1918-ci ilin martında Rusiya bolşeviklərinin rəhbəri Vladimir Lenin bolşevik Stepan Şaumyanı Qafqaz fövqəladə komissarı təyin edərək Bakıya göndərmişdir. Bolşeviklər Bakıda hakimiyyəti ələ keçirmək adı ilə erməni daşnaklarının silahlı qüvvələrinin gizli niyyətləri üçün şərait yaratmışlar. Martın 31-də Bakı şəhərində azərbaycanlıların kütləvi qırğını başlamışdır.
"Ölkə.Az" bu soyqırım günündə qan yaddışımızı yenidən təzələyir.
Üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar etmiş, əhalini uşaqdan böyüyədək qətlə yetirmişdir. Həmin dəhşətli günlərin şahidi olmuş Kulner soyadlı bir alman, 1925-ci ildə Bakı hadisələri barədə bunları yazmışdır: «Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdır. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər».
Mart hadisələri əslində bolşeviklərin daşnaklarla birlikdə həyata keçirdikləri milli qırğın idi. Bu qırğının əsas təşkilatçısı olan S.Şaumyan özü də 1918-ci il aprelin 13-də RSFSR XKS-ə yazdığı məktubunda etiraf etmişdi: "Biz süvari dəstəmizə birinci silahlı hücum cəhdindən bəhanə kimi istifadə etdik və bütün cəbhə boyu hücuma keçdik... Bizim altı min nəfərə yaxın silahlı qüvvələrimiz var idi...
"Daşnaksütunun" da üç-dörd min nəfərlik milli hissələri var idi ki, bunlar da bizim ixtiyarımızda idi. Milli hissələrin inkişafı vətəndaş müharibəsinə qismən milli qırğın xarakteri vermişdi, lakin buna yol verməmək mümkün deyildir. Biz bilərəkdən buna yol verdik".
“Böyük Ermənistan” yaratmaq xülyası, ermənilərin fikrincə, iki istiqamətdə həyata keçirilməlidir. Birincisi, ermənilərin göz dikdiyi türk torpaqlarının, o cümlədən də, Azərbaycan ərazilərinin müharibə, yaxud dinc yolla işğal edilib Ermənistana qatılması siyasətidir. İkincisi, buna nail olmadıqda milli qırğın törətmək yolu ilə türk xalqlarına, eləcə də azərbaycanlılara qarşı soyqırım siyasətinə həyata keçirməkdən ibarətdir”.
1918-ci il martın sonu, aprelin əvvəlində Bakıda ermənipərəst bolşevik rəhbərliyinin iradəsi və fəal iştirakı ilə milli zəmində törədilmiş dəhşətli qırğın nəticəsində dinc azərbaycanlı əhalidən minlərlə adam ölmüş və yaralanmış, təhqir və işgəncələrə məruz qalmışdır. Tarixə “Mart faciəsi” kimi daxil olmuş bu qanlı hadisə tezliklə Bakı hüdudlarından çox-çox kənara çıxmış, Lənkəranın, Şamaxının və Qubanın tutulması, talan edilməsi və yandırılması, dinc əhalinin amansızcasına məhv edilməsi ilə nəticələnmişdi. Bu məqsədyönlü talanlar, qırğınlar zamanı nə qocaya, nə cavana, nə də körpələrə aman verilməmiş, adamları vəhşicəsinə qətlə yetirilmələri üçün onların müsəlman, azərbaycanlı olmaları tamamilə kifayət hesab edilmişdir. 1918-ci ilin martın 31-də Bakıda əməliyyata başlayan və bir neçə gün ərzində şəhərin azərbaycanlılara məxsus hissəsini viranəyə çevirib əhaliyə divan tutan erməni daşnak dəstələri bolşeviklərlə əlbir hərəkət edirdilər. Bəs bu hadisələrin kökü haradan qaynaqlanırdı? Məlum olduğu kimi Azərbaycanı iki hissəyə bölən İran-Rusiya anlaşması olan Türkmənçay müqaviləsinin 15-ci maddəsi Qacarlar dövlətinin ərazisində yaşamış ermənilərə aid idi. Bu maddədə deyilirdi ki, şah Azərbaycan adı ilə tanınan ərazidə (Cənubi Azərbaycan nəzərdə tutulur) Rusiya imperatorunun tərəfini saxlamış şəxsləri cəzalandırmayacaq, onlara 1 il müddətində yaşadıqları torpaqları tərk edib, Rusiya imperiyasının ərazisinə keçməyə maneçilik törətməyəcək, daşınmaz əmlaklarını satmaq üçün bu şəxslərə 5 il vaxt verəcəkdir.
