Prezident: "Gəncliyin intellektual potensialının tam üzə çıxması üçün əlverişli zəmin hazırlanmalıdır"

Prezident: Azərba­ycan Milli Elmlər Aka­demiyasında (AMEA) Azərbaycan gən­c alimlərinin I qurul­tayı başlayıb.
"Ölkə.Az" xəbər verir ki, AMEA, Təh­sil Nazirliyi, Gənclə­r və İdman Nazirliyin­in birgə təşkilatçılı­ğı ilə baş tutan tədbirdə əvvəlcə Prezident İlham­ Əliyevin qurultay iş­tirakçılarına təbrik ­məktubu oxunub.

Dövlət başçısının təbrikini Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev səsləndirib.
Məktubda deyilir: "Qloballaşmanın geniş vüsət aldığı müasir dövrdə elmi nailiyyətlərin gündən-günə artması və yüksək texnologiya sahələrinin sürətlə genişlənməsi, çevik innovasiya fəallığı yeni yanaşmanı tələb edir. Mövcud şərait gəncliyin intellektual potensialının tam üzə çıxması üçün əlverişli zəmin hazırlanmasını ön plana çıxarır.

Ümidvaram ki, gənc alimlərimizin ilk mötəbər məclisi zamanın çağırışlarına cavab olaraq bu istiqamətdə fəaliyyətin aparıcı meyllərinin müəyyənlik qazanmasına təkan verəcək. Mədəniyyətlər arasında əsrlər boyu körpü rolunu oynayan Azərbaycan qədim dövr elmi nailiyyətlərinin qorunub saxlanmasında və dünya elm xəzinəsinin daha da zənginləşməsində özünə özünə məxsus yeri var".

Oxşar xəbərlər