Taleh Qaraşov: rayonda həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri vaxtında icra olur - ÖZƏL + FOTOLAR

Taleh Qaraşov: rayonda həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri vaxtında icra olur - ÖZƏL + FOTOLAR Heydər Əliyev Mərkəzində 2018-ci ilin 9 ayı ərzində Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin cari ilin 9 ayının yekunlarına həsr olunmuş iclasındakı çıxışından irəli gələn vəzifələrlə bağlı Şura iclası keçirilib.
Şura iclasını açan Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov geniş nitq söyləyərək 2018-ci ilin həm president seçkiləri, həm də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ilk dəfə Prezident seçilməsinin 15 illiyi ilə əlaqədar ölkənin ictimai-siyasi həyatında çox əlamətdar il olduğunu diqqətə çatdırmaqla cari ilin hesabat dövründə ölkədə sosial-iqtisadi inkişaf sahəsində yüksək nailiyyətlərin qazanıldığını, bütün sahələrdə nəzərdə tutulmuş proqnoz və tapşırıqların vaxtında icra olunduğunu qeyd edib. Natiq cənab Prezident İlham Əliyevin müdrik düşüncəsi ilə davamlı olaraq həyata keçirilən iqtisadi islahatlar sayəsində ölkədə ümumi daxili məhsulun artdığını, xüsusilə qeyri-neft sektorunda məhsul istehsalının dəfələrlə çoxaldığını, iqtisadi göstəricilərin xeyli yüksəldiyini söyləyərək ölkənin hər yeri kimi Lənkəran rayonunun da sosial-iqtisadi inkişafı sahəsində yüksək nəticələrin əldə olunduğunu vurğulayıb. Eyni zamanda, İcra başçısı ötən 15 il müddətində və cari ilin 9 ayı ərzində qazanılmış uğurları cənab Prezident İlham Əliyevin davamlı diqqəti və qayğısı sayəsində əldə olunduğunu bildirərək rayonda həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işlərini, vaxtında icra olunan və rayonun iqtisadi potensialını durmadan artıran irihəcmli layihələrin məhz bu qayğının bəhrələri olduğunu önə çəkib.
Prezident İlham Əliyevin oktyabrın 15-də Lənkəran şəhərinə etdiyi səfərindən bəhs edən natiq dövlət başçısının yeni obyektlərin açılış və təqdimat mərasimləri zamanı rayon ictimaiyyətinin nümayəndələri və əmək kollektivləri ilə iş başında səmimi, hərarətli görüşlərinin və səfərdən dərhal sonra Lənkəran şəhərində çoxmənzilli binaların dam örtüklərinin təmiri, rayonun Şıxəkəran kənd orta məktəbi üçün yeni binanın və Lənkəran-Lerik yolunun əsaslı təmiri barədə verdiyi sərəncamlar hər bir lənkəranlıya sonsuz sevinc, daha gözəl gələcəyə güclü inam bəxş etdiyini vurğulayıb. İcra başçısı yığıncaq iştirakçılarının diqqətini həmçinin hesabat dövründə Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlərə yönəldərək ötən 9 ay ərzində rayonda ümumi məhsul buraxılışının 9,6 faiz artaraq 326,7 milyon manat təşkil etdiyini, sənayedə 28,4 milyon manatlıq məhsul istehsal edildiyini, sənayenin qeyri-dövlət sektorunda istehsalın həcminin 11,8 faiz artdığını qeyd edib. Kənd təsərrüfatında da işlərin sürətlənməsini, məhsul istehsalının artmasını, yeni çay, çəltik və sitrus plantasiyalarının salınmasını İcra başçısı məhsul istehsalçılarına göstərilən dövlət qayğısının və tətbiq olunan güzəştlərin sevindirici nəticələri olduğunu bildirib.

Lənkəran İstisu və Sağlamlıq Mərkəzinin təqdimatı olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Lənkərana səfəri çərçivəsində İstisu və Sağlamlıq Mərkəzinin təqdimatı olub.

