Qoç - adi günlərdən fərqli olaraq işdə rəhbərlik və həmkarlarla gərgin mübahisələr etməyin. İstənilən söhbəti konstruktiv məcrada aparın, şəxsiyyətlərə keçməyin. Belədə münasibətləri rəvan saxlaya bilərsiniz.
Günün ikinci yarısı anlaşma və sövdələşmə, müzakirələr üçün əlverişlidir. Kommersiya fəaliyyətində xeyir çox olmayacaq.
Sizinlə maraqlanan insan var. Bu maraq sizi usandıra bilər.
Axşam saatlarında qısqanclıq zəminində mübahisə yarana bilər. Soyuqqanlı, təmkinli davranın.
Buğa - gərgin, qarışıq, laübəli gündür. Xərclər, itkilər çoxdur. Sərf etdiyiniz pullarınıza heyfiniz gəlməsin. Adi günlərdən fərqli olaraq işlər daha çoxdur. Problemlərin öhdəsindən sürətlə gəlməyə çalışın. İşdə nəzərdə tutulan vaxtdan daha çox çalışmalı olacaqsınız.
Rəhbərlik sizin zəhmətkeşlik və səylərinizi dəyərləndirəcək. Təşəbbüskar olun, liderlik məziyyətlərinizi nümayiş etdirin.
Evdə, ailədə mübahisələr yetərincədir. Münaqişəni, gərilən əsəbləri zarafatla yatırmağa çalışın. Dəvət aldığınız tədbirə qatılın. İzafi diqqət sizi yora bilər.
Axşam saatlarını yaxınlarınızla birlikdə keçirin. Belə istirahət sizdə xoş təəssürat yaradacaq.
Əkizlər - başlamalı olduğunuz işlər sizdə qıcıq yarada bilər. Yeni layihəyə marağınız artsın. Ürəyinizcə olmayan işlərə qatılmağınız sizi usandırmasın. Bütün bunlar cari, rutin məsələlərdir. Qıcıqlı, aqressiv olmayın.
Günün ikinci yarısında işdə rəhbərliklə, özəl fəaliyyətdə isə nüfuzlu insanlarla münaqişələr ola bilər. Bel bağladığınız və gözlədiyiniz yardımları almayacaqsınız.
Yaxınlarınızla münasibətlərdə həssas və qayğıkeş olun. Onlar sizə qarşı ifrat dərəcədə tənqidi mövqe tutublar. Ən kiçik səhvlərinizi bağışlamayacaqlar. Sərvaxt olun, əlavə problemlərin baiskarına çevrilməyin.
Axşam saatlarında dincəlməyə çalışın.
Xərçəng - ideyalarınızı parlaq və sərfəli saysanız da, ətrafınızdakı insanlar mövqelərinizi bölüşmürlər. Belə davranış sizi qıcıqlandıracaq, sinirlənəcəksiniz. Bu günədək münasibətlərinizin əla olduğu insanlarla qarşıdurmaya başlamayın.
Maliyyə itkiləri istisna deyil. Tələsik qərar, düşünülməmiş atılan addım gəlir verməyəcək, itkilərə səbəb olacaq.
Günün ikinci yarısında yeni tanışlıqlara can atmayın. Qarşılaşdığınız insanlarla bağlı ilkin hisslərə və təəssürata inanmayın. Belə hisslər və yarımçıq, tələsik qənaət yanlış ola bilər. Alış-veriş zamanı qeyri-adi əşya, orijinal aksessuar almaq olar.
Yaşam potensialının səviyyəsi yüksəkdir. Axşam saatlarında əhvalınız yaxşı olacaq.
Şir - mübarizə aparmaq, döyüşmək, çarpışmaq istəsəniz də, ədalət və bərabərlik uğrunda yola çıxanda sizi nələrin gözlədiyini təxminləməyə çalışın. Cari işlər darıxdırıcı təsir bağışlasa da, onları yarımçıq qoymayın. Xəyallar aləmindəki məşğuliyyət, daha doğrusu, heç nə ilə məşğul olmayıb pul qazanmaq variantı absurddur.
Günün ikinci yarısında işdə rəhbərlik və həmkarlarla münasibətlərdə məntiqli davranın. Bacardığınızı edirsiniz. Bəzi işlərdə problemlər yaranarsa, bunu gizlətməyin, bilavasitə məsuliyyət daşıyan insanlara deyin.
Sevdiyiniz insanın sizə qarşı iradları və iddiaları var. Bu gün həmin iradlar sərt şəkildə səslənəcək. Belə iradlara adekvat cavab verməyin: sərvaxtlıq və həssaslıq çox vacibdir.
Axşam saatlarında səhhətinizdə problemlər yarana bilər. Planlaşdırdığınız səfərlərin bəzilərindən imtina etməli olacaqsınız.
Qız - səbirsizliklə gözlədiyiniz məlumat gecikir. Nigaranlıq, məlumatsızlıq sizi sinirləndirir, təlaşa salır. Adi günlərdən fərqli olaraq daha çox səhv edir, heç bir günahı olmayan insanlara qışqırır, acıqlanırsınız.
Günün ikinci yarısında işdə gərgin situasiya yarana bilər. Çətin qərar qəbul etməli, başqalarının əməllərinə görə məsuliyyəti öz boynunuza götürməli olacaqsınız. Təmkinli və soyuqqanlı davranın.
