Rəsmi Bakı Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi ilə bağlı erməni tərəfinin son təkliflərinə hələ ki cavab verməyib. Belə bir iddia ilə Ermənistanın xarici işlər nazirinin müavini Mnatsakan Safaryan çıxış edib. “Cavab aldıqda ictimaiyyətə məlumat verəcəyik”, - o bildirib.
Qeyd edək ki, noyabrın 21-də İrəvan Bakıya Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi bağlamaq üçün altıncı təklifini göndərib. Erməni rəsmiləri məsələni elə qələmə verir ki, sanki sülh təklifləri ilə çıxış edən tərəf Ermənistandır. Üstəlik, həvəslə öz təkliflərindən bəhs edirlər. Halbuki sülh sazişi üzrə Azərbaycanın təkliflərini 70 gündən artıq müddətdə yubadan məhz Ermənistan tərəfi olub. Sülh sazişi üzrə danışıqlar bir müddətdir ki, fiziki təmassız formata keçib. Belə ki, Ermənistan və Azərbaycan saziş layihəsinin mətninə öz təkliflərini əlavə edib bir-birilərinə göndərirlər. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu prosesi “online diplomatiya” kimi təsvir edib. İndiyədək Azərbaycan və Ermənistan arasında əlaqələrin normallaşmasına yönələn sülh sazişi barədə detallı məlumat verilməsə də, danışıqların hansı prinsiplərə əsaslandığı məlumdur. Belə ki, ötən ilin mart ayında Azərbaycan danışıqlar üçün 5 baza prinsipini əks etdirən sənədi ictimailəşdirib. Ermənistan bu prinsipləri ümumən qəbul edəndən sonra sülh sazişi layihəsi ilə bağlı təkliflərin mübadiləsi və danışıqlar prosesi davam edir.
Azərbaycanın dövlət başçısı da tutarlı arqumentlərlə rəsmi İrəvanın saxtakarlıqlarını ifşa edib. “Şəxsən mən və Azərbaycan Şarl Mişelin səylərini hər zaman dəstəkləmişik ki, Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulsun. Onun tərəfindən Brüsseldə bir neçə görüş təşkil edilib. Biz indi mümkün yeni görüşü müzakirə edirik”. Bunu Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən forumda bildirib. İlham Əliyev deyib ki, Azərbaycanın Avropa İttifaqı ilə çox yaxşı münasibətləri var. O, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin sülh danışıqları naminə atdığı addımları yüksək qiymətləndirib. "Şəxsən mən və Azərbaycan Şarl Mişelin səylərini hər zaman dəstəkləmişik ki, Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulsun. Onun tərəfindən Brüsseldə bir neçə görüş təşkil edilib. Biz indi mümkün yeni görüşü müzakirə edirik" - Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda bildirib. Prezident İlham Əliyevin sözlərinə görə, rəsmi Bakı Ermənistanla münasibətlərin normallaşdırılması ilə bağlı Brüsseldə keçiriləcək növbəti üçtərəfli görüşün səmərəli olacağına ümid edir. Artıq bəllidir ki, bu il sülh müqaviləsi imzalanmayacaq. Onlar bizə, biz onlara təkliflər göndəririk, Ermənistan cavab üçün çox zaman aparır və sairə... Bütün bunlar, gedişat hansı qənaəti yaradır? Perspektiv nə vəd edir?
Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov “Yeni Müsavat”a açıqlamasında əvvəlcə rəsmi İrəvanın destruktiv fəaliyyətindən danışdı: “Biz dəfələrlə Ermənistanın xarici siyasətində qeyri-stabil mövqe nümayiş etdirdiyini görmüşük. Hələ ərazilərimizin işğal altında olduğu dövrdə Ermənistan sülh danışıqları istiqamətində guya pozitiv mövqeyə yaxınlaşması görüntüsünü yaradırdı. İndi də ətalət üzrə bu ənənə davam etdirilir. Sadəcə, Ermənistan imitasiya etməkdə davam edir. "Rəsmi Bakı Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi ilə bağlı erməni tərəfinin son təkliflərinə hələ ki cavab verməyib" fikirləri də imitasiya əlamətidir. Hazırkı Ermənistan rəhbərliyi bununla həm daxildəki qüvvələri çox da narazı salmamaq, üstəlik, xarici partnyorlarının və havadarlarının istəklərini uzlaşdırmaq niyyəti güdür". S.Məmmədov əlavə etdi ki, rəsmi Bakının mövqeyi stabildir: “İrəli sürdüyümüz beş baza prinsipi həm Azərbaycanın, həm Ermənistanın maraqlarına uyğundur. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin şəxsində vasitəçi rolunu qismən də olsa qənaətbəxş icra etsə də, bu ittifaqın digər strukturları və vəzifəli şəxsləri açıq anti-Azərbaycan mövqelərindən əl çəkmirlər. Bugünlərdə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrelin "Azərbaycanın hərbi müdaxiləsi Dağlıq Qarabağ münaqişəsi zonasında 150 min insanı öz evlərini tərk etməyə məcbur edib" kimi məntiqsiz və qərəzli fikirlər səsləndirməsi, Avropa İttifaqı Parlamentinin Fransanın və Almaniyanın təsiri ilə ermənipərəst mövqe sərgiləməsi bütövlükdə bu təşkilatın neytrallığını şübhə altına alır. Bununla belə, ölkə Prezidenti Aİ Şurasının Prezidentinin təşəbbüslərinə həmişə müsbət yanaşıb və onun sülh danışıqlarında vasitəçi qismində çıxış etməsinə qarşı çıxmayıb. Bununla da Azərbaycan diplomatiyası sülh proseslərinin davam etməsində marağını bir daha ortaya qoyub və qoymadadır. Dəfələrlə qeyd etdiyimiz kimi, Azərbaycan irəli sürdüyü baza prinsipləri əsasında sülh danışıqlarının davam etməsi və sülh müqaviləsinin imzalanmasıda konstruktiv mövqeyini saxlayır".
STM icraçı direktorunun sözlərinə görə, problem Ermənistan və onu himayə edən, ağır silahlarla təchiz edən tərəflərdədir: “İl başa çatır və əvvəlki şərhlərimizdə qeyd etdiyimiz kimi, 2023-cü ildə hətta çərçivə sülh sazişinin də imzalanacağı gözlənilmir. Əslində Azərbaycanı hər hansı çərçivə sənədi deyil, tam və konkret sülh müqaviləsi qane edir. Hər hansı ilkin razılaşmalar ola bilər, bu, yalnız sülh müqaviləsinə doğru növbəti addım olacaq”. Ekspert qeyd etdi ki, Brüsseldəki növbəti görüşdən də möcüzə gözləməyə dəyməz: “Rəsmi Moskvanın da öz planları var. Onlar sülh danışıqlarının və sülh müqaviləsinin Moskvanın vasitəçiliyindən kənarda getməsini və bağlanmasını istəmir. Rəsmi Moskva hələlik Ermənistanın qeyri-diplomatik kaprizlərinə də dözüm göstərməkdədir. Amma fikrimcə, bu uzun çəkməyəcək. Ermənistanın qərb istiqamətindəki cəhdləri, Rusiyanın sərt iqtisadi embarqosu, daha sonra siyasi basqısı ilə üzləşə bilər. Ermənistanda da bunu az da olsa dərk edirlər. Ona görə də Ermənistana hazırda sülh müqaviləsi yox, onun imitasiyası daha çox lazımdır. Uzunmüddətli planda bu Ermənistana nəsə verəcəkmi? Fikrimcə, yox. Sülh proseslərinin ləngiməsi indiki şəraitdə Azərbaycanın planlarına ciddi mane olmur”.
