
AZTB.info "Ria”ya istinadən xəbər verir ki, görüntü yanvarın 9-da "Terra" kosmik aparatında MODIS spektroradiometrilə çəkilib.
NASA-nın məlumatında qeyd olunur ki, külək suyu səthdən qarışdırır və dənizin dibindəki çöküntüləri üzə qaldırır. Bu da dənizin sahilində süd çalarları yaradır. Alimlər bu təbiət hadisəni araşdırmağa çalışır, çünki bu, balıqçılığa mənfi təsir göstərə bilər.
NASA peyk şəkillərinin Xəzərdə monitorinq üçün əsas vasitə olduğunu açıqlayıb.