Son günlər ölkəmizdə qarışıqlıq yaratmağa çalışan destruktiv qüvvələrin fəallaşması hüquq-mühafizə orqanlarını ən sərt mübarizə metodlarına əl atmağa vadar edib. Ancaq dövlətimizə qarşı yönəlmiş terrorçu əməllər heç şübhəsiz ki, bütün xalqın, hansı düşərgədə təmsil olunmasından asılı olmayaraq, hər bir siyasi təşkilatın vahid mövqe nümayiş etdirməsi zərurətini yaradır.
Rəsmi məlumatlardan belə görünür ki, ölkəmizdə qarışıqlıq yaratmağa çalışan qüvvələr uzun müddət hazırlıq keçiblər və xaricdən idarə olunan şəxslər məhz xüsusi ssenari əsasında fəaliyyətə başlayıblar. Ortada konkret adlar var. Necə ki, aşağıdakı rəsmi məlumatda həmin faktların bir qismi yer alır. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin həyatına sui-qəsd törətmiş Yunis Səfərovu hərbi təlimlər keçmək və döyüşlərdə iştirak etmək üçün Suriyaya göndərmiş Tohid İbrahimbəylinin bu istiqamətdə İranda dini təhsil alan azərbaycanlı tələbələrə xüsusi diqqət yetirdiyi məlum olub.
Qeyd edilən şəxslər 14 iyul tarixində Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və cinayət məsuliyyətinə cəlb olunublar.
2018-ci il iyulun 15-də isə Sumqayıt şəhərində hüquq-mühafizə orqanları qətiyyəti və peşəkarlıqla həyata keçirdiyi əməliyyat nəticəsində radikal dini qrupların və onlara dəstək verən radikal müxalifət tərəfdarlarının 18 əsas fəalı saxlanılıb. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, əsasən xaricdən idarə olunan fəallar Gəncədə baş vermiş hadisələri Sumqayıt şəhərində təkrarlamaq, iğtişaş və qarşıdurma yaratmaq yolu ilə şəhərdə ictimai-siyasi sabitliyi pozmağı planlayırmışlar.
Onların fəaliyyəti barədə hüquq-mühafizə orqanlarına daxil olan məlumatlar əsaslı şəkildə təhlil edilmiş, müvafiq tədbirlər vasitəsilə radikalların əlaqələri təsbit olunmuş və planları tam aşkara çıxarılmış, məhz bundan sonra saxlanma tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilib. Hüquq-mühafizə orqanlarından hazırda əməliyyatın davam etdiyi bildirilib.
Xatırladaq ki, hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə Azərbaycan prezidenti İlham Əliyev bu hadisələrlə əlaqəsi olan hər bir kəsin məsuliyyətə cəlb olunacağı və ədalət məhkəməsi qarşısında cavab verəcəyi barədə xəbərdarlıq etmişdi. 2018-ci il iyulun 15-də Sumqayıt şəhərində hüquq-mühafizə orqanlarının qətiyyəti və peşəkarlıqla həyata keçirdiyi əməliyyat nəticəsində radikal dini qrupların və onlara dəstək verən radikal müxalifət tərəfdarlarının 18 əsas fəalı saxlanılıb.
Azərbaycanın siyasi partiyaları da baş verən hadisələri Azərbaycan dövlətçiliyi üçün təhlükəli hesab etməklə yanaşı, din pərdəsi altında fəaliyyət göstərən radikal qruplaşmalara qarşı mübarizədə dövlətin yanında olduğunu bəyan edirlər.
KXCP sədri Mirmahmud Mirəlioğlu “Yeni Müsavat”a bildirdi ki, mövcud situasiya ilə bağlı onların daim xəbərdarlıqları olub: “Biz illər öncə bu barədə dedik, amma kimsə eşitmədi... Baş verənlər bu günün məsələsi deyil. Təbii ki, bu, təhqiqat işidir, hüquq-mühafizə orqanları var”.
Sumqayıtda baş verənlərə gəldikdə, KXCP sədri bunları bildirdi: “Bazar günü Sumqayıtda kimin təyin etməsi bəlli olmayan bir mitinq hazırlığı var idi. Hüquq-mühafizə orqanları hazır vəziyyətə gətirilmişdi. Amma bu mitinqin Sumqayıta heç bir aidiyyəti yox idi. Heç kim bu barədə məlumatlı deyildi və mitinqə gəlmək ehtimalı da sıfır idi. Mən də mediadan xəbər tutdum ki, həbs olunanlar var. Amma onlarla bağlı əlavə məlumatım yoxdur”.
M.Mirəlioğlu Gəncə və Sumqayıtda yaşananlarla bağlı mövqeyinin birmənalı olduğunu vurğuladı: “Azərbaycan dövlətinin, Azərbaycan Xalq Cümhuriyyətinin bərpasında iştirak edənlər adamlar kimi, təmsil olunduğumuz təşkilatın nümayəndələri kimi, bizim mövqeyimiz birmənalıdır. Yeri gəlmişkən, 16 iyulda Azərbaycan Xalq Cəbhəsinin qurulmasından 29 il keçdi. Mövqeyimiz hər zaman belə olub ki, Azərbaycan dövləti, ərazi bütövlüyü, Qarabağ məsələsində bizimçün tərəfmüqabili-filan yoxdur. Bu məsələlərdə bizimçün bir tərəf var: kim dövlətimizin, dövlətçiliyimizin, millətin, ərazi bütövlüyümüzün əleyhinə olacaqsa, qarşısında bizi görəcək!”
