Xəbər verildiyi kimi, iyunun 9-da Rusiya Ermənistana etiraz notası göndərib. XİN nümayəndəsi Mariya Zaxarova bildirib ki, Moskva Ermənistan nümayəndə heyətinin Buçaya (Ukraynanın Rusiya işğalı zamanı soyqırıma məruz qalmış şəhəri, hazırda azad olunub - red.) səfərini qeyri-dost addım kimi qiymətləndirir.
“İrəvanın Nor-Nork inzibati ərazi dairəsinin rəhbəri Tiqran Ter-Marqaryan və Ermənistan diplomatik missiyasının nümayəndəsi Vladimir Karapetyan da daxil olmaqla, Ermənistan nümayəndə heyəti Ukraynanın Buça şəhərinə səfər edərək Moskvada qəbuledilməz sayılan bəyanatlar veriblər. Bundan əlavə, onlar Kiyevə humanitar yardım aparıblar. Biz Nor-Nork rayonunun və Ermənistan diplomatik missiyasının rəhbərlərinin Buçaya səfərini rəsmi İrəvanın açıq-aşkar qeyri-dost addımı kimi qiymətləndiririk və Ukrayna Silahlı Qüvvələrinə yardımın ötürülməsindən narahatıq. Bununla bağlı Ermənistan Xarici İşlər Nazirliyinə etiraz notası göndərmişik”, - Zaxarova bildirib.
O, Ermənistan hakimiyyətinin bu cür bəyanatları dəstəkləməsindən təəssüfləndiyini bildirib.
Yada salaq ki, ötən ilin sentyabrında da Rusiya Ermənistanın “qeyri-dost hərəkətləri” səbəbindən bu ölkəyə nota vermişdi. Notada Roma Statutunun ratifikasiya prosesinin başlanması, baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın Kiyevə səfəri və Kiyev rejiminə humanitar yardımın göstərilməsi və ABŞ hərbçilərinin iştirakı ilə hərbi təlimlərin keçirilməsi yer alırdı. Bundan başqa, etiraz notasında Ermənistan parlamentinin sədri Alen Simonyanın sentyabrın 6-da Mariya Zaxarovaya ünvanladığı və Rusiya XİN-lə əlaqədar təhqiramiz bəyanatlarının qəbuledilməz olduğu vurğulanırdı.
Ötən ay isə Rusiya etiraz əlaməti olaraq İrəvandakı səfiri Sergey Kopırkini müvəqqəti geri çağırmışdı.
Erməni tərəfinin notaya cavabı isə gecikməyib və Tiqran Ter-Marqaryandan gəlib. Həm də yetərincə sərt formada.
“Xüsusilə xanım Zaxarova üçün bir neçə dəqiqləşdirmə. İrəvanın Nor-Nork inzibati ərazi dairəsinin başçısı və "Respublika" partiyasının siyasi şurasının üzvü kimi mən Ukraynaya səfər etdim və həm yerli hakimiyyət orqanları, həm də erməni icması ilə görüşdüm. Mən də humanitar yardım çatdırmaq üçün Buçada idim. Lazım gələrsə, yenidən getməyə hazıram. Görüşlərimdə əmin oldum ki, Rusiya Ukraynanı məğlub edə bilməyəcək. Ukraynada hər kəs bu müharibəni müstəqillik və suverenlik uğrunda mübarizə hesab edir".
Bu sözləri Ter-Marqaryan özünün facebook səhifəsində Zaxarovaya cavab olaraq yazıb.
Bəs Moskvanın bu qəbil addımlarının davamı nə ola bilər, əgər forpost Ermənistan faktiki onu saymırsa?
Deputat Azər Badamov burada Rusiyaya açıq şəkildə mesaj ünvanlandığını düşünür: “Ermənistan Rusiya ilə münasibətlərini davam etdirmək istəmədiyini birbaşa bildirməsə də, öz hərəkətləri ilə rəsmi Moskvadan uzaqlaşmaq istədiyini ifadə edir. Belə ki, nümayəndə heyətini Ukraynanın Buça şəhərinə göndərməsi Rusiyaya mesajdır. Hətta nümayəndə heyətinin rəhbəri Tiqran Ter-Marqayanın "lazım gələrsə, Ukraynaya yenə getməyə hazıram və Rusiya Ukraynanı məğlub edə bilməyəcək" deməsi bu səfərə etirazını bildirən Moskvaya meydan oxumaq deməkdir. Əslində Ukraynaya olunan bütün səfərlər Ermənistan hakimiyyətinin göstərişləri ilə baş tutur. Bu baxımdan deyə bilərik ki, Paşinyan hakimiyyəti mümkün qədər Rusiyanın nəzarətindən çıxmaq istəyir. Belə hallar əvvəllər də olmuşdu. Moskva İrəvana notalar verir, səfirini məsləhətləşmələr üçün geri çağırır və XİN tərəfindən bəyanatlar səsləndirir. Ermənistan isə Moskvanın bəyanatlarını o qədər də ciddiyə almır və öz dəst-xəttini davam etdirir. Ermənistanın Rusiyaya qarşı münasibəti belə davam edərsə iki ölkə arasındakı münasibətlərdə ciddi uçurum yaranacaq. Belə ki, Moskva Ermənistanı cəzalandırmaq üçün ciddi təzyiq mexanizmlərini işə sala bilər. Bu da Rusiyadan asılı olan Ermənistan üçün ciddi problemlər deməkdir. Amma Paşinyan yavaş-yavaş Rusiyanın forpostluğundan çıxıb Qərbin forpostluğuna keçməyə çalışır. Çünki Ermənistan müstəqil yaşayıb siyasət yürüdə bilən ölkə deyil. Bu ölkə mütləq şəkildə kənardan idarə olunmalıdır. Ona görə də ictimai-siyasi sabitliyinə qovuşa bilmir".