Taleh Qaraşov: rayonda həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri vaxtında icra olur - ÖZƏL + FOTOLAR




Son illər bölgələrdə müasir mehmanxana və sağlamlıq komplekslərinin istifadəyə verilməsi Azərbaycanın iqtisadi potensialını nümayiş etdirməklə yanaşı, ölkəyə gələn turistlərin sayının artmasına da böyük təkan verir. Lənkəranın Haftoni qəsəbəsində inşası yenicə başa çatan Lənkəran İstisu və Sağlamlıq Mərkəzi də bu istiqamətdə həyata keçirilən əsaslı addımlardan biridir. Bu kompleksin inşası regionun turizm imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Təxminən 11 hektar sahəsi olan kompleksdə otel, tibb mərkəzi və müxtəlif termal hamamlar fəaliyyət göstərəcək.

Taleh Qaraşov: rayonda həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri vaxtında icra olur - ÖZƏL + FOTOLAR






Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərkəzdə görülən işlərlə tanış oldular.

Layihə rəhbəri Nəriman Topçubaşov məlumat verdi ki, Lənkəran İstisu Sanatoriyası ilk dəfə 1958-ci ildə istifadəyə verilib. 1974-cü ildə ərazidə dördmərtəbəli sanatoriya binası inşa edilib.

Taleh Qaraşov: rayonda həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri vaxtında icra olur - ÖZƏL + FOTOLAR








Bildirildi ki, Lənkəran İstisu və Sağlamlıq Mərkəzinin inşasına 2016-cı ilin noyabrında başlanılıb. Mərkəzin 182 nömrəlik otel binası ən yüksək standartlar səviyyəsində inşa olunub. Kompleksə daxil olan digər xidmət sahələrinin inşası davam etdirilir. Otel binasının interyerinin tərtibatında orijinal mebel və aksesuarlardan istifadə olunub. Otelin doqquzmərtəbəli binasında istər uzunmüddətli müalicəvi istirahət, istərsə də həftə sonlarında asudə vaxt keçirmək üçün hər cür şərait yaradılıb.

Taleh Qaraşov: rayonda həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri vaxtında icra olur - ÖZƏL + FOTOLAR





Lənkəran Olimpiya İdman Kompleksi istifadəyə verilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Taleh Qaraşov: rayonda həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri vaxtında icra olur - ÖZƏL + FOTOLAR







Dövlətimizin başçısı və birinci xanım Lənkəran Olimpiya İdman Kompleksinin rəmzi açılışını bildirən lenti kəsdilər.

Gənclər və idman naziri Azad Rəhimov kompleksdə yaradılan şərait barədə dövlətimizin başçısına və birinci xanıma ətraflı məlumat verdi.

Bildirildi ki, kompleksin tikintisinə 2013-cü ildə başlanılıb. Prezident İlham Əliyevin sərəncamları ilə Lənkəran Olimpiya İdman Kompleksinin tikintisinin davam etdirilməsinə ümumilikdə 15 milyon manat vəsait ayrılıb. Yüksək keyfiyyətlə aparılan tikinti işləri bu ilin oktyabrında başa çatdırılıb.

Taleh Qaraşov: rayonda həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri vaxtında icra olur - ÖZƏL + FOTOLAR










Kompleks müasirliyi ilə diqqəti cəlb edir. Bu, ölkəmizdə idmançıların ixtiyarına verilən sayca 44-cü Olimpiya İdman Kompleksidir. Ümumi ərazisi altı hektar olan idman qurğusunda bütün zəruri infrastruktur yaradılıb.