Politoloq Tural İsmayılovun sözlərinə görə, faktiki müşahidə edilən odur ki, Qərb dövlətləri guya sülhə dəstək olduğunu bildirsə də, əslində Ermənistanı əlaqələrin normallaşmasından uzaqlaşdırırlar: “İlin sonuna qədər sülhlə bağlı Azərbaycanın qalib ölkə kimi diktə etdiyi şərtlər Ermənistan tərəfindən qəbul olunmuş görünsə də, rəsmi İrəvandan siyasi rıçaq kimi istifadə edən qüvvələr prosesin "ölü nöqtə"dən tərpənməməsi üçün əllərindən gələni əsirgəmirlər. Sülhün aktuallaşdığı və delimitasiya komissiyalarının görüşlərinin keçirilməsi fonunda Fransanın Ermənistanı silahlandırması, ABŞ-ın bütün vasitələrlə Azərbaycana qarşı haqsız dezinformasiya hücumları sülh prosesinə əngəl törədir. Qərb şəbəkələri hazırda Ermənistan cəmiyyəti içərisində Azərbaycan əleyhinə aqressiv ritorikanın qalmağında maraqlı tərəf kimi görünür. Ermənistanın sülh prosesi ilə bağlı qeyri-səmimi mövqeyi həm də bir daha nümayiş etdirir ki, bu ölkənin normal siyasi baxışları mövcud deyil. Ermənistan dövlətçiliyi sanki formal xarakter daşıyan bir strukturdur. Belə ki, xarici güc mərkəzlərinin Ermənistanın qərarlarına ciddi təsirləri də var. Bütün bunlar isə regionu təhdid edən vacib amillərdir". T.İsmayılov bildirdi ki, ümumiyyətlə, bu bölgənin əsas güclərinin koordinasiyalı fəaliyyətinin və regional əməkdaşlığının pozulması Ermənistandan təsir aləti kimi istifadə etmək istəyən müstəmləkəçi Fransa və ABŞ mərkəzli qüvvələrin əsas hədəflərindəndir: “Bundan əlavə, Ermənistanı sülhdən yayındıranlar, regionda qızışdıranlar heç Ermənistan xalqını da düşünmürlər. Əksi olsaydı, Fransa Ermənistanı silahlandırmaz, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) və oxşar fondlar bu ölkəni dəstəkləməzdi. Ermənistan bunu dərk edərək ya regionda əməkdaşlığa çalışacaq, ya da bu ölkənin siyasi alət kimi istifadəsi davam edəcək. Ermənistanın bir dövlət olaraq düşdüyü çətin iqtisadi vəziyyətdən və siyasi xaosdan yeganə qurtuluşu Azərbaycanla sülhdən keçir. Ermənistan iradə göstərməli, Türkiyə ilə münasibətləri normallaşdırmalı, eyni zamanda regional əməkdaşlıqdan imtina etməyərək bölgənin güc mərkəzləri ilə hesablaşmağı bacarmalıdır”.
Bu arada, ABŞ dövlət katibi Entoni Blinken Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında danışıqların ABŞ-da tezliklə baş tutacağına ümid edib. Belə bir açıqlama ilə 6 dekabrda Bakıya səfər edərək Azərbaycan Prezidenti ilə görüşən ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Brayen X-də yazıb. “Bakıda müsbət və konstruktiv görüşlər keçirdim. Prezident Əliyevə dediyim kimi, baş katib Blinken tezliklə xarici işlər nazirləri Mirzoyan və Bayramovu Vaşinqtonda sülh danışıqları üçün qəbul edəcəyinə ümid edir”, - O’Brayen əlavə edib.
Ağ Evin ümidləri barədə danışan T.İsmayılovun sözlərinə görə, ABŞ istəyir ki, Vaşinqton vasitəçiliyi ələ alsın: “Faktiki olaraq Rusiya ilə bu məsələdə də rəqabət aparır. Azərbaycan-Ermənistan sülh sazişinin Qərbdə imzalanmasını istəyir. Bu da obyektiv yanaşma deyil. Ortada səmimi istək olsaydı, müqavilənin harada imzalanmasının heç bir əhəmiyyəti olmazdı. O baxımdan ABŞ-ın bu məsələdə mövqeləri mənə dürüst görünmür”.
Reallıq budur ki, bir-birinə qarşı dayanan paytaxtlar sülh prosesində də masanın başında oturmaq üçün mübarizəyə girişiblər. Bu isə sülhü yaxınlaşdırmır, əksinə, daha da uzaqlaşdırır.