"Ermənistan ordusu son bir ayda Ağdam rayonunun iğal altında olan ərazilərində mütəmadi olaraq yanğınlar törədiblər".
"Report" xəbər verir ki, bunu Ağdam Rayon İcra Hakimiyyətinin rəhbəri Raquf Məmmədov Ağdam şəhərinin işğalının 24-cü ildönümü münasibəti ilə keçirilən tədbirdə deyib.
"Ermənistan ordusu demək olar ki, hər gün rayonun işğal altında olan ərazilərinə od vurur. Təmas xəttinə yaxın ərazilərə qədər gəlib çıxan alov əkin sahələri üçün ciddi təhlükə yaradır. Erməni tərəfi bunu qəsdən edir ki, cəbhə kəndlərində yaşayan əhali bundan cidd ziyan çəksinlər", - deyə R.Məmmədov bildirib.
Onun sözlərinə görə, yanğınlardan sonra vəhşi heyvanların təmas xəttinə yaxın kəndlərə kütləvi miqrasiyası müşahidə olunur. Alovdan qaçıb canını qurtaran yırtıcı və sürünənlər əhalinin sıx məskunlaşdığı ərazilərə üz tutur.