"Bəzən axtardıqları kişini cinayətkar dəstələrin içərisində tapır və onlarla əlbir fəaliyyət göstərirlər. Nəticədə belə vəziyyətlərə - Fədayə Laçının gününə düşürlər"
"Sənət adamları məşhur olduğuna görə, onların hansısa xoşəgəlməz əməlləri tez üzə çıxır. Bu, yalnız Azərbaycanda belə deyil. "Vorzakon” sistemi sovet dövründən qalmadır. Başqa dövlətlərdə cinayət qruplar tamam fərqli kriteriyalarla fəaliyyət göstərirlər. Lakin Azərbaycanda Sovet dövründən qalma sistemə görə, tanınmış şəxslər, vəzifəlilər belə adamlarla əlaqə qururlar".
Bu barədə "Sherg.az”a müğənni Fədayə Laçının adının kriminal avtoritetlərlə hallanmasından danışarkən millət vəkili Tahir Kərimli deyib. Parlamentari təəssüf hissi ilə qeyd edib ki, sənət adamları, xüsusilə xanım müğənnilər imkanlı kişilər axtarırlar: "Bəzən axtardıqları kişini cinayətkar dəstələrin içərisində tapır və onlarla əlbir fəaliyyət göstərirlər. Nəticədə belə vəziyyətlərə - Fədayə Laçının gününə düşürlər. Ümummilli lider Heydər Əliyev hakimiyyətə gələndən sonra cinayətkar şəbəkəni ölkədən ləğv etdi. Demək olar, bu "vorzakon”ların xırda qalıqları qalıb. Amma biz Rusiya və başqa dövlətlərdə daha çox belə şəbəkələrə rast gəlirik. Onların isə tanınmışlarla daha çox əlaqəsi olur. İstənilən halda belə fəaliyyətlə pislənilməlidir. Düşünürəm ki, burada qarşılıqlı maraq var. "Vorzakon”ların sənət adamları ilə əlaqələri əyləncə axtarışları ilə, müğənnilərin məqsədi isə pul axtarışıdır. Onlar bir növ maddi cəhətdən himayə üçün kriminal aləmə meyl edirlər”. Qeyd edək ki, qatardan qaçan məhbuslara kömək etməkdə təqsirləndirilən müğənni Fədayə Laçın təqsirləndirilən şəxs qismində məhkəməyə cəlb edilib. Onun barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar. Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub. "Qoca" ləqəbi ilə tanınan Etibar Ələkbər oğlu Məmmədovun axtarışı istiqamətində tədbirlər davam etdirilir. Qaçan məhbuslara köməklik göstərənlər sırasında müğənni Fədaə Laçın da var və hətta bu gün onun "Qoca" ilə videogörüntüsü yayıldı.