Bədənini kişilərə satan 19 yaşlı oğlan: "Almaniyaya gedə bilməsəm, intihar edəcəm"

Bədənini kişilərə satan 19 yaşlı oğlan: 19 yaşlı əfqanıstanlı qaçqın oğlan Yunanıstanın paytaxtı Afinadakı Omoniya meydanında 20 avro qarşılığında kişilərlə cinsi əlaqəyə girir.

Bədənini kişilərə satdığını ailəsindən gizlətdiyi üçün gerçək adını açıqlamayan gənc Almaniyaya gedə bilməsə, intihar edəcəyini deyib.

O bildirib ki, Yunanıstandakı bütün qoca kişilər cinsi əlaqə tələbatını ödəmək üçün məhz Omoniya meydanına gəlir: "Bu işi görmək məcburiyyətindəyəm. Əslində ayıbdır. Mən homoseksual deyiləm. Sadəcə küçədə yaşayırsınızsa, buna məcbursunuz".


Birlikdə olduğu insandan 20 avro tələb edən 19 yaşlı gənc qaçqın axınından sonra qiymətlərin aşağı düşdüyünə də diqqət çəkib. O, Yunanıstanda iki il öncə Qərbi Avropa ölkələrinə açılan qapıların bağlanmasından sonra məcburi şəkildə bu ölkədə qaldığını deyib.

Birləşmiş Millətlər Təşkilatının statistikasına əsasən, Yunanıstanda bu işi görən 50 000 insan var. 2008-ci il iqtisadi böhranının yaralarını hələ də sağalda bilməyən Yunanıstan Avropada ən yüksək işsizlik faizinə sahibdir. Bu ölkədə pul qarşılığında cinsi əlaqəyə girənlərin əksəriyyəti Suriya, Əfqanıstan, İraq və Pakistandan gələnlərdir. (publika.az)

Oxşar xəbərlər