Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları artıb. Belə ki, 2018-ci il aprel ayının 1-nə AMB-nin valyuta ehtiyatlarının həcmi 5 mlrd. 508 mln. ABŞ dolları təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 mlrd. 75,3 mln. dollar və ya 24,26% çoxdur. Mart ayı ərzində isə Mərkəzi Bankın valyuta ehtiyatları 120,7 mln. dollar və ya 22,4% artıb.
Bundan başqa, mart ayında Azərbaycanda pul bazası artıb. Ötən ay ölkədə pul bazası 290,4 mln. manat və ya 3,16% artaraq 9 mlrd. 471 manat olub. Son 1 ildə ölkədə pul bazası 2 mlrd. 193,5 mln. manat və yaxud 30,14% artıb. (APA- Ekonomiks)
Bəs görəsən, artımın səbəbi nələrdir və bu iki faktor ölkə iqtisadiyyatına necə təsir edəcək? Ölkədə pul bazasının artması real sektorun canlanmasına gətirib çıxaracaqmı?
“Yeni Müsavat”ın sualını cavablandıran iqtisadçı ekspert Vüqar Bayramov bildirdi ki, Mərkəzi Bankın valyuta ehtiyatlarındakı artım intervensiya xərclərinin dayandırılması ilə bağlıdır: “AMB artıq xeyli müddətdir ki, bazara intervensiya etmir, sadəcə hərracları təşkil edir və bu yolla Dövlət Neft Fondunun dollar vəsaitlərinin satışını həyata keçirir. Bu da AMB-nin rezervlərinin qorunmasına gətirib çıxarır. Bir sıra hallarda isə hərraclara çıxarılan dollarlar satılmaydan Mərkəzi Bank özü həmin vəsaitləri alır ki, bu da onun valyuta ehtiyatlarına ciddi təsir göstərir.
Bununla yanaşı, 2017-ci ildə Dövlət Neft Şirkəti tərəfindən Mərkəzi Banka makroiqtisadi stabilliyin formalaşması ilə bağlı transfer də edir. Bu da AMB-nin valyuta ehtiyatlarının artmasına gətirib çıxarır”.
İqtisadçının sözlərinə görə, Mərkəzi Bankın valyuta ehtiyatlarının artması çox vacibdir: “Çünki bu qurumun əlində bir alətdir və lazım gəldikdə bu ehtiyatlardan istifadə etməklə bazara müdaxilə etmək imkanı qazanır. Ancaq 2014-cü illə müqayisə etsək, hələ də AMB-nin valyuta ehtiyatlarının azaldığını deyə bilərik. Bunun səbəbi isə odur ki, 2014 və 2015- ci illərdə Mərkəzi Bank valyuta ehtiyatlarının əhəmiyyətli hissəsini bazarda dollara tələbin ödənilməsi üçün istifadə etdi. Nəticədə valyuta ehtiyatlarında azalma müşahidə olundu. Sonradan əks dollarlaşma da AMB-nin valyuta ehtiyatlarının nisbətən artmasına gətirib çıxardı. Lakin hələ də bu rəqəm 2014-cü il səviyyəsi ilə müqayisədə aşağıdır”.
V.Bayramov vurğuladı ki, ölkənin pul bazasının artırılması da biznesin inkişafı baxımından çox önəmlidir: “Biz hər zaman pul bazasının artırılmasını təklif etmişik. Çünki real sektorun canlandırılmasına ehtiyac var. 2018-ci ildə dövlət büdcəsinin gəlirləri təxminən 3 milyard manat artıq proqnozlaşdırılır ki, bu da dövriyyəyə daxil olan pul kütləsinin həcminə təsir göstərir. Pul bazasının artırılması dollara olan tələbə təsir göstərir. Çünki dövriyyədə manat çox olubsa, dollara tələb artır. Ancaq real sektorun canlandırılması üçün xərcləmələr lazımdır, bunun üçün isə ölkədə pul bazasının genişləndirilməsi çox önəmlidir. Mərkəzi Bank növbəti dövrlərdə də pul bazasının artırılması prosesini davam etdirməlidir”.
Ekspertin fikrincə, real sektorun inkişafı üçün banklar biznes kreditlərinin həcmini artırmasına ehtiyac var: “Pul bazası dövriyyədə olan pul kütləsinin həcmini göstərir. Bu eyni zamanda pul təklifi kimi də qiymətləndirilir. Bu baxımdan bankların biznes kreditləşməsini genişləndirməsi çox vacibdir. Bunun üçün bankların da Mərkəzi Bank tərəfindən daha aşağı faizli mərkəzləşdirilmiş kreditlərlə təmin edilməsinmə ehtiyac var. Xüsusən manatın uzunmüddətli stabilliyinin qorunub saxlanılması çox vacibdir. Biz həmişə qeyd edirik ki, AMB manatın məzənnəsi ilə bağlı qısa və uzunmüddətli proqnozlarını qeyd etməlidir. Ancaq belə bir proqnozlar yoxdur. Bu baxımdan banklar uzunmüddətli kreditləşmə məsələsində müəyyən qədər ehtiyatlı olmağa məcburdurlar. Biznes kreditlərinin genişləndirilməsi vacibdir, amma bunun üçün banklar Mərkəzi Bank tərəfindən daha ucuz kreditlər cəlb etməlidirlər. Manatın məzənnəsi ilə bağlı proqnozlar elan olunmalıdır. Real sektorun canlanması da bu baxlmndan vacibdir ki, sahibkarların ödəmə qabiliyyəti artsın və biznes kreditləşməsini genişləndirmək mümkün olsun”.