Azərbaycan hakimlərindən biabırçı səhv

Azərbaycan hakimlərindən biabırçı səhv Bu gün AFFA-nın saytında hakimlərimizin Bolqarıstan keçirilən təlim-məşq toplanışından fotoreportaj yerləşdirilib

Futbolxeber.az xəbər verir ki, hakimlər məskunlaşdıqları otelin eyvanından Azərbaycan bayrağını asıblar.

Lakin, ədalət qoruyucuları bayrağımızı səhv asıblar. Çünki bayrağın göy hissəsi sağdan yox, soldan olmalıdı.

Nazirlər Kabineti 2005-ci il 25 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı Qaydaları”nda dəyişiklik edib.

Qaydalara edilən əlavəyə əsasən, Azərbaycan Respublikasının Dövlət Bayrağı binanın divarına dirəksiz şaquli çəkildikdə və ya şaquli vəziyyətdə xüsusi tutqaclara bərkidildikdə, bayrağın mavi zolağı qarşıdan baxılarkən sol tərəfə yerləşməlidi.

Azərbaycan hakimlərindən biabırçı səhv

Oxşar xəbərlər