İcra şöbəsinin müdiri Şirin Bayramovun qanunsuz əməlləri - Cənab nazirin nəzərinə

İcra şöbəsinin müdiri Şirin Bayramovun qanunsuz əməlləri - Cənab nazirin nəzərinə AZƏRBAYCAN RESPUBLİKASININ ƏDLİYYƏ NAZİRİ CƏNAB FİKRƏT MƏMMƏDOVA

Biləsuvar rayonu Bağbanlar kənd sakini Xəlilov Mikayıl İman oğlu tərəfindən

ŞİKAYƏT ƏRİZƏSİ.

Bildirirəm ki, xüsusi mülkiyyətimdə QAZ-3302-18 Yük markalı, 12 BD 467 dövlət qeydiyyat nişanlı avtomobil vardır. Həmin avtomobili 23 yanvar 2014-cü il tarixdə 3 il 11 ay müddətinə, yəni 11 dekabr 2017-ci il tarixə qədər olan müddət ərzində etibarnamə əsasında idarə etmək üçün Neftçala rayon Mürsəqulu kənd sakini Mənəfov Etiram Gülağa oğluna verdim. Hazırda etibarnamənin müddəti bitmişdir. Dəfələrlə avtomobilimi geri tələb etsəm də Etiram Mənəfov onu qaytarmaqdan qərəzli şəkildə boyun qaçırır. Buna görə də Baş Dövlət Yol polis idarəsinə ərizə ilə müraciət etdim. Həmin idarə mənə 01.03.2018 ci il tarixli , 016 15406X-3218 saylı məktub göndərərək yuxarıda qeyd edilən mübahisənin həlli ilə əlaqədar məhkəməyə müraciət etmeyi tövsiyyə etmişdir.
Avtomobilin mənə qaytarılması üçün iddia ərizəsi ilə Neftçala rayon məhkəməsinə müraciət etdim. Neftçala rayon məhkəməsinin 16 aprel 2108 tarixli, 2 (053)-348 /2018 saylı qərarlarına əsasən Neftçala rayonu mürsəqulu kəndində qeydiyyatda olan Qaz -3302 -18 yük markalı 12 BD 467 dövlət qeydiyyat nişanlı avtomabilin üzərinə həbs qoyularaq saxlanılması üçün mənə təhvil verilməsi qərarı alınmışdır. Qərarlar dərhal icra olunmaqla qərarların icrası Neftçala rayon icra və probasiya şöbəsinə həvalə edilmişdir. Lakin Neftçala rayon icra və probasiya şöbəsi məhkəmə qərarlarını dərhal icra etməli oldugu halda əsassız olaraq məhkəmə qərarlarının icrasından müxtəlif bəhanələr gətirərək boyun qaçırır. Artıq 3 aydır ki Biləsuvar rayonu ilə Neftçala rayonu arasındakı yollardayam. Avtomabili təhvil almaq üçün 20 dəfədən artıq Neftçala rayonuna getmişəm . Lakin şöbə rəisi Şirin Bayramov hər dəfə müxtəlif bəhanələr gətirərək məhkəmə qərarını icra etmək isdəmir.
Axırıncı dəfə mənə bildirdilər ki, Şöbənin rəisi Şirin Bayramov Etiram Mənəfovdan pul aldığından məhkəmə qərarını icra etmək işləmir.
Buna görədə məhkəmə qərarının icrasına köməklik gösdərməklə , Şirin Bayramov barəsində ciddi tədbir görməyinizi xahiş edirəm.

Qoşma:Məhkəmə qərarının surəti.
İmzaI: Xəlilov Mikayıl İman oğlu.
07.07.2018-ci il.
İcra şöbəsinin müdiri Şirin Bayramovun qanunsuz əməlləri - Cənab nazirin nəzərinə

Oxşar xəbərlər