“MTN işi“ndə ən mübhəm fiqurlardan biri olan general Teymur Quliyev günahsız olduğunu dedi; onun rəhbərlik etdiyi Monitorinq Mərkəzi illərlə gizli dinləmələr həyata keçirib
Yanvarın 25-də Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri - general Sübahir Qurbanov, general Teymur Quliyev, general Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri - Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Musavat.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə təqsirləndirilən MTN generalı Teymur Quliyev bütün epizodlar üzrə ifadə verib.
O, ittihamları qəbul etmədiyini, günahsız olduğunu söyləyib.
“Yeni Müsavat” xatırladır ki, T.Quliyev “MTN işi”ndə ən mübhəm fiqurlardan biridir. MTN-in Monitorinq Mərkəzinin rəisi vəzifəsində çalışmış Teymur Quliyev Eldar Mahmudovun “qara qutusu” hesab olunur. Məhz onun rəhbərlik etdiyi Monitorinq Mərkəzi bütün qanunsuz dinləmələri həyata keçirib. Bu dinləmələr isə təkcə hədəfdə olan sahibkarları əhatə etmir. Məlumata görə, hakimiyyət təmsilçiləri də Teymur Quliyevin rəhbərlik etdiyi otaqdan dinlənilib, mümkündür ki, səs yazıları kimi qeydə də alınıb.
Eldar Mahmudovun işdən çıxarılmasından dərhal sonra qapıları möhürlənən Monitorinq Mərkəzi illərlə bu kimi dinləmələr həyata keçirib, mümkündür ki, danışıqlar xüsusi fayl şəklində toplanaraq kompromat kimi saxlanılıb və ya xaricə çıxarılıb. T.Quliyevi 2015-ci il oktyabr ayının 18-də Teymur Əliyev küçəsində yerləşən 4 mərtəbəli villasında həbs ediblər.
Onun evində axtarış aparılıb və istintaqçıların nə tapdığı hələ də bilinmir. Eləcə də il yarımdan çoxdur davam edən istintaqında T.Quliyevin nələri etiraf etməsi barədə də heç bir məlumat yoxdur.
Təqsirləndirilən Teymur Quliyev
T.Quliyevin Akif Çovdarovun həbsindən sonra bu cinayət işi üzrə şahid qismində dindirildiyi də deyilirdi.
T.Quliyevin istintaq zamanı rəhbərlik etdiyi mərkəzdə danışıqların dinlənilməsini nazir Eldar Mahmudovun yazılı icazəsi, habelə idarə rəisi Akif Çovdarovun göstərişi ilə həyata keçirdiyini etiraf etdiyi də yayılan xəbərlər sırasındadır. T.Quliyevin Bakı İstintaq Təcridxanasında ciddi müşahidə altında saxlanılması iddia olunur ki, bu da onun istintaq üçün necə qiymətli fiqur olduğunu göstərir.
1970-ci ildə Bakıda anadan olan Teymur Quliyev o vaxt Xalq Təsərrüfatı İnstitutu adlanan ali məktəbi bitirib. Teymur Quliyevin atası da polis sistemində işləyib, bir sıra rayonların rəisi olub. Əmisi isə sovetlər vaxtı daxil işlər nazirinin müavini vəzifəsində çalışıb.
T.Quliyev DİN-in iqtisadi cinayətkarlığa qarşı mübarizə idarəsində Eldar Mahmudovun bilavasitə rəhbərliyi altında işləyib və burada onların “iş birliyinin” əsası qoyulub.
Eldar Mahmudov milli təhlükəsizlik naziri təyin olunandan sonra T.Quliyevi də MTN-ə gətirib. Əvvəl MTN-də təchizat şöbəsinin rəisi postunda işləyən T.Quliyev hələ də bilinməyən “xidmətlərinə görə” tezliklə daha yüksək posta - MTN-in Monitorinq Mərkəzinin rəisi vəzifəsinə təyinat alıb. 2012-ci ilin mart ayında ölkə başçısının sərəncamı ilə general-mayor rütbəsi alan T.Quliyev hüquq-mühafizə sistemində ən gənc generallardan biridir.
Çovdarov ile ilgili görsel sonucu
T.Quliyevin adını o zaman mediada ilk dəfə məşhurlaşdıran Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev olub. O, T.Quliyevin qardaşının oğurlanmasını təşkil edənlər sırasında olduğunu bildirib.
Teymur Quliyev daha sonra DİN sistemində çalışıb. DİN-in iqtisadi cinayətkarlığa qarşı mübarizə idarəsində gələcək MTN rəhbəri Eldar Mahmudovun bilavasitə rəhbərliyi altında işləyib.
Teymur Quliyevin mərhum atası Rəcəb Quliyev uzun illər polis sistemində işləyib. Bir sıra rayonların polis rəisi olub. T.Quliyevin əmisi 1980-ci ildən daxil işlər nazirinin müavini olub. Onlar əslən Gədəbəy rayonundandır.