ANS-in yeni yaratdığı internet TV haqqında Şok təfərrüatlar

ANS-in yeni yaratdığı internet TV haqqında Şok təfərrüatlar Ölkə.az-ın yaydığı məluamata görə, bu yaxınlarda fəaliyyətinə xitam verilən ANS TV-nin rəhbəri Vahid Mustafayev internet televiziya açmaq qərarına gəlib

Daxil olan məlumata görə, bu, internet televiziya olacaq və "istipress.com” ünvanında yerləşəcək.

Araşdırma zamanı müəyyən edildi ki, istipress.com 2016-cı il oktyabrın 2-də yaradılıb və 2018-ci il oktyabrın 2-nə kimi istifadə müddəti var. İnternet televiziyası ABŞ, Arizona ştatı, Scottsdaile, 14747 N Northsight Blvd Suite 111, PMB 309 ünvanda qeydiyyatdan keçib.

ANS-dəki mənbənin bildirdiyinə görə, məlumatın qabaqcadan mediaya sızması ANS rəhbərliyini ciddi əndişələndirib. Hazırda Vahid Mustafayev və Mirşahin Ağayev daxildəki "krısa”nı tapmağa çalışırlar.

Mənbə onu da qeyd edib ki, internet televiziyasının qeydiyyatdan keçirilməsi və gələcəkdə onun təhlükəsizliyinin təmin edilməsi məsələləri ilə ANS-in ABŞ-dakı keçmiş xüsusi müxbiri Sevinc Osmanqızı məşğuldur. Hətta bu məsələnin ABŞ xüsusi xidmət orqanlarının nəzarətində olduğu deyilir.

Ehtimal edilir ki, ABŞ ANS kanalının potensialı əsasında ərsəyə gələn istipress.com-un simasında Azərbaycan hökumətinə yeni başağrısı yaratmağı planlaşdırır. ANS-in fəaliyyətini internetə transfer edənlər həm də öz məqsəd və niyyətlərinin hansı nəticələrə gətirib çıxara biləcəyini qabaqcadan anlayaraq, bəri başdan izi azdırmaq və sayt bağlanmaq təhlükəsindən sığortalamaq və istəyirlər. Bu məqam ANS rəhbərliyinə də sərf edir. O mənada ki, hazırda mediaya çıxmaqda çətinliklə üzləşən V.Mustafayevlə M.Ağayev rəqiblərini öz saytları vasitəsilə vurmaq imkanı əldə edəcəklər.

Oxşar xəbərlər