Braziliyanın Fernando de Noronha adasında 12 ildir ki, uşaq doğmaq qadağan edilib.
3 min əhalisi olan adada 12 ildən sonra ilk dəfə bir körpə dünyaya gəlib. 22 yaşlı qadın qız uşağı doğub.
Adını gizli saxlayan qadın “O Globo”ya açıqlamasında bildirib ki, hamilə olduğunu hiss etməyib və başa düşəndə artıq gec olub:
“Cümə gecəsi sancılarım başladı. Sonra doğdum. Bir qız körpəsi dünyaya gətirdim. Sanki dilim tutuldu”.
Körpə sonradan bir xəstəxanaya aparılıb. Rəsmilər doğuşu təsdiqləyiblər və qadının evdə doğduğunu bildiriblər. Yerli sakinlər körpənin dünyaya gəlməsini sevinclə qarşılayıblar.
Ada dünyanın ən gözəl sahillərindən birinə sahibdir. Adada sualtı ehtiyatları qorumaq üçün əhali sayı məhduddur. Uşağa qalan qadınlar adadan sahilə çıxırlar. Fernando de Noronhada doğum evi yoxdur.