Diqqətə çatdırıldı ki, 788 tamaşaçı yerlik universal idman salonunda idmanın müxtəlif növləri üzrə yarışlar təşkil etmək mümkündür. Belə komplekslərin yaradılması Azərbaycanın idman ölkəsi kimi nüfuzunu yüksəltməklə yanaşı, regionlarda yaşayan gənclərin idmana həvəsinin artırılması, onların potensialının üzə çıxarılması və ümumilikdə idmanın kütləviliyinin təmin edilməsində mühüm əhəmiyyət daşıyır. Kompleksin əhəmiyyətini artıran cəhətlərdən biri də burada müasir mehmanxananın yaradılmasıdır. Əlli üç yerlik mehmanxananın üçmərtəbəli binasında idmançıların qalması və istirahəti üçün hər cür imkan var. Mehmanxanada birnəfərlik, ikinəfərlik, üçnəfərlik, VIP otaqlar və 70 yerlik konfrans zalı mövcuddur.

Taleh Qaraşov: rayonda həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri vaxtında icra olur - ÖZƏL + FOTOLAR












Lənkəran Olimpiya İdman Kompleksinin ağır atletika və trenajor zalında idmançılar üçün hərtərəfli şərait yaradılıb. Məşqçilərin otaqları da məhsuldar fəaliyyət üçün hər cür imkana malikdir. Boks zalında məşqlərin keçirilməsi və yarışların təşkili üçün mükəmməl şərait var. İdmançılara həkim nəzarəti də yüksək səviyyədə təşkil olunub. Güləş zalı Beynəlxalq Güləş Federasiyasının standartlarına uyğun tikilib. Bu zalda 90 tamaşaçı yeri var. Güləşçilərin məşqlərinin yüksək səviyyədə keçirilməsi üçün ən xırda incəliklər belə nəzərə alınıb.

Qeyd edildi ki, Lənkəran Olimpiya İdman Kompleksinə daxil olan restoran və mətbəxdə də xidmətin müasir səviyyədə təşkili üçün hər cür şərait yaradılıb.

Taleh Qaraşov: rayonda həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri vaxtında icra olur - ÖZƏL + FOTOLAR






Buradakı üzgüçülük hovuzu ən müasir standartlara cavab verir. Hovuzun uzunluğu 25 metr, eni isə 12 metrdir. Ölkəmizdə yeniyetmə və gənclərin idmanın üzgüçülük növünə də marağı ildən-ilə artır. Bu zalda üzgüçülük yarışlarını 135 nəfər izləyə biləcək. Müasir standartlara cavab verən futbol meydançasında keçiriləcək yarışları tribunalardan 1300-ə qədər tamaşaçı izləyəcək. Burada mini futbol meydançası da idmançıların ixtiyarına verilib. Basketbol və voleybol meydançaları idmansevərlərə dəyərli töhfədir. Kompleks, həmçinin qaz, su-kanalizasiya, elektrik, rabitə xətləri ilə təchiz olunub. Həyətdə geniş abadlıq-quruculuq işləri görülüb, yaşıllıqlar salınıb, istirahət guşələri yaradılıb.

Müasir üslubda yeni inşa olunan “Lənkəran-2” yarımstansiyası işə salınıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Lənkəran rayonuna səfəri çərçivəsində “Azərişıq” ASC tərəfindən müasir üslubda yeni inşa edilən 110/35/10 kV-luq “Lənkəran-2” yarımstansiyasının açılışı olub.

Taleh Qaraşov: rayonda həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri vaxtında icra olur - ÖZƏL + FOTOLAR










