Azərbaycan kişiləri boşanmış qadınla ailə qurarlarmı? – ARAŞDIRMA

Azərbaycan kişiləri boşanmış qadınla ailə qurarlarmı? – ARAŞDIRMA Cəmiyyətimizdə zaman-zaman aktuallaşan boşanmış qadınla ailə qurmaq mövzusunda reportaj hazırlanıb.

Oxu.Az xəbər verir ki, reportajın mərkəzində dayan mövzu Azərbaycan cəmiyyətində heç də hər kəs tərəfindən birmənalı qarşılanmır.

Belə ki, cəmiyyətin güclüləri – kişilər adətən digər həmcinsləri tərəfindən mənfi qarşılanacaqları, həmin qadının əxlaqına şübhə ilə yanaşdıqları üçün bu əməldən çəkinirlər.

Lakin heç də hamı bu cür düşünmür və əgər qadın əsaslı səbəblərdən ayrılıbsa, o zaman onunla ailə qurmağa hazır oluqlarını bildirənlər də var.

Qeyd edək ki, 2018-ci ilin beş ayı ərzində qeydiyyat şöbələri tərəfindən 22489 nikah və 6177 boşanma halları qeydə alınıb.

Bu ilin son məlumatına görə, Azərbaycanlı qızlar daha çox Türkiyə vətəndaşları ilə ailə həyatı qurublar – 341 nikah. Növbəti pillələrdə isə 316 və 205 göstərici ilə müvafiq olaraq, Rusiya və Gürcüstan kişiləri ilə nikahlar dayanır.


Oxşar xəbərlər