Ermənilərin törətdikləri 31 mart soyqırımı
Beləliklə, erməni ailələri Azərbaycanın İrəvan, Qarabağ, Naxçıvan, Şəki və Şamaxı xanlıqlarının ərazilərinə köçürülməyə başlayır. Ermənilərin Azərbaycanın İrəvan, Naxçıvan və Qarabağ torpaqlarında yerləşdirilməsi Azərbaycanı Gürcüstan və Türkiyədən təcrid etmək, Cənubi Qafqazda ermənilərin kompakt yaşadıqları vilayəti yaratmaq məqsədini güdürdü. XIX əsr rus tarixçisi V.Potto yazırdı ki, Rusiya hakim dairələri “Rusiyanın rəhbərliyi altında Asiyada güclü Ermənistan dağlıq dövlətini yaratmaq…” fikirlərindən əl çəkmirdi, “Ermənistan İran, Türkiyə və Rusiya ilə həmsərhəd, Xəzər dənizində limana malik ölkə olmalı idi.
Qeyd edək ki, Hələ XVIII əsrin əvvəllərində I Pyotr zamanında Rusiya isti dənizlərə yiyələnmək üçün planlar hazırlamağa başladı. 1804-1812-ci illər Rusiya-İran müharibəsinin gedişində 1805-ci il mayın 14-də Qarabağ xanı İbrahim Xəlil xan Cavanşir və Rusiya imperatorluğunun nümayəndəsi P.D.Sisianovun imzaladıqları Kürəkçay müqaviləsinə əsasən Qarabağ xanlığı Rusiyanın tabeliyinə keçdi. Müharibədə Rusiyanın qələbəsi nəticəsində Naxçıvan və İrəvan xanlıqları istisna olmaqla Şimali Azərbaycan xanlıqları işğal edildi. İşğalın nəticələri 1813-cü il oktyabrın 12-də imzalanmış Gülüstan sülh müqaviləsi ilə təsdiq olundu.
Ermənilərin Qafqaza böyük planlı köçürülmələri müasirin dili ilə desək, “bütün Zaqafqaziyanı qana boyamışdı”. Saray müşaviri V.F.Maevski yazırdı: “Daşnaksütyun” və ona bənzər cəmiyyətlər istər Türkiyədə, istərsə də Qafqazda erməni xalqının əsas bəla mənbəyidir”. Maraqlıdır ki, “Daşnaksutyun” partiyasının yaradıcıları və liderlərindən biri O.Kaçaznuni 1923-cü ildə yazırdı: “Qəddar taledən şikayət etmək və bizim bədbəxtçiliyimizin səbəbinin bizdən kənarda axtarmaq acıdır – bu bizim milli psixologiyamızın xarakterik cəhətlərindən biridir”. Azərbaycan torpaqlarına ermənilərin köçürülməsi XX əsrin əvvəllərində də davam edirdi. Onlar artıq istər Qərb dövlətləri, istərsə də Rusiyanın siyasətinin əhəmiyyətli alətinə çevrilirdilər.
Qafqaz cəbhəsində hərbi əməliyyatlar zonasından çoxlu sayda erməni Cənubi Qafqaza gəldiyi bir zamanda Qafqaz canişini Qafqazda torpaq islahatı aparmağı düşünürdü. Bu islahatın məqsədi barədə Rusiya Dövlət Şurasının üzvü A.M.Eristov “Birjevıe vedomosti” qəzetində dərc edilmiş məqaləsində yazırdı: “Görməmək mümkün deyildir ki, söhbət yalnız başdan-başa bircə erməni ərazisi yaradılması haqqında gedir”.
