Bakıda məktəblilərin mübahisəsi qanla nəticələnib.
ARB TV xəbər verir ki, hadisə Binəqədi rayonu Sulutəpə qəsəbəsində yerləşən 217 saylı orta məktəbdə baş verib.
Belə ki, səhər saat 8 radələrində, dərs başlamazdan əvvəl 9-cu sinif şagirdi sinif yoldaşı Elturan Əmənova bıçaqla xəsarət yetirib. Yaralı təcili tibbi yardım avtomobili ilə Şəhər Kliniki Xəstəxanasına aparılıb. Faktın baş verdiyi məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Zərifə Yusifova şagirdlər arasında mübahisənin baş verdiyini təsdiqləyib.
Zərifə Yusifova - Direktor müavini: "Uşaqlar gəldi ki, müəllim uşaqlar dalaşıblar, 1 oğlan qanın içindədir. İdman müəllimimiz dedi ki, tez bura gətirin".
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən də faktı təsdiqləyiblər. Hər iki məktəblinin təlim nəticələrinin, dərsə davamiyyətinin və davranışının normal olduğu qeyd edilib.
Hadisəni törədən yeniyetmə Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin əməkdaşları tərəfindən dindirilmək üçün bölməyə aparılıb.
Fakt araşdırılır.