İranda "türk qızları"na qadağa: Etirazlar başladı

İranda “BBC farsca” saytı Təbrizin "Traktor" komandasının azarkeşlərinin şüarını təhrif edib.

Axar.az xəbər verir ki, “Traktor” tərəfdarları “Sepidrud”la oyunun 25-ci dəqiqəsində “Səhənd meydanında – Türk qızlarının yeri boş” şüarını səsləndirərək İranda qadınların stadiona buraxılmamasına etiraz bildiriblər.

Azarkeşlər oyun zamanı "Azərbaycan qızları, göylərin ulduzları - Stadion yolları, gözləyir onları", "Aşiqanə, biz bu vətən aşiqi – Arxanızdayıq, biz alarıq haqqınızı, türk qızları, türk qızları, Türk qızları...” mahnısını oxuyublar.

Bəzi İran saytları və "BBC farsca" isə oyunla bağlı yaydıqları xəbərlərdə “türk” sözünü çıxarıblar. Bu təhrif azərbaycanlı internet istifadəçilərinin kəskin etirazı ilə qarşılanıb, soydaşlarımız "BBC farsca" xidmətinin internet səhifələrində öz etirazlarını bildirməyə davam edirlər.

Oxşar xəbərlər