Rusiya-Ermənistan münasibətləri artıq sürətlə “qopma nöqtəsi”nə yaxınlaşır, Kremlin ABŞ-dan Paşinyan hakimiyyətinə göndərilən təlimatlar barədə kəşfiyyat məlumatları aldığı qətiyyən istisna deyil... Bu baxımdan, hesab etmək olar ki, rəsmi İrəvan Ermənistanın gələcək taleyi üçün olduqca böyük təhlükə vəd edən geopolitik proseslərdə Qərbin sifarişi ilə qəliz və məcburi manevrlər etməyə çalışır...
Cənubi Qafqaz ətrafında geopolitik proseslər yenidən gərginləşməyə başlayıb. Belə ki, regional sabitlik üçün münbit şəraitin yaranması dünya nəhənglərini qətiyyən məmnun etmir. Əksinə, ABŞ və Qərb bu regionda davamlı qarşıdurmanın mövcudluğunda maraqlı olduğunu qətiyyən gizlətmir. Üstəlik, geopolitik qarşıdurma mühitinin qorunması istiqamətində məqsədyönlü addımlar atılır. Və bütün bu regional qarşıdurma mühiti də məhz Ermənistan üzərindən yaradılır.
Onu da qeyd etmək lazımdır ki, ABŞ-ın ən nüfuzlu xüsusi xidmət servisinin CİA-nin direktor müavini Devid Koenin Ermənistana səfəri qətiyyən boşuna deyildi. Bu səfərin Cənubi Qafqazda geopolitik temperaturu yüksəldəcəyi elə əvvəlcədən məlum idi. Hər halda, rəsmi açıqlamaların əksinə olaraq, CİA-nin ikinci adamının baş naziri Nikol Paşinyanla sadəcə, ABŞ-Ermənistan münasibətlərini müzakirə etmək üçün okeanın o tayından İrəvana gəldiyinə yalnız sadəlövhlər inana bilər. Və bağlı qapılar arxasında ABŞ-ın Cənubi Qafqazdakı strateji maraqlarına uyğun təlimatların erməni baş nazirə çatdırıldığı qətiyyən şübhə doğurmur.
Məsələ ondadır ki, CİA ABŞ-ın beynəlxalq siyasi fəaliyyətini təmsil edən qurum deyil. Bu qurumun təmsilçiləri siyasi fəaliyyətlə məşğul olmurlar. Ona görə də, CİA şefinin müavininin erməni baş naziri ilə ABŞ-Ermənistan münasibətlərini müzakirə etməsi barədə məlumatların yayılması sadəcə, hədəf yayındırmaq məqsədi daşımış addım kimi görünür. Hər halda, ABŞ-ın xarici siyasət maraqlarını Dövlət Departamentinin və ona rəhbərlik edən dövlət katibi Entoni Blinkenin təmsil etdiyi hər kəsə məlumdur. Və deməli, Devid Koeninin səfərinin pərdəarxasında tamamilə fərqli məqsədlər gizlənmiş olmalıdır.
Əslində, bu, o qədər də gözlənilməz deyil. Çünki Ermənistan ABŞ-ın ən böyük səfirliyinin olduğu ölkə sayılır. İrəvandakı ABŞ səfirliyinin çoxsaylı əməkdaşlarının əksəriyyətinin CİA kəşfiyyatçısı olduğu barədə də məlumatlar mövcuddur. Eyni zamanda, Rusiyanın iddiasına görə, Ermənistan ərazisində ABŞ-ın doqquz gizli biolaboratoriyasının fəaliyyət göstrdiyi də bildirilir. Nəhayət, rəsmi İrəvan son illərdə Ermənistanın “qapılar”ını Avropa Birliyinin “mülki kəşfiyyat missiyası” da daxil olmaqla, Qərb casuslarının üzünə açıb. Və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın da Qərb kəşfiyyatı, eləcə də, CİA ilə yaxından əməkdaşlıq etdiyi də indi heç kimə sirr deyil.
Bütün bunları nəzərə aldıqda, Ağ Evin rəsmi İrəvanla ABŞ-Ermənistan münasibətlərini müzakirə etməyə qətiyyən ehtiyacı yoxdur. Çünki Paşinyan hakimiyyəti tamamilə Ağ Evin nəzarətindədir və CİA-nin Qafqaz filialı kimi fəaliyyət göstərir. Ona görə də, Ağ Ev Ermənistana təlimatlarını CİA təmsilçiləri üzərindən göndərir. Və böyük ehtimalla ABŞ kəşfiyyatçıları həm də Paşinyan hakimiyyətinə Ermənistanın qarşısına qoyulmuş tapşırıqların icra metodlarını, mexanizmlərini də izah edirlər.