1974-cü ildə tikilən 110/10 kilovoltluq yarımstansiyanın gərginlik sinfi dəyişdirilərək 110/35/10 kilovoltluq gərginlik sinfinə keçirilməsi, onun gücünün 32 meqavolt amperdən 50 meqavolt amperə çatdırılması böyük əhəmiyyət daşıyır. Yarımstansiyada 35 kilovoltluq gərginlik sinfi yaradılıb ki, bununla Lənkəran, Lerik və Masallı rayonlarının 35 kilovoltluq dairəvi elektrik təchizat sxemi qurulub. Bu isə elektrik enerjisinin dayanıqlılığının və etibarlılığının artırılmasına, yüklərin bir mənbədən digər mənbə üzərinə keçirilməsinə, həmçinin çəltikçiliyin, çayçılığın və kənd təsərrüfatının digər sahələrinin inkişafı üçün lazım olan elektrik enerji təchizatına müsbət təsir edir. Yarımstansiyada 110 kilovoltluq açıq paylayıcı, 35 və 10 kilovoltluq qapalı paylayıcı qurğular quraşdırılıb. Yarımstansiya müasir standartlara cavab verən elektron tipli rele mühafizəsi və avtomatika sistemləri ilə təchiz edilib və məsafədən idarə olunan SCADA dispetçer sisteminə qoşulub. Yenidən qurulan “Lənkəran-2” yarımstansiyası Lənkəran şəhəri, 4 kənd və qəsəbə daxil olmaqla 17 min 500 abonenti elektrik enerjisi ilə təchiz edir. Eyni zamanda, bir sıra strateji obyektlər də bu yarımstansiyadan qidalanır.

Taleh Qaraşov: rayonda həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri vaxtında icra olur - ÖZƏL + FOTOLAR











Qeyd edək ki, Masallıda da yenidən qurulan “Tüklə” yarımstansiyasının gücü 32 meqavolt amperə çatdırılıb. 110 kilovoltluq “Tüklə” və “Lənkəran-1” yarımstansiyaları vasitəsilə Masallı və Lənkəran rayonlararası 35 kilovoltluq dairəvi elektrik təchizat sxemi qurulub ki, bu da Lənkəran rayonunda, o cümlədən Liman şəhərində ikinci qida mənbəyinin yaradılması, bununla da hər iki rayonun elektrik təchizatının dayanıqlılığının artırılması deməkdir. Yarımstansiyada 110 kilovoltluq açıq paylayıcı, 35 və 10 kilovoltluq qapalı paylayıcı qurğular quraşdırılıb, elektron tipli rele mühafizəsi və avtomatika sistemləri ilə təchiz edilib və məsafədən idarə olunan SCADA dispetçer sisteminə qoşulub. Yeni yarımstansiya 70 min əhalini və 516 obyekti elektrik enerjisi ilə təchiz edir.

Lənkəran rayonunda Hirkan-Daştatük-Biləsər avtomobil yolunun yenidənqurmadan sonra açılışı olub


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Lənkəran rayonuna səfərləri çərçivəsində Hirkan-Daştatük-Biləsər avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak ediblər.

Taleh Qaraşov: rayonda həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri vaxtında icra olur - ÖZƏL + FOTOLAR










Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya yolun texniki göstəriciləri barədə məlumat verdi.

Bildirildi ki, yolun uzunluğu 22 kilometrdir. Hirkan-Daştatük-Biləsər avtomobil yolu uzun müddət təmir olunmadığı və burada yola asfalt qatı vurulmadığı üçün hərəkət hissəsi sıradan çıxmış vəziyyətdə idi. Bu isə xüsusən payız-qış mövsümündə nəqliyyat vasitələrinin hərəkətində problemlər yaradırdı. Rayonun 7 yaşayış məntəqəsini birləşdirən Hirkan-Daştatük-Biləsər avtomobil yolunun tikintisinə Azərbaycan Prezidentinin Sərəncamına əsasən dövlət büdcəsinin investisiya xərclərindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 9,1 milyon manat vəsait ayrılıb. Görülən işlər nəticəsində Hirkan-Daştatük-Biləsər avtomobil yolu iki hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun şəkildə yenidən qurulub.

Taleh Qaraşov: rayonda həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri vaxtında icra olur - ÖZƏL + FOTOLAR








Məlumat verildi ki, yolun hərəkət hissəsinin eni 6 metrdir. Çiyinlər də daxil olmaqla yol yatağının eni isə 8-10 metr təşkil edir. Yol boyunca müxtəlif diametrli suötürücü borular tikilib, zəruri yerlərdə yol nişanları quraşdırılıb, yol-cizgi və yolgöstərici xətlər çəkilib, avtobus dayanacaqları inşa edilib.

