Elə müqavilələr olur ki, mürəkkəbi qurumamış önəmini itirir. Şuşa Bəyannaməsi ilə imzalanan andan aktiv şəkildə qüvvədədir. Ötən müddətdə hər iki ölkənin hərbçilərinin təlimləri davam etdirilib. Azərbaycan öz ordusunu Türkiyə ordusuna uyğun şəkildə formalaşdırmaqdadır. Bunu cənab Prezident rəsmən bəyan edib. Ölkə rəhbərlərinin intensiv qarşılıqlı səfərləri davam edir. Müdafiə sənayesi sahəsində əməkdaşlıq davam etdirilir. 2021-ci il iyunun 15-də Azərbaycan və Türkiyə Prezidentləri tərəfindən qədim Şuşa şəhərində iki qardaş ölkənin imkanlarının birləşdirilməsini və maraqlarının birgə müdafiəsini nəzərdə tutan unikal tarixi sənəd – “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalandı.
Şuşa Bəyannaməsi bütün Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin əsas qarantı kimi çıxış edən vacib tarixi sənəddir. Qeyd olunduğu kimi, artıq Türkiyə və Azərbaycan sadəcə dost və qardaş ölkələr deyil, həm də strateji müttəfiqlərdir. Bu müttəfiqliyin ən önəmli tərəfi də məhz hərbi sahədə əməkdaşlığın təmin edilməsidir. İki qardaş ölkə həm də iki dövlətin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunması ilə bağlı da razılığa gəlib. Azərbaycan və Türkiyə bundan sonra da hər zaman bir yerdə olacaq və bir-birinin təhlükəsizliyini təmin edəcək. Bu isə eyni zamanda bütün Cənubi Qafqazda sülhə və təhlükəsizliyə zəmanət deməkdir. Uzun illərin təcrübəsi olan ənənədən aydındır ki, Şuşa Bəyannaməsində Ankara ilə beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi, iqtisadi, ticari məsələlər, o cümlədən mədəniyyət, təhsil, idman, gənclər siyasəti kimi bir çox önəmli məsələlər öz əksini tapıb. Şübhəsiz ki, daha çox nəzərə çarpan yaxud, diqqət yetirməli olduğumuz məqam müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləridir.Ermənistanın məğlubiyyəti ilə barışmayaraq yeni reallıqları qəbul etmək istəməyən üçüncü tərəflər üçün Azərbaycan və Türkiyənin bundan sonra da hər zaman bir yerdə olacağı və bir-birimizin təhlükəsizliyimizi təmin edəcəyimizi rəsmən bəyan etməyimiz çoxları üçün ciddi çəkindirici siqnal oldu. Necə ki, cənab İlham Əliyev döyüş meydanında Müzəffər Ali Baş Komandan kimi qələbəyə nail oldu, elə də diplomatiyada da düşmənin havadarlarını faktiki pat vəziyyətinə qoydu. Digər tərəfdən, müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri barədə aydın “yol xəritəsi” müəyyən edilməklə, Ankara-Bakı tandeminin müddətsiz, güclənən xətt üzrə inkişaf edən müttəfiqlik olduğu mesajı verildi. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlığımız, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur.
Enerji təhlükəsizliyinin, Cənub Qaz Dəhlizinin önəmi Türkiyə, Azərbaycan və Avropa üçün göstərilir və hər bir məsələ çox böyük önəm daşıyır. Təsadüfi deyil ki, bu tarixi sənədin imzalanması Azərbaycanda mövcud olan bütün siyasi qüvvələr tərəfindən birmənalı olaraq dəstəklənmişdir. Şuşa Bəyannaməsi ölkədə fəaliyyət göstərən 48 siyasi partiya tərəfindən birgə bəyanatla təqdir edilmişdir. Birmənalı olaraq Şuşa Bəyannaməsini Azərbaycan və Türk xalqlarının şanlı keçmişinə bir sədaqət və gələcək nəsillərə ən dəyərli bir nəsihət nümunəsi olduğunu deyə bilərik. Xüsusilə də Bəyannamədə hərbi sahədə əməkdaşlıq və Zəngəzur dəhlizi ilə bağlı konkret müddəalar əksini tapıb. Beləliklə, iki qardaş ölkə bu Bəyannaməni imzalamaqla təhlükəsizlik məsələlərində də bir-birinə qətiyyətli dəstək nümayiş etdirir. Azərbaycan və Türkiyə arasında imzalanan Bəyannamədə Qars Müqaviləsinin xatırlanması, xüsusilə tarixi türk torpağı Zəngəzur dəhlizinin adının hallanması tarixi gerçəkliyi və hədəfləri göstərən mühüm amildir. Şuşa Bəyannaməsi təbii olaraq, əraziyə yeni sərmayə qoyuluşu prosesini stimullaşdırmağa imkan verəcəkdir. Regionun artan investisiya potensialı yeni iqtisadi münasibətlərin formalaşmasına səbəb olacaq və Şuşa və Şuşa ətrafının gözəl turizm imkanları açılacaqdır. Bütün bunlardan əlavə, ölkəmizin Zəngəzur dəhlizi böyük geosiyasi və iqtisadi əhəmiyyətə malikdir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaqdır. Türkiyə ilə Azərbaycanı dəmir yolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi artıq reallığa çevrilir. Bir sözlə, Şuşa Bəyannaməsi bölgədə inteqrasiya proseslərini stimullaşdırmaqla bərabər əhatəli sülhə də yol açır.
Maştağa qəsəbəsi, 28 №-li tam orta məktəbin
Tarix müəllimi Həsən Xələfov