Gürcüstanın şərqindəki Qaracalar kənd sakini həyat yoldaşı ilə mesajlaşan həmkəndlisini qəddar şəkildə cəzalandırıb.
Oxu.Az xəbər verir ki, ərin başçılıq etdiyi 7 nəfərlik qrup qadınla mesajlaşan kişidən qisas almaq qərarına gəlib.
Burada qisasçılara daha bir neçə nəfər qoşulub və kişini möhkəm döyüblər. Ardınca isə artıq huşunu itirməkdə olan şəxsi butulka ilə zorlayıblar. Kəndin onlarla sakini, o cümlədən həddi-büluğa çatmayanlar baş verənləri izləyiblər. Gürcüstan telekanalları xəbər verir ki, qisasçılar baş verənləri videoya çəkərək, internetə yükləyiblər.
Kənd sakinlərinin Oxu.Az-a verdiyi məlumata görə, kənd sakini qonşusunun həyat yoldaşı ilə gizli münasibət qurub. Daha sonra məsələnin üstünün açıldığını görərək, qızla birlikdə Rustavi şəhərinə qaçaraq gizlənib.
2 gün içərisində hər iki şəxs tapılaraq kəndə gətirilib.
Məlumata görə, qızı ailəsinə təhvil verərək, onun cəzalandırılmasını tələb edən qisasçılar oğlanı bu vəziyyətə salıblar.
Qızın atası isə onu qorunması üçün polisə təhvil verib.
Aldığımız məlumata görə, polis kənddə xüsusi əməliyyat keçirib və 30 nəfər saxlanılıb.
Hazırda saxlanılanlardan 8 nəfər barəsində həbs-qətimkan tədbiri seçilib.