Avtomobil yolunun tikintisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “7 nömrəli Yol İstismarı” MMC tərəfindən yüksək keyfiyyətlə aparılıb. Dağlıq ərazidə yerləşən, eləcə də Hirkan Milli Parkı ərazisindən keçən Hirkan-Daştatük-Biləsər avtomobil yolunun tikintisi 7 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında mühüm əhəmiyyət kəsb edəcək.

Prezident İlham Əliyevə Astara rayonunun Ojakəran–Tüləküvan–Təngərüd avtomobil yolunun tikintisi barədə də məlumat verildi. Bildirildi ki, 9 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən bu yolun uzunluğu 11 kilometrdir.

Taleh Qaraşov: rayonda həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri vaxtında icra olur - ÖZƏL + FOTOLAR









Dövlətimizin başçısının Sərəncamı ilə bu yolun tikintisinə 3,4 milyon manat vəsait ayrılıb. Avtomobil yolu iki hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub. Dağlıq ərazidə yerləşən Ojakəran–Tüləküvan–Təngərüd avtomobil yolunun tikintisi əhatə etdiyi yaşayış məntəqələrinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə iqtisadiyyatın, kənd təsərrüfatının, habelə turizmin inkişafında mühüm rol oynayacaq. Yük və sərnişin daşınmasını xeyli yaxşılaşdırmağa imkan verən yolun tikinti işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “49 nömrəli Yol İstismarı” MMC tərəfindən həyata keçirilib.

Dövlətimizin başçısı Astara rayonunun Taxtanəkəran-Miki, Taxtanəkəran-Toradi kəndlərarası avtomobil yollarının tikintisi ilə də maraqlandı.

Məlumat verildi ki, 12 min nəfər əhalinin yaşadığı və 38 yaşayış məntəqəsini birləşdirən kəndlərarası avtomobil yollarının yenidən qurulması məqsədilə ümumilikdə 11,5 milyon manat vəsait ayrılıb. Yolların tikintisi yüksək səviyyədə həyata keçirilib. Həmin yolların ümumi uzunluğu 27,4 kilometrdir. Bu yollar da iki hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub, sərnişin və yük daşınmasını xeyli yaxşılaşdırmağa imkan verəcək. Bu, həmçinin yerli və xarici turistlərin ərazidə yerləşən istirahət mərkəzlərinə rahat getmələrinə və tarixi mədəniyyət abidələri ilə tanış olmalarına şərait yaradacaq.

Taleh Qaraşov: rayonda həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri vaxtında icra olur - ÖZƏL + FOTOLAR







Dövlətimizin başçısına və xanımına Astaraçay üzərində tikiləcək körpü və körpüyə qədər olan yolun planı barədə də məlumat verildi.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Hirkan-Daştatük-Biləsər avtomobil yolunun rəmzi açılışını bildirən lenti kəsdilər.

Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzi cənub bölgəsində fermerlərlə işin gücləndirilməsində mühüm rol oynayacaq

Kənd Təsərrüfatı Nazirliyinin Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzi istifadəyə verilib.

Taleh Qaraşov: rayonda həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri vaxtında icra olur - ÖZƏL + FOTOLAR








Ölkəmizdə əsas kənd təsərrüfatı regionlarından olan Lənkəranda son illərdə bu sahədə görülən işlər əhəmiyyəti ilə seçilir. Bu baxımdan Kənd Təsərrüfatı Nazirliyinin Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzinin fəaliyyəti böyük maraq doğurur. Burada Kənd Təsərrüfatı Nazirliyi və onun tabeli qurumları tərəfindən bitkiçilik, heyvandarlıq və texniki nəzarət xidmətləri üzrə ümumilikdə 63 növ xidmət göstərilir. Mərkəzdə 58 nəfər çalışır.

