2018-ci ilin sentyabr ayında Bakıda yeni mənzillərin qiymətində ucuzlaşma, köhnə mənzillərin qiymətində isə bahalaşma qeydə alınıb.
Bunu Trend-ə daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.
N.İbrahimov bildirib ki, təkrar mənzil bazarında qiymətlərdə ay ərzində bahalaşma 3.29 faiz olub.
Ekspert ay ərzində ilkin mənzil bazarında qiymətlərin 1.41 faiz azalma olduğunu qeyd edib.
N.İbrahimovun sözlərinə görə, Bakıda yeni binaların tikintisində artım dayanıb. O qeyd edib ki, əvvəlki aylarda hər ay yeni bina bünövrələri qoyulurdu, lakin son 1 ay ərzində təzə bina bünövrəsi qoyulmayıb.