ABŞ-ın Nyu York şəhərində yaşayan Metyu və Mariya Emanuel cütlüyü evlərinin bağçasında işləyərkən torpağa basdırılmış seyf tapıblar.
Onlar seyfi açdıqda sürprizlə qarşılaşıblar. Seyfin içində 52 min dollar nağd pul və qiymətli zinyət əşyaları olub.
Lakin seyfin içində həm də ünvan qeyd edilmiş kağız olub. Ünvanın yaşadıqları yerdən bir neçə küçə aralıda olduğu məlum olub.
Onlar məsələ ilə bağlı polisə məlumat veriblər və sözügedən ünvana yollanıblar. Məlum olub ki, seyfin sahiblərinin evi 7 il əvvəl qarət edilib. Seyf də həmin vaxt yoxa çıxıb.
Cütlük pul dolu seyfi əsl sahiblərinə təqdim edib.