Qeyd edək ki, Dövlət Aqrar İnkişaf mərkəzlərinin yaradılmasında məqsəd Kənd Təsərrüfatı Nazirliyinin yerli bölmələrinin vahid mərkəzdən idarə olunmasını təşkil etmək, fermerlərlə işin gücləndirilməsi, elektron xidmətlər və innovativ texnologiyadan istifadə ilə bağlı maarifləndirmə işləri aparmaqdır. Mərkəzlərin təşkili aqrar sektorda xidmətlərin göstərilməsində bir sıra üstünlüklər yaradır. Bu üstünlüklərdən “vahid pəncərə” prinsipinin tətbiqini, şəffaflığın artırılmasını, fermerlərlə əlaqələrin qurulması mexanizminin təkmilləşdirilməsini qeyd etmək olar.

Taleh Qaraşov: rayonda həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri vaxtında icra olur - ÖZƏL + FOTOLAR










Mərkəz Lənkəran şəhərində qeydiyyatda olan vətəndaşlara xidmət göstərəcək. Lənkəran Regional Toxum Sertifikatlaşdırma Mərkəzi Lənkəran, Masallı, Lerik, Yardımlı və Astara rayonlarını əhatə etməklə bu rayonlarda toxum və ting istehsalçılarının əkinlərinin qeydiyyatının təşkili, kənd təsərrüfatı bitkilərinin toxumluq əkinlərinin və tinglərin sort eyniliyinin və təmizliyinin, xəstəlik və zərərvericilərlə yoluxmanın müəyyənləşdirilməsini, habelə onların sertifikatlaşdırılmasının təşkilini, toxum və ting istehsalı ilə məşğul olmaq istəyən fiziki və hüquqi şəxslərin attestasiyası məqsədilə müvafiq rəy verilməsini təşkil edir.

Taleh Qaraşov: rayonda həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri vaxtında icra olur - ÖZƏL + FOTOLAR






Lənkəran Regional Aqrokimya Laboratoriyası torpaq mülkiyyətçiləri və sahibkarlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə yaradılıb, müasir cihaz və avadanlıqla təchiz edilib.

Qida Təhlükəsizliyi Agentliyinin Lənkəran Regional Sınaq Laboratoriyasında hər cür şərait yaradılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Lənkəran rayonuna səfəri çərçivəsində istifadəyə verilən müəssisələrdən biri də Qida Təhlükəsizliyi Agentliyinin Qida Təhlükəsizliyi İnstitutunun Lənkəran Regional Sınaq Laboratoriyası olub.

Taleh Qaraşov: rayonda həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri vaxtında icra olur - ÖZƏL + FOTOLAR






Səkkiz şöbədən ibarət laboratoriyada inzibati və laborator baxış otaqları yaradılıb. Gün ərzində 300 sınaq aparmaq potensialına malik laboratoriyanın kimyəvi və bioloji tullantıların zərərsizləşdirilməsi, insinerator, soyuducu kamera və vivarium kimi yardımçı tikililəri vardır. Burada kimyəvi tullantıların neytrallaşdırma, o cümlədən bioloji tullantıların ozonlaşdırma texnologiyası əsasında zərərsizləşdirilməsi həyata keçirilir.

Taleh Qaraşov: rayonda həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri vaxtında icra olur - ÖZƏL + FOTOLAR




Nümunə qəbulu, toksikologiya, fiziki-kimyəvi müayinələr, mikrobiologiya, virusologiya, parazitologiya, karantin ekspertiza şöbələrində zəruri laborator müayinələrin aparılması üçün müasir avadanlıq quraşdırılıb, hər cür şərait yaradılıb.


Taleh Qaraşov: rayonda həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri vaxtında icra olur - ÖZƏL + FOTOLARTaleh Qaraşov: rayonda həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri vaxtında icra olur - ÖZƏL + FOTOLARTaleh Qaraşov: rayonda həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri vaxtında icra olur - ÖZƏL + FOTOLAR

Taleh Qaraşov: rayonda həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri vaxtında icra olur - ÖZƏL + FOTOLARTaleh Qaraşov: rayonda həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri vaxtında icra olur - ÖZƏL + FOTOLAR

Oxşar xəbərlər