Hərbi əməliyyatların gedişində Cənubi Qafqaza gələn ermənilər yenə də əsasən azərbaycanlılara məxsus torpaqlara yerləşdirilirdilər.
Erməni qaçqınlara yardım üzrə Mərkəzi Komitəsinin fəxri sədri yepiskop Mesrop ermənilərə yardım kampaniyasına başlayan Petroqrad şəhər başçısına 100 min Türkiyə ermənisini Qafqaz diyarında yerləşdirmək ümidində olduğunu yazırdı. Ermənilərin yerləşdirilməsi iri şəhərlərdə münasibətləri kəskinləşdirdiyindən Bakı general-qubernatorunun təqdimatı ilə onların Bakı şəhərinə kütləvi yerləşdirilməsi qadağan edildi. 1915-ci ilin yanvar ayında İrandan Qafqaza köçürülən ermənilərin sayı 20 min nəfər idi.
Ermənilərin törətdikləri 31 mart soyqrımı “Baku” qəzeti “Kavkazskoe slovo” qəzetinə istinadən yazırdı ki, 1915-ci ilin əvvəllərində İranda rusların işğal etdikləri ərazilərdən köçürülən və sayı 100-120 min nəfər olan erməni əsasən Naxçıvan, Sürməli, Eçmiadzin, İrəvan, Aleksandropol və Yelizavetpolda yerləşdirilmişlər. 1915-ci ilin martında keçirilən Eçmiadzin kilsə qurultayında Türkiyə və İrandan köçürülərək Cənubi Qafqaza yerləşdirilən ermənilərin sayının 60 min nəfər olduğu vurğulanırdı. Təkcə 1915-ci ilin iyul ayında Qafqaz canişinin sərəncamına əsasən Cavanşir və Şuşa qəzalarına 24 min erməni yerləşdirildi. Bundan sonra ermənilərin Azərbaycan əraizlərində silahlı hücumları daha geniş miqyas almağa başladı. Bu illərdə baş verən qanlı hadisələrdən çox insan zərər gördü. 1905-1907-ci illər hadisələri göstərdi ki, XX əsrin əvvəllərinədək Azərbaycan torpaqlarını “dinc” üsullarla zəbt edən erməni millətçiləri artıq rəsmi dairələrin dəstəyi ilə açıq silahlı təcavüzə keçirdilər. Bununla belə, milli ziyalıların başçılığı, milli burjuaziyanın dəstəyi ilə azərbaycanlılar erməni təcavüzünün qarşısını ala bilmişdilər.
Əldə olan sənəd və materialların hətta ötəri də olsa nəzərdən keçirilməsi belə bir nəticə çıxarmağa əsas verir ki, 1918-ci ildə Azərbaycanın şərqində (Bakı, Quba, Şamaxı, Lənkəran və s.) Bakıdakı Şaumyan hökumətinin tam razılığı və Amazasp, Tatevos Əmirov və başqaları kimi daşnak cəlladların əli ilə törədilmiş qanlı cinayətlərlə, onun qərbində (Naxçıvan, İrəvan Zəngəzur və Qarabağ) baş vermiş vəhşiliklər arasında üzvi bir əlaqə vardır. Bu qanlı cinayətlərin bir, məqsəd- “Böyük Ermənistan” sərsəmləməsi naminə törədildiyi və vahid mərkəzdən-Rusiyadan idarə olunduğu arxiv, sənədləri işıq üzü gördükcə daha çox aşkara çıxır. Əks təqdirdə, “Türkiyə Ermənistanı haqqında” Rusiya Sovet hökumətinin 29 dekabr 1917-ci il tarixli-dekreti ilə “türklərin zülmü altında inləyən” erməni qardaşlarının dadına çatmaq, Bakıda mart soyqırımı planı Erməni Milli Komitəsi və “Daşnaksütyun” partiyası tərəfindən hələ 1917-ci ildən hazırlanırdı. Qeyd edək ki, hadisələrin Türkiyə ərazisində də aparılması planlara daxil idi. 25 dekabr 1917-ci il tarixində XKS Sədri V.İ.Lenin Erməni Komissiyasının üzvü Teryanla görüşündə aşağıdakı səpkidə danışıqlar aparmışdır:
Lenin:
«Ermənilər nə istəyirlər? Rusiya ilə birlikdə olmağımı, yoxsa Rusiyadan ayrılmağımı?»
