkimin həyatı, ailəsi və 2002-ci il oktyabrın 23-26-da Dubrovkada Moskva Teatr mərkəzində törədilən terror zamanı insanlara kömək etmək naminə göstərdiyi şücaət haqqında məlumat verilib.
Könüllülər tərəfindən qəhrəmanı rusdilli oxuculara təqdim etmək üçün rus dilində olan “Vikipediya”da da məqalə yaradılıb.