“Azərsu” rəsmisi Bakıda çökən yoldan danışdı
Getdiyimiz yerdə hər an yer ayağımızın altından qaça bilər. Və ya asfaltın üzərindən keçərkən bir anda özümüzü quyunun dibində görə bilərik. Nizami rayonu, Mehdi Abbasov küçəsində yaşanan son hadisə artıq insanların içinə belə bir qorxu toxumu səpib. Səbəb isə Bakının altını qazan kanalizasiya quyularıdır.
Məlum hadisə ilə bağlı, ilk olaraq mətbuatda “Azəravtoyol” suçlandı. Asfalt örtüyünün keyfiyyətsiz çəkilməsi, qalınlığının normal olmaması kimi iradlar səsləndirildi. Lakin qurumun sözçüsü Anar Nəcəfli açıqlama yayaraq, sözügedən yolun 50-60 il bundan öncə salındığını bildirdi: “Yolun altından keçən kommunikasiyalar da (kanalizasiya kollektoru da daxil) yol infrastrukturu qurularkən quraşdırılıb. Bəs dünən niyə çökdü? Çünki 50-60 il bundan öncə quraşdırılan kanalizasiya kollektoru artıq istismar müddətini başa vurduğu üçün dağılıb. Nəticədə kollektorla axan çirkab su yolun torpaq yatağını yumağa başlayıb. Qəzanın baş verdiyi yerdə torpaq yuyulduğundan asfalt altında boşluq yaranıb və asfalt çöküb”.
Qeyd edək ki, kanalizasiya xətləri, kollektor qurğuları “Azərsu” ASC-nin nəzarətindədir. Paytaxtımızda bu sistemin öz istismar müddətini başa vuran kanalizasiya xətlərinin, kollektor sistemi çoxdur. Burada məsələ təkcə kanalizasiya sisteminin köhnə olması da deyil. Bakıda demoqrafik vəziyyətdə kəskin şəkildə dəyişib və paytaxtda yaşayan əhalinin sayı 50-60 il öncə ilə müqayisədə dəfələrlə artıb. Bu da kanalizasiya xətlərində yüklənməyə səbəb olur.
Su və kanalizasiya xətlərinin, kollektor sisteminin yenilənməsi üçün son 10 ildə “Azərsu” ASC-yə milyonlarla manat vəsait ayrılsa da, bu qurum neqativ halları tam aradan qaldırmağa nail olmayıb.
"Ölkə.Az" xəbər verir ki, məsələ ilə bağlı “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı da “Yeni Müsavat”a açıqlama verib. O, sualımıza cavab olaraq bildirib ki, kanalizasiya qurğularında bu cür qəfil fəsadların yaşanmaması üçün mütəmadi monitorinqlər keçirilir: “Qəzalı vəziyyətdə olan kollektor qurğularının öyrənilməsi üçün hər zaman yoxlamalar aparırıq. Bunun üçün xüsusi robotlarımız var ki, kanalizasiya xətlərini yoxlayır. Biz 2013-2014-cü illərdə kollektorlarımızda təmizləmə işləri apardıq. Oradan 12 min kubmetr həcmində məişət tullantıları, çınqıl, daş, torpaq çıxartdıq. Səbəb isə odur ki, yolu süpürənlər bütün zibili bizim xətlərə tökür. Elə xəttimiz vardı ki, yarısı tutulmuşdu, suburaxma qabiliyyəti 2 dəfə aşağı düşmüşdü. 1970-80-ci illərdə tikilmiş kollektorlar lil-palçıqla dolmuşdu. Biz bunların monitorinqini apardıq. Xüsusi robotlarımız var ki, onun vasitəsilə xətlərimizin vəziyyətini yoxlayırıq.
Bizim 50-60 il öncə tikilən kollektorlarımızın sayı çoxdur. Ancaq bu o demək deyil ki, onların hamısında qəza ola bilər. Sadəcə bəzi xətlər var ki, daim su ilə dolu olur və robotlar oradakı vəziyyəti tam araşdıra bilmir. Robotların işləyə bilməsi üçün kanalizasiya xətlərində su müəyyən qədər az olmalıdır. Ancaq robot hər hansı problem aşkarlayarsa, dərhal orada təmizləmə işləri aparılır".
Anar Cəbrayıllı vurğulayıb ki, dünyada qəbul olunan tikinti normalarına görə kanalizasiya kollektorları binaların olmadığı yerlərdə, ya səkilərin, ya da avtomobil yollarının altı ilə çəkilməlidir: “Bu, tikinti normalarına uyğundur. Bizim kanalizasiya kollektorlarımızın böyük əksəriyyəti avtomobil yollarının altı ilə çəkilib. Bunlar Sovet dövründə, 50-60 il əvvəl həyata keçirilib”.
A.Cəbrayıllı deyib ki, hazırda Mehdi Abbasov küçəsində monitorinqlər aparılır: “Orada yolun təxminən 10 metrlik hissəsi çökmüşdü, lakin biz orada 20 metrlik hissəni dəyişdirəcəyik. Monitorinq zamanı gördük ki, həmin xəttə yaxın hissədə də problem var, istismar müddətini başa vurub, ona görə həmin hissədə də borular dəyişdirilir”.
“Azərsu” ASC-nin rəsmi saytında verilən məlumata görə, hazırda Bakı şəhərində ayrılmış kanalizasiya sistemi mövcuddur. Kanalizasiya şəbəkəsi çox az keramik, beton, asbest-sement, çuqun, dəmir-beton borulardan və tunel şəkilli kollektorlardan ibarətdir. Təsərrüfat-məişət kanalizasiya xətlərinin ümumi uzunluğu 1500 kilometr, yağış kanalizasiya xətlərinin uzunluğu isə 156 kilometrdir. Magistral yağış kanalizasiya xətlərinin diametri 400 millimetrdən 1200 millimetrə qədər dəyişir. Ümumilikdə gün ərzində kanalizasiya xətlərindən axıdılan tullantı suların həcmi 1 mln kubmetrdən çoxdur. Bakı şəhərində mövcud olan 72 kanalizasiya nasos stansiyasının sutkalıq məhsuldarlığı 1 mln kubmetrə yaxındır.