Teryan:
«Rusiya erməniləri ayrılmaq istəmirlər, amma Türkiyədəki ermənilər müstəqillik tələb edirlər».
Lenin:
«Bu necə olacaq? İki hissəyəmi bölünəcəksiniz?»
Teryan: «Hələlik bu cür olacağını düşünürəm. Rusiyanın himayəsi altında idarə ediləcək hər iki Ermənistanın sonradan birləşəcəyinə əminəm».
Oktyabr inqilabından sonra rus ordusu müharibə ərzində əldə etdiyi mövqelərini ermənilərə təhvil verməyə başladı. Lakin türk ordusu Ərzincanı (13.02.1918), Trabzonu (24.02. 1918), Ərzurumu (12.03.1918) geri aldıqadan sonra planı pozulan ermənilər soyqırımı ancaq Azərbaycan daxilində etməyi qərara alırlar.
O, vaxt bolşevik-daşnak qüvvələrinin birləşdiyi və qatı şovinist Şaumyanın başçılıq etdiyi Bakı Sovetinin sərəncamında əksəriyyəti ermənilərdən ibarət 20 min nəfərlik siyasi qüvvə var idi. Manaf Süleymanovun yazdığına görə, bu dövrdə Bakıda böyük sayda silahlı dəstələr toplanmışdı:
1) bolşeviklər tərəfindən yaradılan 3500 nəfərlik Qırmızı Qvardiya;
2) “Daşnaksütyun” partiyasına tabe olan 4500 piyada və süvari əsgərlərdən ibarət erməni milli qvardiyası hissələri;
3) ruslardan və slavyanlardan ibarət olan beynəlmiləl alayın hissələri;
4) hərbi donanma dənizçilərinin ayrı-ayrı qruplarının tabe olduqları menşeviklərin və eserlərin silahlı dəstələri.
Bu dəhşətli soyqırımları törətməkdə Şaumyanın və onun ətrafında birləşmiş Andronik, Mikoyan, Lalayan, Namazasp, Arakelyan, Əmiryan kimi daşnaklar qrupunun bir məqsədi var idi: azərbaycanlıları son nəfərinədək qırmaq, yaxud öz doğma yurd-yuvalarından didərgin salmaqla Xəzər dənizinin sahillərindən Türkiyə sərhədlərinədək ölkənin bütün ərazisini boşaltmaq.
Beləliklə, 1918-ci il martın 30-da Şaumyanın mənfur planı fəaliyyətə başlayır. Onun istəyi reallaşır–münaqişə qığılcımı alovlanır. 1918-ci il mart ayının 30-da erməni kilsəsi yanında toplaşan daşnak dəstəsi müsəlmanlara ilk atəş açdı. 31 mart səhər tezdən bolşevik-daşnak dəstələri azərbaycanlılar yaşayan “Kərpicxana”, “Məmmədli” və başqa məhəllələrə hücum etdilər. Həmin məhəllələri havadan təyyarələr, dənizdən isə hərbi gəmilər bombalamağa başladılar. Ermənilər rusları inandırmışdılar ki, guya İçəri şəhərdə azərbaycanlılar rusları qırıblar. Matroslar bunun yalan olduğunu biləndən sonra atəşi dayandırsalar da artıq gec idi, alova bürünmüş məhəllələrdə ölənlərin sayı-hesabı yox idi. Erməni millətçi faşistləri heç kimə rəhm etmirdilər, qarşılarına çıxan hər kəsi türk deyə dərhal qətlə yetirirdilər.