Yaxınlarınızla münasibətlərdə rəvan olun. Mübahisələrə yol verməyin. Bəzi fikirlərlə razı olmasanız da, münaqişəni alovlandırmayın. Uzunmüddətli planlar qura bilərsiniz. Onların reallaşdırılması ilə bağlı çətinliklər yaranmayacaq.
Enerji potensialınızın səviyyəsi yüksəkdir. Səhhətinizdə problemlər olmayacaq.
Tərəzi - yaxın ətrafınızdakı insanlar sizdən qəti və təxirəsalınmaz hərəkətlər gözləyirlər. Bu gözləntilərə aldanmayın, tələsik qərarlar verməyin, düşünülməmiş addımlar atmayın. Bir qədər sonra situasiya dəyişəcək. Atılması gərəkən addımları konkretləşdirə bilərsiniz.
İşdə rəhbərliklə görüşmək məsləhət deyil. Nüfuzlu insanlarla danışıqlar və müzakirələri ertələyin.
Mühüm məsələləri günün ikinci yarısında müzakirə etmək olar.
Axşam saatlarında səhhətinizdə kiçik problemlər yarana bilər. Orqanizminiz havanın dəyişməsinə sərt reaksiya verəcək. Vücudunuzu və səhhətinizi sınağa çəkməyin, təhlükəli eksperimentlər aparmayın.
Əqrəb - yaxın ətrafınızdakı insanlar üçün ciddi başağrısına çevrilmiş problem sizin üçün təhlükə mənbəyi deyil. Çətinliklərin ağır fəsadları olmayacaq. Əhvalınızı pozmayın, nikbin olun.
İradlara və tənqidlərə sərt reaksiya verməyin. Deyilənləri qulaqardına vurun, işlərinizlə məşğul olun. Belədə sizə təsir etmək istəyən insanlar əl çəkəcəklər və müstəqil çalışa biləcəksiniz.
Günün ikinci yarısında yaltaq, qorxaq və ya məkrli insanlardan uzaq durun.
Axşam saatlarında qəfil etiraf, improvizə olunmuş təmaslar və ya rəğbət bəslədiyiniz insanla görüş ola bilər. Hisslərinizi gizlətməyin.
Oxatan - xoş sürprizlər vəd edən gündür. Yaxın ətrafınızdakı insanları təccübləndirə bilərsiniz. Aktiv və enerjili olun, tanışları təəccübləndirməyə davam edin. Peşəkar fəaliyyət sahəsində ciddi dəyişikliklər ərəfəsidir. Münasib situasiyadan istifadə edərək irəliləmək, az sonra hadisələrə ciddi təsir imkanlarına yiyələnəcək insanın dəstəyini almaq olar.
Günün ikinci yarısında özünüzü qoruyun. Səhhətinizdə problem riski var. Fiziki işlə məşğul olmayın. Maliyyə məsələlərini çözəndə diqqətli olun. Alış-veriş üçün əlverişli gündür.
Oğlaq - tərəfdaş, həmfikir və müttəfiqlər sizə yardım etməyə hazırdır. Amma ən çətin problemləri təkbaşına həll etməli, qarışıq işləri müstəqil çözməlisiniz. Kimsədən yardım istəməyin. İndiyədək topladığınız biliklər və təcrübə ilə yanaşı, praktik davranış karınıza gələ bilər.
Məhz həmin məqamların sayəsində yanınızdakı insanlarla müqayisədə daha yaxşı işləyərək daha üstün nəticələrə nail olacaqsınız.
Günün ikinci yarısında emosional fon mürəkkəbdir. Hisslərinizin gerçək mahiyyətini anlayana qədər xeyli düşünməli olacaqsınız. Səhv və yanlışlıqların etirafı həlli vacib problemin aradan qaldırılmasında ilkin mərhələdir.
Dolça - yetərincə çətin, mürəkkəb gündür. Problemləri asanlıqla həll etmək mümkün deyil. Qələbələrə can atanda iradəli, qətiyyətli olun. Bəxtə və fatuma çox bel bağlamayın. Adi günlərlə müqayisədə problemlərin sayı daha çoxdur. Əsla gözləmədiyiniz vaxtda və ya məkanda müşküllər formalaşa bilər.
Çoxdankı müttəfiqlərdən biri və ya bel bağladığınız, etibar etdiyiniz insanla münasibətləri korlamayın.
Günün ikinci yarısında şəxsi həyatınızdakı müşküllərin çözülməsində intuisiya dadınıza çatacaq. Yaxınlarınızdan biri xoşagələn sözlər deməsə də, onu dinləməyə hazır olun.
Vaxtında əldə edilən gəlirlər bir sıra məsələləri həll etməyə imkan verəcək.
Balıqlar - işlərdə qayda və nizam, ən kiçik detallara diqqət xüsusi əhəmiyyət kəsb edir. Bu gün əhəmiyyətsiz saydığınız məsələ bir qədər sonra yaşamınızda önəmli ünsürə çevrilə bilər. Yaxınlarınızın dediklərinə qulaq asın. Faydalı sözlər eşidə bilərsiniz.
Günün ikinci yarısında təkbaşına yola çıxmayın. Sükan arxasında çox vaxt keçirməyin.
Dəyər verdiyiniz insanla mübahisədə aqressiv olmayın. Münasibətlərdə harmoniyanı qoruyun. Çoxdan bəri çözülməsini tələb edən fikir ayrılığını aradan qaldırın. Tərəflərin hamısını təmin edə biləcək həll variantını seçmək gərəkdir.
Axşam saatlarında qəfil sürpriz və hədiyyələr ola bilər.