Xatırladaq ki, Paşinyan hakimiyyəti regional sülhə meyl göstərdiyi mərhələlərdə CİA dərhal hərəkətə keçir. Bundan əvvəl də sülh sazişinin imzalanma ehtimalı artdığı bir dövrdə CİA şefi Uilyam Börns İrəvana səfər etmişdi. Ardıncasa, rəsmi İrəvan Azərbaycanla sülh sazişinin müzakirəsi prosesindən uzaqlaşaraq, Rusiya ilə gərginliyin artırılmasına yönəlik fəaliyyətə keçid etmişdi. Və bu dəfə də Devid Koenin baş nazir Nikol Paşinyanla bağlı qapılar arxasında görüşü təxminən oxşar effekt vermiş oldu.
Məsələ ondadır ki, baş nazir Nikol Paşinyan həmin görüşdən dərhal sonra Rusiyanı ittiham etmək qərarına gəldi. Düzdür, bu dəfə konkret dövlətin adını çəkməkdən yayınmağa çalışdı. Ancaq “2020-ci ildə iki KTMT üzvü olan dövlət Ermənistana qarşı Azərbaycanla ortaq hazırlıq içində idi” deməklə, dolayısı ilə ittiham etdiyi ünvanı da göstərmiş oldu. Heç kimdə şübhə yoxdur ki, baş nazir Nikol Paşinyan bu açıqlamasında məhz Rusiya və Belarusu nəzərdə tuturdu. Və bu, o deməkdir ki, Ermənistan KTMT-dan çıxmaq barədə rəsmi qərarın verilməsi ərəfəsindədir.
Böyük ehtimalla CİA şefinin müavini ilə qapalı görüşdə erməni baş nazirə Ermənistanın bu istiqamətdə konkret addımın atılmasının vacibliyi bildirilirb. Ona görə də, erməni baş nazir Rusiya və Belarusu – KTMT-nın iki aparıcı dövlətini Ermənistanın hərbi müttəfiqi deyil, düşməni kimi təqdim etməklə, bu hərbi-siyasi alyansdan ayrılmaq üçün strateji bəhanələri ön plana keçirtməyə çalışır. Ermənistanın KTMT-da fəaliyyətini “dondurması” və bu hərbi-siyasi alyansın maliyyələşdirilməsi ilə bağlı öz öhdəliklərindən imtina etməsi də belə düşünməyə əsas verir.
Belə anlaşılır ki, rəsmi İrəvan qarşısında artıq konkret vəzifələr qoyulub. Paşinyan hakimiyyəti isə onları icra etməyə məcburdur. Baş nazir Hikol Paşinyanın son açıqlamalarına Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Mariya Zaxarova “Ermənistan rəhbərləri ittihamlarında hansı ölkəni nəzərdə tutduğunu konkret olaraq, açıqlamalıdır, əks halda, çox ciddiyyətsiz durum yaranır” deməklə, reaksiya vermişdi. Və indi isə Kreml Paşinyan hakimiyyətinin davranışlarına daha radikal cavab vermək qərarına gəlib.
Maraqlıdır ki, Rusiya iki ölkənin əməkdaşlıq tarixində ilk dəfə olaraq, Ermənistandakı səfiri Sergey Kopırkini məsləhətləşmələr üçün Moskvaya çağırıb. Kremlin belə bir addım atmağa ehtiyac duyması Rusiya-Ermənistan münasibətlərində çatların bərpa edilməsi çətinləşəcək həddə qədər dərinləşdiyini göstərir. Ola bilsin ki, Rusiya kəşfiyyatı CİA şefininin müavininin səfəri və rəsmi İrəvanın yaxın vaxtlarda atmağa hazırlaşdığı daha radikal addımlar barədə Kremli narahat edə biləcək məlumatlar əldə edib.
Belə anlaşılır ki, Rusiya-Ermənistan münasibətləri artıq sürətlə “qopma nöqtəsi”nə yaxınlaşır. Rusiyanın səbrinin tükənmək üzrə olduğu da müşahidə edilməyə başlayıb. Kremlin yaxın vaxtlarda Rusiya-Ermənistan münasibətlərinə yenidən baxa və fərqli statusa keçirə biləcəyi də qətiyyən istisna deyil. Və bu baxımdan, hesab etmək olar ki, Paşinyan hakimiyyəti Ermənistanın gələcək taleyi üçün olduqca böyük təhlükə vəd edən proseslərdə qəliz manevrlər etməyə çalışır.(Yeni Müsavat)