Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubovun başçılıq etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığının daxili işlər naziri Əbdüləziz bin Səud bin Naif bin Əbdüləzizin dəvəti ilə bu ölkədə ikigünlük rəsmi səfərdə olub.
AZTB.info xəbər verir ki, fevralın 19-da Azərbaycan nümayəndə heyəti ilə Səudiyyə Ərəbistanı Krallığının daxili işlər naziri arasında görüş keçirilib. Krallığının daxili işlər naziri Əbdüləziz bin Səud bin Naif bin Əbdüləziz dəvətini qəbul edib rəsmi səfərə gəldiyinə görə azərbaycanlı həmkarına təşəkkür edərək ölkələrimiz arasında son illər bütün sahələrdə əməkdaşlığın genişləndiyini vurğulayıb.
Cənab Ramil Usubov rəsmi dəvətə, səmimi qəbula və göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkür edib, bu səfərin nazirliklərarası əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcəyinə əminliyini bildirib.
Qədim tarixə və mədəniyyətə malik xalqlarımızın ənənəvi dostluq münasibətlərinə toxunan nazir Ramil Usubov bu əlaqələrin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Səudiyyə Ərəbistanının Kralı, İki Müqəddəs Ocağın Xadimi Salman bin Əbdüləziz Al Səudun siyasi iradəsi sayəsində dinamik inkişaf etdiyini məmnunluqla diqqətə çatdırıb.
Görüşdə dövlətlərarası müqavilə-hüquqi bazasının təkmilləşdirilməsi çərçivəsində iki ölkənin Daxili İşlər nazirlikləri arasında işbirliyinin, cinayətkarlıqla mübarizədə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan hökumətlərarası protokol imzalanıb.
Səmimilik və işgüzar şəraitdə keçən görüşdə təhlükəsizlik sahəsində əməkdaşlığın mövcud vəziyyəti, prioritet istiqamətləri barədə faydalı fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olunub.
Səfərin ikinci günü Səudiyyə Ərəbistanının Kralı, İki Müqəddəs Ocağın Xadimi Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
İki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu, bütün istiqamətlərdə, o cümlədən hüquq-mühafizə sahəsində uğurla inkişaf etdiyini bildirən Kral beynəlxalq arenada ölkəsinin Azərbaycanı tam dəstəklədiyini vurğulayıb. Eyni zamanda, islam ölkələri arasında həmrəyliyin bərqərar olmasında daim böyük səylər göstərən dostu və qardaşı – Prezident İlham Əliyevə səmimi salamlarını çatdırmağı xahiş edib.
Yüksək diqqətə və qonaqpərvərliyə görə təşəkkürünü bildirən nazir Ramil Usubov keçirdiyi görüşlər, aparılan danışıqlar barədə Səudiyyə Ərəbistanının Kralına məlumat verib, bu səfərin ölkələrimiz arasında möhkəm təməllərə söykənən əlaqələrin dərinləşməsinə, xalqlarımızın və dövlətlərimizin mənafeyinə xidmət etdiyini bildirib.
Qəbulda və görüşlərdə ölkəmizin Səudiyyə Ərəbistanındakı fövqəladə və səlahiyyətli səfiri Şahin Abdullayev iştirak edib.