Bu gün Milli Məclisdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirildi. Azərbaycan Respublikası Konstitusiyasının 116-cı maddəsinə əsasən, prezident səlahiyyətlərinin icrasına başladığı üçün Nazirlər Kabineti tam tərkibdə istefa verdi.
Hazırda sosial şəbəkələrdə və cəmiyyətdə yeni formalaşdırılacaq Nazirlər Kabinetinin tərkibində hansı nazirlərin qalıb, hansıların gedəcəyi əsas müzakirə mövzusudur. Ən çox isə 83 yaşlı Baş nazir Artur Rasizadənin yeni formalaşacaq kabinetə başçılıq edib-etməyəcəyidir.
Məsələ ilə bağlı danışan millət vəkili Aydın Mirzəzadə bildirib ki, Konstitusiyaya əsasən, Prezident yaxın günlərdə baş nazirin namizədliyi ilə bağlı parlamentə müraciət edəcək:
"Parlament razılıq verdikdən sonra isə hökumətin tərkibi müəyyən edilir. Ona qədər bütün hökumət yeni təyinatlara qədər həmin vəzifənin səlahiyyətini icra edən statusda olurlar. Baş nazirliyə, yaxud da hökumət üzvlüyünə kimin namizədliyinin veriləcəyi prezidentin səlahiyyətində olan məsələdir”.
Millət vəkili Artur Rasizadə ilə bağlı aparılan müzakirələrə də münasibət bildirib:
"Artur Rasizadə Azərbaycan dövlətçiyində xidməti olan görkəmli insanlardan biridir. O öz vəzifəsinə çox məsuliyyətlə yanaşıb, üzərinə düşən vəzifənin yerinə yetirilməsində daim nümunəvi bir dövlət işçisi olduğunu göstərib. Öz fəaliyyətinə, məsuliyyətinə, dövlətçilik ənənələrinə sədaqətinə görə cəmiyyətdə böyük nüfuza malik olub”.
Sabiq dövlət müşaviri Qabil Hüseynli isə Artur Rasizadnin yeni formalaşdırılacaq hökumətin tərkibində olacağına inanmadığını bildirib:
"Bu, Artur Rasizadənin təkcə yaşı ilə bağlı deyil. Təəssüf ki, baş nazirimizin səhhəti yaxşı deyil. Gözündə ciddi problemlər var. Bu səbəbdən də öz təcrübəsindən hökumətin işində lazımınca istifadə edə bilmir. Zənnimcə, cənab Prezident Milli Məclisə baş nazir kimi yeni ad təqdim edəcək.
Daha bir gözlənti isə baş nazir vəzifəsinin ləğvidir. Çünki Nazirlər Kabineti Prezident aparatının tərkibindədir və I vitse-prezident o funksiyanı yüksək səviyyədə yerinə yetirir. Əlbəttə, bütün bunlar ehtimal və proqnozlardır. Prezident öz komandasını özü seçir və kimin hansı potensialı olduğunu da daha yaxşı bilir”.axar.az