Bu gün İlham Əliyev Davosda çıxış edəcək

Bu gün İlham Əliyev Davosda çıxış edəcək İsveçrənin Davos şəhərində sayca 48-ci "Dünya İqtisadi Forumu" bu gün işə başlayacaq.
AZTB.info xəbər verir ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev də forumda iştirak edəcək.

Bu il forum "Parçalanmış dünyada birgə gələcəyin yaradılması" adı altında keçirilir. İlham Əliyev Davos forumunda "Strateji perspektivlər: "Avrasiya" panelindəki müzakirələrdə çıxış edəcək.
Qeyd edək ki, bu il bəzi ölkə başçıları forumda iştirak etməkdən imtina ediblər.

Oxşar xəbərlər