İlk olaraq Bakıda başlayan qırğınlar təqribən 12000 insanın həyatına son qoydu. Belə ki, Bakı Sovetində keçirilən seçkilərdə “Müsavat” Partiyasının qələbə qazanması daşnak-bolşevik qüvvələrin daha da radikallaşmasına səbəb oldu.
Belə bir vaxtda Azərbaycan milli qüvvələri həm sayca az, həm də olduqca pis silahlanmış vəziyyətdə idi. Şaumyan yaxşı bilirdi ki, çarizm dövründə azərbaycanlı əhali əsgərliyə aparılmayıb. Bunun nəticəsində isə bu xalq silahla necə davranmaq lazım olduğunu unutmuşdu. Buna görə də yerli əhaliyə “dərs verməyi” üçün ömrü boyu arzuladığı şərait yetişmişdi. Mart ayının 29-da müsəlmanlardan ibarət olan “Evelina” gəmisinin şəxsi heyyətinin Bakıda bolşevik qüvvələri tərəfindən tərksilah edilməsi milli qırğına başlamaq üçün bəhanə oldu. 1918-ci il martın 17-də həlak olmuş H.Z.Tağıyevin oğlu Məhəmməd Tağıyevin cənazəsini Bakıya gətirən müsəlman diviziyasının 48 nəfərdən ibarət dəstəsi mərhumu dəfn etdikdən sonra “Evelina” gəmisi ilə Lənkərana geri qayıtmalı idi. Paroxodun körpüdən aralanmasına az qalmış bolşeviklər müsəlman dəstəsinə heç bir əsas olmadan silahı yerə qoymağı tələb etdi. Dəstənin rədd cavabı gəldikdən sonra onlara tüfənglərdən və pulemyotlardan atılan atəşlə cavab verildi. Gəmidəki silahlar bolşeviklər tərəfindən müsadirə olundu.
Mart soyqırımı ilə bağlı tədqiqatlar aparmış professor Anar İskəndərov yazır: “Bakı Soveti qüvvələrinə rəhbərlik edən S.Şaumyanın erməni hərbi hissələrindən istifadə etməsi bu qırğını daha da dərinləşdirmişdir. Bolşevikləri müdafiə etmək bəhanəsi ilə erməni hərbi hissələri türk-müsəlman əhalisinə qəddarcasına divan tuturdular. Qeyd etmək lazımdır ki, Bakı Soveti də, onun yaratdığı ordu da əsas etibarı ilə ermənilərdən ibarət idi. Sovetdə olan daşnaklar Sako Saakyan, Arakelyan və başqaları bolşevik dəstələrinə müsəlman fəhlələrinin qəbul edilməsinə hər vasitə ilə əngəl törədirdilər. Daşnaklar azərbaycanlılara milli ordu yaratmaqda mane olur, Sovetin adından istifadə edərək millətçi-şovinist siyasətini canfəşanlıqla həyata keçirir, Bakı, Şamaxı və Azərbaycanın digər bölgələrində türk-müsəlman əhalisinə qarşı qırğınlar hazırlayırdılar. Bu baxımdan Erməni Milli Komitəsi xüsusi fəallıq göstərirdi. Müsəlmanlara qarşı talanlar Şamaxı, Göyçay, Gəncə, Nuxa, Qazax, Lənkəran, Salyan, bir sözlə Azərbaycanın bütün bölgələrini bürümüşdü. “Şaumyanın başçılıq etdiyi ordunun bolşeviklərdən daha çox ermənilərdən təşkil edilməsini erməni alimi Q.Avetisyan da təsdiqləyir. O qeyd edir ki, “Bakıda 25 alay, 18 min döyüşçüdən ibarət Qızıl Ordunun dörd briqadası var idi. Qızıl Ordu döyüşçülərinin də 70 faizi erməni idi”.
