Erkəyi olmadan çoxala bilən mutant çay xərçəngi növü sürətlə yayılır.
AZTB.info xarici KİV-ə istinadən xəbər verir ki, alimlər 30 illik tarixi olan çay xərçəngi növünün mutasiyaya uğrayaraq erkəyi olmadan çoxaldığını kəşf ediblər. Bu, xallı çay xərçəngi adı ilə tanınan və şirin sularda yaşayan növün DNT-sindəki mutasiya ilə əlaqədardır.
Məsələni araşdıran Dr. Volfqanq Şteyn Kanada dövlət televiziyası CBC-yə verdiyi açıqlamada bildirib ki, 1 dişi xallı çay xərçəngi 3 ay ərzində 200-300 bala verə bilir. On ayağı olan və tamamilə dişilərdən ibarət mutant növ Avropa Birliyi tərəfindən qadağan olunub. Kanadada isə “pet shop”larda və internet üzərindən satılan bu canlının təbiətə buraxılmasının qarşısını almağa çalışırlar.
Bildirək ki, ilk dəfə 1990-cı ildə Almaniyada bir dişi çay xərçəngi əlavə xromosom ardıcıllığı ilə dünyaya gəlib. Erkəyi olmadan çoxala bilən bu növ yüzlərlə yumurta qoyub. Böyük marağa səbəb olan bu canlı evlərdə saxlanmağa başlanıb. Lakin sürətlə çoxaldığından sahibləri onları göllərə buraxmaq məcburiyyətində qalıblar. Beləliklə, mutant çay xərçəngi şirin sularda yayılaraq öz-özünə çoxalmağa davam edib.