Sabiq deputat, siyasi təhlilçi Sona Əliyeva qeyd etdi ki, Ermənistan nümayəndə heyətinin Ukraynaya, Buçaya səfəri birbaşa Qərbin sifarişidir: “Onlar birbaşa baş nazir Nikol Paşinyanın sifarişi ilə Buçaya səfər ediblər. Düşünürəm ki, Paşinyan daha böyük fiqurları Buçaya göndərə bilərdi, amma hələ ki İrəvandakı hansısa dairənin icma sədrini göndərməklə kifayətlənib. Əslində Paşinyan hökuməti bu cür gedişlərlə nəbz yoxlayır. İrəvan Kremlin adekvat cavablarını diqqətlə təhlil edir, daha sonra bir qədər də Moskvanı qıcıqlandıracaq addımların kəsərini artırır. Düşünürəm ki, bu, Ermənistanın timsalında Rusiyaya meydan oxumaqdır. Çünki Rusiya bir neçə dəfə bu cür faktla üz-üzə qalıb, daha sonra "quru" etiraz bildirməklə kifayətlənib. Daha kəsərli addımlar atmayıb. Fikrimcə, Moskva da indiki həssas məqamda İrəvanla daha sərt dillə danışmağa ehtiyat edir. Kreml diplomatik danışıqlar nəticəsiz qaldıqda hərəkətə keçir. Görünür, Rusiyada düşünürlər ki, hələ də Paşinyan hökuməti ilə dil tapa bilərlər. Bu, baş verməsə, o zaman Gümrüdəki 102-ci ordu hissələri İrəvanın qapısını döyəcək. Ən pis halda isə Ermənistanın baş nazirini fiziki məhvetmə əməliyyatı gözləyir".
AMİP liderinin köməkçisi, politoloq Əli Orucovun fikrincə, Rusiya ilə Ermənistan arasında ziddiyyətli münasibətlərin olması İrəvanın qopması anlamına gəlmir: “Rusiya ilə Ermənistanı bağlayan bağları qoparmaq da mümkün görünmür. Təkcə onu demək kifayətdir ki, Ermənistan adlı bir dövləti Rusiya yaradıb, himayə edib, ondan öz maraqları üçün istifadə edib. İndi də eyni tendensiya davam etməkdədir. Rusiya ona qarşı tətbiq olunan beynəlxalq sanksiyalardan Ermənistan üzərindən yan keçə və regionda qeyri-stabil vəziyyət yarada bilir. Bu gün Ermənistan iqtisadiyyatı Rusiyadan bilavasitə asılıdır. Ermənistanın Moskvaya qarşı addımları strateji deyil, taktiki xarakter daşıyır. İrəvanı qıcıqlandıran və Kremlə qarşı addımları Rusiya ilə Azərbaycan münasibətlərinin yüksək səviyyədə olmasından, Bakı-Moskva müttəfiqliyindən qaynaqlanır. Rusiyaya erməni cəmiyyətində nifrətin, qəzəbin kökləri isə 2020-ci ildə 44 günlük müharibədə Ermənistanın bütün təhrik və təxribatlarına baxmayaraq Rusiyanın buna uymamasına gedib çıxır. Ermənistanın bəzi siyasi dairələri düşünür ki, Rusiya onları müdafiə etmək gücündə deyil və Rusiya ilə batmaqdan qaçmaq daha faydalıdır. Rusiya-Ukrayna cəbhəsində Qərbin fəal yardımları ilə son dövrlər fəallaşan Kiyevin uğurları fonunda İrəvanın Rusiyadan qopma meylləri daha qabarıq özünü göstərməkdədir. Moskva da anlayır ki, Ukraynada hər gün itirdiyi mövqelərini Ermənistanda da itirir. "Respublika" partiyası zatən əvvəlcədən də anti-Rusiya mövqeli partiyadır və bu partiyanın ideologiyası faşist Qarigen Nijdenin əsasını qoyduğu çexokronizmə əsaslanır. Məncə, istər “Respublika” partiyası olsun, istərsə də hakim “Vətəndaş müqaviləsi” partiyası olsun, hər iki partiyanın Moskvaya qarşı baxışları çox hallarda üst-üstə düşür. Məqsədli şəkildə Ermənistan Rusiyanı hiddətləndirəcək addımlar atmaqla sanki Kremli daha sərt davranış sərgiləməyə məcbur etmək istəyir. Və Ukraynanı, Rusiya tərəfindən viran qoyulan Buçaya səfəri, verilən bəyanatlar nəhayət ki, Moskvanın qəzəbinə səbəb oldu və bu dost olmayan münasibət adlandırıldı. Məncə, Ermənistan hakimiyyəti bilərəkdən Rusiyanı üzərinə qaldırmaqla beynəlxalq diqqəti özünə çəkmək və beynəlxalq dəstək almağı hədəfləyir. İkincisi, bununla da Ermənistan Rusiyaya beynəlxalq sanksiyalardan yan keçməkdə diqqəti özündən uzaqlaşdırır. Göstərmək istəyir ki, Rusiya Ermənistanın qərbyönümlü siyasətinə qarşıdır və buna müqavimət göstərir. Əgər belə olmasaydı, Rusiya Ermənistan hakimiyyətinə qısa zamanda yerini göstərərdi və hədsiz şıltaqlığına son qoyardı. Hesab edirəm ki, bundan sonra da Ermənistanla Rusiya arasında söz və diplomatik duel davam etdiriləcək. Bu cür səhnələşdirilən “gərginlik” və qarşılıqlı suçlamalar Ermənistan və Rusiyanın maraqlarına uyğundur”.
“Yeni Müsavat”