“1980-ci illərin sonlarında Bakıya gəldim. Burada nə hakimiyyətə, nə də ki, demokratik müxalifətin apardığı təbliğata aid olmayan hadisələr baş verirdi. Bəs nə baş verirdi? Bütün məsuliyyətlə deyə bilərəm ki, Sumqayıtda ermənilərin vəhşicəsinə öldürülməsində və onlara işgəncələr verilməsində azərbaycanlılar günahkar deyil”.
AZTB.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “Vestnik Kavkaza” nəşrinə müsahibəsində erməni politoloq Sergey Kurginyan deyib.
Politloq Sumqayıt hadisələrini törədənlərin hamısının adlarını, indi hansı təşkilatlarda çalışdıqlarını bildiyini söyləyib:
“Həmin insanlar erməniləri öldürürdülər və bu işə azərbaycanlıları qoşurdular, sonra azərbaycanlıları öldürürdülər və erməniləri bu işə qoşurdular. Daha sonra isə ermənilərlə azərbaycanlıları toqquşdururdular və nəticədə gərginlik yaranırdı. Biz bütün bunları görürdük, hadisələrin arxasında kimlərin dayandığını bilirdik”.