Şəmkirdə M.Süleymanov adına Seyfəli kənd tam orta məktəbinin direktorunun cinayət işi baxılması üçün Ali Məhkəməyə müraciət edib.
Cinayət məcəlləsinin 308.1 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə məhkum olunan Namazova Akif Salman oğlunun məhkəmə prosesinə hakim Hafiz Nəsibov sədrlik edəcək. Cinayət işində zərərçəkmiş qismində Şəmkir rayon Təhsil Şöbəsi tanınıb.
Xatırladaq ki, 2017-ci ilin yanvar ayında Şəmkir kənd məktəbində səs-küylü qalmaqal yaranıb. Belə ki, rayonun Aşağı Seyfəli kəndində yerləşən M.Süleymanov adına Seyfəli kənd tam orta məktəbinin direktoru işləyən Akif Namazov laborant işləmiş Xatirə Əliyevanı seks videolara baxmaqda ittiham edib. Laborant xanım isə əvəzində məktəb direktoru Akif Namazov haqqında aşağıdakıları deyib.
Onun sözlərinə görə, direktor Akif Namazov diplomuna imtina gəlmiş müəllimlərdən külli miqdarda rüşvət alıb, şantaj yolu ilə onu işdən çıxardıb: “Məktəbimizdə 400 şagird təhsil alir. Lakin davamiyyət 50 faizdən aşağıdır. Şagirdlərdən iki nəfər azyaşlı olmalarına baxmayaraq ailə həyatı qurub. Hazırda Rusiyada alver edən şagirdlərin adı dərs jurnalında gedir. Bəs, Akif Namazov kimdir? O, vaxtilə türmə həyatı sürmüş, öz uşaqlarına tərbiyə verməyi bacarmayan (oğlu 2016-ci ildə gənc əsgərlərdən “reketçiliklə” pul aldığına görə 6,5 il cəzası alıb) müəllimdir. 24 dekabrda müəllimlərin diaqnostik qiymətləndirilməsi ilə bağlı bəzi müəllimlərimizin diplomlarına imtina gəlmişdi. Diplomların skaner olunub bazaya yüklənməsini tapşırmışdılar.
Diplomlar yoxlanıldıqdan sonra müəllimlərin imtahana buraxılmasına icazə verildi. Diplomların düzəldiyini bilən Akif Namazov müəllimlərin bəzilərindən müxtəlif məbləğlərdə pul tələb etdi, guya bu, nazirlikdən tələb edilib. Beləliklə hər sentyabrın əvvəlində və hər ay direktor müəllimlərdən müxtəlif şantajlarla pul toplayır. Bu haqda əlimdə səsyazıları da var. Məni də şantaj edib, bu günlərdə işdən çıxartdı. Buna səbəb kimi isə məktəbdə olan kompüterlərin sayının normativə görə kompüter laborantlarının sayı ilə uyğun gəlməməsini əsas gətirdi”.
Həmin vaxt adıçəkilən məktəbin direktoru Akif Namazov ona qarşı edilən ittihamlarla bağlı çox ilginc açıqlama verib.
Direktorun sözlərinə görə, laborant Xatirə Əliyevanı seks videolarına görə işdən azad edib: “Birinci ona görə işdən çıxartmışam ki, ştat artıq olub. O, özünə lazım olan böhtanları deyir, amma həqiqəti gizlədir. İndi mən sizə həqiqəti deyim. Demək, 14 kompyüterə bizdə iki laborant düşür. Onun da ştatı artıq idi. Xidmətçilərin hesabına ona ştat düzəldiblər, bunun üçün də 3 min manat pul verib. O, məktəbin müəyyən sənəd işlərini görürdü. Mən də şagirdlərin qeydə alınması üçün noutbook almışdım. O da həmin noutbooku evə aparıb gətirirdi. Ayın 9-da mən o kompüteri onun əlindən alım. O, çox çalışdı ki, həmin noutbooku geri alsın, bəhanə də gətirdi ki, mənim orada ailə şəkillərim var. Sən demə, noutbooka o, seks videoları qoyubmuş. Mən onu üzə çıxartmışam.
Təsəvvür edin ki, canlı seksdir. Mən bu yaşa çatmışam, amma belə canlı seks görməmişdim. O, çox istədi ki, kompüteri alıb, o videoları sildirsin, amma mən buna imkan vermədim. Sonra Şəmkir rayon Təhsil Şöbəsində onun “oynaşları” var. Onların yazışmalarını tutmuşam. Beləliklə onun əmri 6 yanvarda verildi, işdən çıxartdım. Ona dedim ki, çıx işdən, bir daş altda, bir daş üstdə… Mənə 500 manat təklif etdi ki, o videolar silinsin. Mən də götürmədim. Daha sonra gecə ilə kiminsə əli ilə otağıma girib, kompüterdən həmin videoları sildirib. Bu, dekabrın 20-dən 21-nə keçən gecə baş verib. Mən də polisə zəng etdim. Polis də tökülüb gəldi. Məsələ ilə bağlı ifadə verdilər. Amma sonra pul verib, özlərini xilas edə bildilər.
Mən onu ştatda artıq olmaq adı ilə işdən çıxartdım. Video məsələsini isə kənara qoydum. Çünki bu, həm onun, həm də məktəbin adına biabırçılıq idi. Mən ona hörmət etdim. Onu açıq deməyəcəkdim, ta ki, otağımın qapısı açılanacan. Direktorun qapısının gecə açılması nə deməkdir? Polisə də deyib ki, Akif müəllim məndən “nəsə” istəyib. Yalançının atasına lənət… Guya mən onunla yaşamaq istəmişəm. Kimin yanında, nə vaxt istəmişəm. Sən 3 ildir ki, məktəbdə işləmişən, necə olur ki, 3 il ərzində istəməmişəm, indi istədim? Nəyə görə? Sübutun varmı? Çoxları mənə deyirdi ki, o, uşaqların tərbiyəsini pozur, çıxart onu işdən…”
Direktor diplom işinə imtina gələn müəllimlərdən rüşvət alması ittihamına da cavab verib: “Bəli, bəzi müəllimlərimizin diplomuna imtina gəlmişdi. Lakin sonra ciddi araşdırma aparıldı, məlum oldu ki, onlar haqqında düzgün məlumat verilməyib, sənədləri yerindədir və onlar imtahana buraxıldı. Əgər bu, yalan olsa, mənim pencəyimi götürüb, məktəbdən getməyə hazıram”.
Bu qalmaqalın sonu kimi isə Akif Namazov əmək məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə görə işdən uzaqlaşdırılıb və əlavə olaraq iş araşdırılmaq üçün Baş Prokurorluğa təqdim olunub. Təhsil Nazirliyi isə Akif Namazovu təhsildən uzaqlaşdırıb, Xatirə Əliyevanı isə əvvəlki işinə bərpa edib.