“Azərbaycanda iqtisadi vəziyyətin ağır olması, demokratik qüvvələrin xalqla ünsiyyətinin zəifləməsi radikal və xaricdən dəstəklənən qüvvələrin fəallaşmasına gətirib çıxarıb. Bir tərəfdən də məmurlar narazılıq yaradılır, çox böyük problemlər var. Nəticədə geniş xalq kütlələri, narazı kütlələr radikal qüvvələrin təsirinə düşür, onların çağırışlarına əməl edirlər. Bu da ölkədə bu cür xoşagəlməz hadisələrin baş verməsinə gətirib çıxarır”.
ADP sədri Sərdar Cəlaloğlu bu fikirləri “Yeni Müsavat”a açıqlamasında bildirdi. Partiya sədri hadisələrin təhlükəli məcraya istiqamət aldığını da vurğuladı: “Əgər tezliklə demokratik qüvvələrin fəaliyyətinə şərait yaradılmasa, Azərbaycanda ciddi problemlər yarana bilər”.
S.Cəlaloğlu vəziyyətlə əlaqədar partiya üzvlərinin təlimatlandırıldığını da vurğuladı: “Biz partiya üzvlərimizə demişik ki, kənarda dursunlar, bu məsələlərə qarışmasınlar. Əksinə, biz camaata müraciət edirik ki, bu işləyə qoşulmayın. Çünki burada nə millətin, nə dövlətin xeyri var, nə də o proseslərdə iştirak edən adamların öz xeyri var”.
“Müxtəlif hesabatlarda İranın ayrı-ayrı dini-siyasi dairələrinin, İnqilab Keşikçiləri Korpusu adlanan və statusu ənənəvi dövlət struktirlarından tamamilə fərqlənən hərbi birləşməsinin bu günədək dünyanın ayrı-ayrı qaynar nöqtələrində ”Hizbullah", “Fatimiyyun”, “Zaynabiyyun”, “Kuvat al İmam Bagir” və bu kimi terror qruplaşmaları formalaşdırdığı, yaxud hərtərəfli dəstək verdiyi barədə məlumatlar yer alıb. Bu baxımdan, hazırda İranda yaşayan Tohid İbrahimbəyli adlı terrorçunun “Hüseyniyyun” adlı təşkilat yaratmaq niyyəti barədə məlumatlar təəccüblü görünməməlidir".
Bu fikirləri isə qəzetimizə açıqlamasında BAXCP sədrinin müavini Elçin Mirzəbəyli bildirdi. Partiya funksioneri qeyd etdi ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra İranın xüsusi xidmət orqanlarının ölkəmizdə təxribat törətmələri haqqında faktlar çoxsaylı məhkəmə qərarlarında öz əksini tapıb: “Məsuliyyətə cəlb olunanlar İranın xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiklərini, onlardan maliyyə dəstəyi və təlimat aldıqlarını etiraf ediblər. Bütün bunlar sübuta yetirilmiş faktlardır. Rəsmi Tehran isə Gəncədə baş verən hadisələri pislədiyini bildirir və bunun xarici qüvvələr tərəfindən törədildiyinə eyham vurur. Çox yaxşı. Amma Tohid İbrahimbəyli və digər terrorçular İranda yaşayır və bu ölkədən çağırışlar edirlər. O zaman İran hökuməti buyursun Tohid İbrahimbəyli və onunla yanaşı terrora çağırış edənləri, Azərbaycanın qanuni hökumətinə qarşı silahlı müqavimət göstərməyi, hökumət nümayəndələrini qətlə yetirməyi təbliğ edən saytların idarəçilərini məsuliyyətə cəlb etsin və Azərbaycana təhvil versin. Bu zaman rəsmi Tehranın bəyanatları inandırıcı ola bilər. İndiki halda bu, ictimai rəyə hesablanmış populist mülahizələrdən başqa bir şey deyil. Biz Azərbaycanın hüquq-mühafizə və təhlükəsizlik orqanlarının radikal və ekstremist qruplara qarşı həyata keçirdiklərini tam dəstəkləyirik. Azərbaycanın konstitusion dövlət quruluşuna, təhlükəsizliyimizə qarşı yönələn bütün addımların qarşısı sərt şəkildə alınmalıdır”.
E.Mirzəbəyli bildirdi ki, Gəncədən sonra Sumqayıtın hədəf seçilməsi də təsadüfi deyil: “Uzun illər boyu Bakının bir neçə addımlığında, Nardaran kəndində çoxsaylı təxribatlar törədən, bu kiçik kəndi dini radikalizmin anklavına çevirən qüvvələr fiaskoya uğradıqdan sonra, görünür, diqqətin daha çox paytaxta yönəldiyi qənaətinə gəliblər. Bu baxımdan da prosesin Azərbaycanın digər böyük şəhərlərindən başladılması niyyətinə düşüblər. Ola bilsin ki, buna zəmin yaradan müxtəlif amillər var və bütün bunlar yəqin ki araşdırılacaq. Həm Gəncədə, həm də Sumqayıtda dini şüarlar üzərindən daha öncə də təxribat törədilməsinə cəhdlər edilib. Görünür, bu amillər də seçimdə müəyyən rol oynayıb. Bu hadisələrdə günahı olan, dini siyasiləşdirməyə və öz korporativ maraqları üçün insanların hisslərindən istifadə etməyə çalışan hər kəs kimliyindən asılı olmayaraq qanun qarşısında cavab verməlidir”.