O dövrdə Bakıda olmuş başqa bir xarici səyyah isə qeyd edirdi ki, ancaq azərbaycanlılar yaşayan məhəllələrə hücum edən ermənilər adamları öldürür, qılıncla parçalayır, süngülərlə dəlik-deşik edir, evləri yandırır, usaqları yanan evlərə atır, diri-diri yandırırlar. Üç-dörd günlük südəmər uşaqları süngüyə taxırdılar. Onlarda, bir sözlə, nə uşağa, nə qocaya, nə də qadına rəhm etmək yox idi.
Nərimanov həmin günləri belə təsvir edir: “Müsəlman hətta bolşevik olsaydı, ona aman vermirdilər. Daşnaqlar deyirdilər: Biz heç bir bolşevik tanımırıq, təkcə elə müsəlman olması kifayətdir”.
Erməni vəhşiliyini gözləri ilə görən şahid nəql edir ki, öldürmədikləri qadınların saçlarını bir-birinə bağlayaraq çılpaq bir şəkildə küçələrə sürüyür, bədənlərinə tüfəngin qundağı ilə zərbə endirirdilər. Heç kimə rəhm etmirdilər, uşaqlar kimi ixtiyarlara da aman yox idi.
V.Nuhoğlu adlı Türkiyəli şahidin sonradan yazdığı məqalədə qeyd olunan bu fikirlər hadisələrin nə qədər dəhşətli olmasını göstərir:
«Mələk qədər sevimli bir azərbaycanlı körpə Bakının bir divarına mıxlanmışdır. Mıx körpənin düz ürəyinin üstündən vurulmuşdur; oğlanlı uşaq ölüləri, üzərində qocaman çoban köpəkləri, onlardan biri məsum bir körpəni gəmirir…, çılpaq bir qadın ölü vəziyyətdə yerə sərilmiş, bu ölü vücudun qurumuş döşlərini bir yavru əmməkdədir».
1918-ci ilin mart qırğınlarından bəhs edən mənbələrin birində (H.Baykara, «Azərbaycan istiqlal mübarizəsi tarixi») yazılır: «Türklərin mağazaları talan edildi, evlər yandırıldı. Bu barədə mənim üçün yazmaq olduqca ağırdır. Türk qadınları saç-saça bağlanaraq çılpaq gəzdirildikdən sonra müxtəlif şəkildə təcavüzlər, öldürmələr və daha başqa cinayətlər… törədildi.
Hadisələrlə bağlı 21 oktyabr 1918-ci il tarixli «Azərbaycan» qəzetində yazılırdı: «Biz, Şamaxı əksinqilabçılarının başına nə gəldiyini bilmirik, amma onu bilirik ki, başda sosialist «Əmirov və Lalayev» olmaqla qırmızı sosialist dəstəsi Şamaxıdakı bütün müsəlman əhalisini kəsib doğramış, kəndləri dağıtmışdılar. Lalayevin Şamaxı müsəlmanlarına qarşı törətdiyi vəhşiliklər bu müddət ərzində gördüklərimiz bütün dəhşətləri kölgədə qoydu».
Onlar evləri qarət edir, adamları yandırır, hamilə qadınları ağılasığmaz işgəncələrlə qətlə yetirirdilər. Ermənilər azərbaycanlılara məxsus məktəbləri, kitabxanaları, mədəniyyət ocaqlarının hamısını yandırırdılar. Hətta İçəri şəhərə hücum zamanı A.Mikoyanın başçılığı ilə yaradılmış “İnqilabı müdafiə” adı ilə çıxış edən bu quldur dəstələri Bakının ən gözəl memarlıq abidələrindən olan “İsmailiyyəni” yandırmış, “Açıq söz”, “Kaspi”, “Baku”, qəzetləri redaksiyalarını dağıtmış, “Təzə pir” məscidinin minarələrini isə top atəşi ilə dəlik-deşik etmişdilər.
