FED artırır: Mərkəzi Bankla SOCAR-ın manat savaşının müdhiş gizlinləri...

FED artırır: Mərkəzi Bankla SOCAR-ın manat savaşının müdhiş gizlinləri... Neftin dünya bazar qiymətinin yüksək olmasına baxmayaraq FED qərarı Azərbaycan bazarına psixoloji təsirlərini saxlamaqdadır

Bu barədə FİA.Az-ın İqtisadiyyat Şöbəsi ekspertlərə istinadən məlumat yayıb.

Mərkəzi Bankın” FED-in qərarının bizə birbaşa təsirlərinin olmadığını” açıqlaması da əslində dolayı təsirlərinin olması anlamına gəlir. FED-in qərarları istisnasız olaraq əksər dünya ölkələrinə təsir edir.

Bununa belə, manatın məzənnəsi yenə də Mərkəzi Bankın mövqeyində asılı olacaq. Dollara tələbin isə daha çox avqust və dekabr aylarında yüksələcəyi gözlənilir.

İlin sonuna dollara tələbin daha yüksək olacağı həm dövlət və özəl müəssisələrin xarici borc öhdəliklərinin olması, idxalın artması və xarici səfərlərin çoxluğu ilə bağlı olacaq.

Amma yenə də son söz Mərkəzi Bankındır. Ekspertlərin fikrincə, SOCAR komandası manatı ucuzlaşdırmaq üçün min bir bəhanə axtarır.

Son altı ayda türk lirəsinin dollar qarşısında dəyər itirməsi, TL/AZN məzənnəsində lirənin 20%-lik ucuzlaşması dövriyyədənkənar aktivlərinin elə 20%-dən çoxu Türkiyədə olan SOCAR-ı təqribən 1,6 milyard manat zərərə salıb.

İndi min bir bəhanə ilə qonşu ölkənin valyutasının dollar qarşısında ucuzlaşmasından yaranan bu zərəri manatı da ucuzlaşdırmaqla kompensasiya etmək istəyirlər.

Nəzərə almaq lazımdır ki, neftin mövcud qiymət səviyyəsində ötən dövrdən manat dollar qarşısında bahalaşmalı, məzənnə 1,70-dən aşağı düşüb 1,60-lara və daha aşağı getməli idi.

Amma Mərkəzi Bank inzibati üsullarla manatın bahalaşmasının qarşısını alıb, bazardan dolları özü alıb, SOCAR-a verib. Manatın ucuzlaşması üçün heç bir əsas yoxdur.

Əslində bahalaşmalıdır. SOCAR hoqqabazlığını saxlasın, camaatın rifahı ilə oynamasın. SOCAR öz maliyyə menecmentini qaydaya salsın, nəzarəti gücləndirsin, yeyintilərin və talanın qarşısını alsın.

FİA.Az xəbər verir ki, Azərbaycanda dövlət büdcəsinin xərcləri 2 milyard manatdan çox artırılır və beləliklə 2018-ci ilin büdcə xərcləri 23 milyard manata çatacaq.

Əslində şəffaflıq və hesabatlıq standartlarına əməl edən, ictimai nəzarət və vətəndaş iştirakçılığı ilə idarə olunan ölkədə belə hadisənin baş verməsi xalqı sevindirərdi.

Amma Azərbaycanda həm büdcədən, həm də onun artımından faydalan xalq deyil, illərdir korrupsiya bataqlığında qalan və iri dövlət vəsaitlərini mənimsəyən dövlət şirkətləridir.

Belə ki, 60 faizi neft pulları ilə doldurulan, mazut iyi verən, korrupsiyaya bulaşan büdcədə edilən dəyişiklik nəticəsində faydalanan əsas qrup elə büdcəyə illərlə borclu qalanlardır.

Diqqət edin, görün 2 milyard 14 milyon manatlıq artımdan hansı təşkilatlar və kimlər nə qədər pay götürəcək:

SOCAR (663 milyon manat nizamnamə kapitalının artırılması və əlavə 300 milyon manat subsidiya), "Azərbaycan Dəmir Yolları" QSC (100 milyon manat), Kənd Təsərrüfatı Nazirliyi (98 milyon manat), Fövqəladə Hallar Nazirliyi (20 milyon manat), Turizmin İnkişafı üçün Dövlət Turizm Agentliyi (20 milyon manat), Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə (9 milyon manat) ayrılacaq.

Beləliklə də artımın 60 faizi adı sadalanan dövlət təşkilatlarına gedəcək ki, onların da hər biri büdcədən vəsait almalı deyil, büdcəyə vəsait ödəməli olan dövlət təşkilatlardır.

Yerdə qalan 805 milyon manat vəsaitin demək olar ki, yarısı müdafiəyə (166,5 milyon manat), sosial müdafiəyə (145,8 milyon manat), məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılmasına (55 milyon manat), təhsilə (43 milyon manat) ayrılacaq.

Bu artımdan bədən tərbiyəsi, gənclər siyasəti və turizm sahəsinə pay düşsə də, elm, səhiyyə, mədəniyyət və incəsənət sahəsində fəaliyyət, eləcə də radio, televiziya və nəşriyyat xərclərinə əlavə olaraq 1 qəpik də ayrılmayacaq.

Büdcənin gəlirlər hissəsinə gəlincə maraqlı məqamlardan biri də ƏDV-dən daxilolmaların 262 milyon manat, bütövlükdə isə qeyri-neft sektoru üzrə daxilolmaların 1 milyard 27 milyon azaldılmasıdır.

Bunun müqabilində isə Neft Fondundan transferrin isə 1 milyard 750 milyon manat artırılacaq.

Beləliklə də bütövlükdə bu ilin büdcəsinə Neft Fondundan daxilolmalar 10.966 milyon manata çatacaq ki, bu da dövlət büdcəsinin xərclərinin 49,6 faizini təşkil edir.

Bununla yanaşı, əlavə bu ilin dövlət büdcəsinə Azərbaycanda fəaliyyət göstərən xarici neft şirkətlərinin mənfəətindən 500 milyon manat vəsaitin daxil olması proqnozlaşdırılır.

Bundan əlavə SOCAR-dan 2018-ci ildə dövlət büdcəsinə 1,5 milyard manatdan çox vəsaitin daxil olması gözlənilir.

Oxşar xəbərlər