13 Avqustda şərti azadlığa çıxan REAL Partiyasının sədri İlqar Məmmədov mətbuat konfransı keçirib.
Konfransda jurnalistlərin suallarını cavablandıran İlqar Məmmədov həbs edilməsinin səbəblərindən, REAL partiyasının gələcəklə bağlı iqtisadi planlarından və bir sıra digər məsələlərə aydınlıq gətirib. 3 hissədən ibarət olan mətbuat konfransı saat 12:00-da başlayıb, 2 saatdan artıq davam edib.
Minval.info bildirir ki , ilk hissə İ.Məmmədovun həbsi və məhkəməsinə, növbəti hissə ölkədə baş verən iqtisadi proseslərə, son hissə siyasət və REAL-a həsr edilib. Keçmiş vicdan məhbusu 5 il yarımlıq həbsxana həyatı, azadlığa buraxılmasının səbəbləri və gələcəkdə görəcəyi işlər, REAL-ın fəaliyyəti barədə danışıb, sualları cavablandırıb.
İlk olaraq İ.Məmmədov çıxış etdi: “Media mənə böyük diqqət göstərib, hər zaman. Bu da ictimai rəyin formalaşmasında mühüm rol oynayıb. Təşəkkür edəcəyim insanlar çoxdur. İlk olaraq 4 vəkilimə təşəkkür edirəm. Onların sayəsində hüquqi qələbəmizi qazandıq”. İlqar Məmmədov daha sonra jurnalistlərin suallarını cavablandırıb.
Arzu Abdullanın “Tale Bağırzadə sizə azadlığa çıxmağınız münasibətilə təbrik göndərdi. Bütövlükdə Nardaran hadisələrinə münasibətiniz necədir” sualına REAL rəhbəri bu cür mövqe bildirdi: “Hazırda o işi öyrənməklə məşğulam. Təbrikinə görə təşəkkür edirəm. Biz cinsindən, irqindən asılı olmayaraq, hər bir insanın hüquqlarına hörmət edirik”.
Konfrans vəkillərin çıxışları ilə davam edib. Vəkil Cavad Cavadov: “İlqar Məmmədov Azərbaycanda yeganə məhbusdur ki, 8 həbsxana gəzib. Çox ciddi təzyiqlərlə üzləşirdi, bunu mən görürdüm. İnanıram ki, o, tezliklə tam bəraət alacaq”.
Vəkil Fuad Ağayev: “İlqar bəylə söhbət edəndə üzərimə öhdəlik götürdüm ki, nəsə baş versə, sona qədər onun hüquqlarını müdafiə edəcəm. Biz oxunan hökmlə Ona görə ki, REAL-ın idarə heyətinin üzvü olan vəkil yalnız mən idim. İlqar bəyi prosesdən tam uzaqlaşdırmaq üçün bunlar edilirdi”.
Konfransın ikinci hissəsində İlqar Məmmədov çıxışına bu cür başladı: “Həbsxanaya düşdüyümdə və çıxdığımda fərqli iqtisadi durum gördüm. Həbs olunmağım ölkəmizi ağ günə çıxarmadı. Əksinə iqtisadiyyatda geriləmələr oldu. Bu, bütün sahələrdə baş verdi. Belə siyasi həbslərin mütləq nəticəsi olur. Siyasi alternativlər olmayanda bu iqtisadi sahəyə də təsir edir. Biz hakim komanda ilə debatlara hazırıq”.
Jurnalist Təzəxan Mirələmli: “Mitinqlər keçirəcəksinizmi?”
REAL sədri: “O zaman mitinq qərarı verəcəyik ki, millətə xeyir gətirsin. Biz yeni bir ideyalı partiya yaratmışıq. Bu partiyanın genişləndirilməsi üçün fəaliyyətimizi davam etdiririk. Partiyamız ölkədə ən ideoloji partiyadır”.
“Xalqın müxalifətə əvvəlki inamı qalmayıb. REAL bu inamı geri qaytara biləcəkmi” sualına İ.Məmmədov belə cavab verib: “Gələcək hər şeyi göstərəcək. Əlimizdən gələni edəcəyik. Sonda hər şey insanların təşəbbüsündən, fəallığından asılı olacaq. Bunlar olarsa, biz uğur qazanacağıq”
Sonda İ.Məmmədov bütün media nümayəndələrinə, beynəlxalq təşkilatlara, REAL-çılara öz təşəkkürünü bildirdi: “Biz həbs səhifəsini bu konfransla çevirdik. Bundan sonrakı əsas fəaliyyətimiz siyasi fəaliyyət olacaq”.