Mart soyqırımı zamanı təkcə Bakıda 12 mindən çox adam qətlə yetirildi. Bu rəqəmi təkzib edən Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış istintaq komissiyasının hesabatında bu hadisələr zamanı ölənlərin sayının 20 mindən çox olduğu bildirilir. “Azərbaycan” qəzetinin həmin dövrlərdə işıq üzü görən saylarında Mart hadisələri zamanı Bakı və ətraf kəndlərdə 30 mindən artıq azərbaycanlının qətlə yetirildiyi qeyd olunur. Ermənilərin öz nümayəndələrindən biri isə qeyd edir ki, “biz Bakıda 25 min nəfəri qətlə yetirmişik. Təkcə Urmiya şəhərində 10 min nəfər qətlə yetirilmişdi”, – tarixçi alim əlavə edib.
1918-ci ilin mart-aprel ayında Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər 50 min azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz doğma yurd-yuvalarından didərgin salmışlar. Təkcə Bakıda 30 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülmüşdür.
Şamaxıda 58, Quba ərazisində 122, Qarabağın Dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan Quberniyasında 211 kənd yerlə yeksan olunub.
1918-ci ilin mart-aprel aylarında Bakı quberniyasında 229, Gəncə quberniyasında 272, Zəngəzurda 115, Şamaxıda 80, Quba qəzasında 122, Qarabağda 157 kəndi bütün məscidləri, məktəbləri, qədim memarlıq abidələri ilə birlikdə yandırıb külə döndərmiş, əhalisini qırmış və didərgin salmışdılar.
S.Şaumyan Bakıda və ətraf qəzalarda törətdikləri qırğınla əlaqədar 1918-ci il aprelin 13-də Rusiya Xalq Komissarları Sovetinə məktubunda yazırdı: “Bizim süvari dəstəyə edilən silahlı hücumdan bəhanə kimi istifadə etdik və bütün cəbhə boyu hücuma keçdik. Biz artıq 6 min nəfərlik silahlı qüvvəyə malik idik. Daşnakların da 3-4 min nəfərlik silahlı milli hissələri var idi ki, o da bizim sərəncamımızda idi. Məhz onların iştirakı vətəndaş müharibəsinə milli qırğın xarakteri verdi. Lakin onun qarşısını almaq mümkün olmadı. Biz bu işə şüurlu surətdə getdik. Əgər azərbaycanlılar üstün gəlsəydilər, onda Bakı Azərbaycanın paytaxtı elan edilə bilərdi”.
Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusı diqqət yetirmiş, Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etmişdir. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdiklərı ağır cinayətləri araşdırmış, bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradılmışdır. 1919 və 1920-ci illərdə mart ayının 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı prosesinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi olmuşdur. Lakin 1920-ci ilin aprelində Xalq Cümhuriyyətinin süqutu bu işləri yarımçıq qoymuş, Azərbaycan erməni-rus qüvvələrinin dəhşətli soyqırımının miqyasını dünyaya, beynəlxalq aləmə çatdıra bilməmişdir. Əvəzində ermənilər istər dünyaya səpələnmiş böyük diasporu vasitəsilə, istərsə də Ermənistanda daşnak hakimiyyətini əvəz etmiş sovet hakimiyyətinin təbliğat maşınının köməyi ilə qondarma “soyqırımı” kampaniyasına geniş vüsət vermişlər.
1998-ci il 26 mart tarixdə “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalayan Heydər Əliyev gənclərin tarixi həqiqətlərlə tanışlığına daha geniş meydan açmış, onları mübarizə ruhunda kökləmişdir. 1918-ci ilin məlum mart hadisələrinin 80-ci ildönümündə imzalanmış fərman erməni millətçilərinin hərəkətlərinə verilən ilk dolğun və hərtərəfli hüquqi-siyasi qiymətdir. Bu fərman gənc nəsildə milli yaddaşın qorunması baxımından bir növ proqram sənədidir. Əsrlər boyu azərbaycanlılara qarşı aparılmış soyqırımı və deportasiya siyasətini geniş təhlil edən tarixi sənəd əsasında martın 31-i hər il Azərbaycanlıların soyqırımı günü kimi qeyd olunur.
Fərmanda göstərilirdi ki, “Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif olunmuş hadisələr özünün əsl qiymətini alır.
Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir”.
Məqalədə Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin "31 mart" kitabındakı məlumatlardan və faktlardan istifadə edilib.