“Tibb Universitetinin qəbul planınında 200-dən çox yerin ixtisar olunması, təhsil haqqının 4000-4500 manata qaldırılması uşaqları çıxılmaz vəziyyətə salıb”.
AzNews.az xəbər verir ki, təhsil eksperti Etibar Əliyev deyib. Onun fikrincə, IV ixtisas qrupunda 600-dən yuxarı bal toplayan abituriyentlər gərginlik içərsindədirlər:
“Şəhər məktəblərini bitirib, 600-dən yuxarı bal toplayan abituriyentlərin əksəriyyəti elə düşünür ki, rayon məktəblərini bitirənlər yüksək təhsil haqqından imtina edəcəklər və nəticədə onların şansı artacaq. Qardaş Türkiyədə azı 30 universtetin Tibb ixtasaları bir-biriləri ilə rəqabət aparırlar. Ölkədə tibb ixtisasları ancaq Tibb Universitetində və Naxçıvan Dövlət Universitetində cəmlənib. Abituriyentlər başqa ölkələrdə tibb ixtisasına daxil olmağın yollarını arayırlar. Demək olar ki, alternativ yoxdur. Alternativlər olmadığına görə rəqabət mühiti yoxa çıxır”.
Ekspert bildirib ki, həkim olmaq istəyənlər Tibb Universitetinin rəhbərliyinin qərarlarına tabe olmalıdırlar: “Ölkədə İlahiyyat İnstitutu və Bakı İslam Universiteti fəaliyyət göstərir. Ancaq insanın sağlamlığını təmin edən bir "əsas" Universiteti var. Orada təhsil haqqı elə müəyyənləşdirilib ki, kasıblar ora ayaq basa bilməzələr”.