Qadınların alt paltarını oğurlayan manyakla bağlı rəsmi məlumat

Qadınların alt paltarını oğurlayan manyakla bağlı rəsmi məlumat Xəbər verdiyimiz kimi, İsmayıllı rayonunda həyətlərə daxil olaraq qadınların alt paltarını oğurlayan manyak peyda olub.

Məsələ ilə bağlı minval.info saytına açıqlama verən DİN-nin mətbuat xidmətinin Şəki Regional qrupunun baş inspektoru Mahir Məsimov bildirib ki, hazırda həmin manyakın axtarışı gedir: “Hadisə ilə bağlı bizə bu yaxınlarda müraciət edilib. Müraciətdə hadisənin İsmayıllı rayonunun İsmayıllı kəndində baş verdiyi qeyd edilib. Amma məsələnin dəqiq olaraq necə baş verdiyi bəlli deyil. Hadisə bizim nəzarətimizdədir, araşdırma gedir. Ən yaxın zamanda məsələ öz həllini tapacaq”.

Oxşar xəbərlər